Azərbaycana İŞİD-i bu adam dəvət edir - VİDEO - FOTO
İnqilab Kərimov sanki siyasi markitandır
"İŞİD heç də hər adamın başını kəsmir... İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir... İŞİD adini dindar qoyub, cindarliqla məşğul olanların başını kəsir... İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib, çıxanların başını kəsir... Və düşünürəm ki, düz də edir... Azərbaycana XOŞ gəlirsən İŞİD..."
Bu sözlərin müəllifi AXCP sədri, daha doğrusu, Facebook bloqeri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimovdur. Yüksək intellekti, davranış mədəniyyəti və xüsusilə də yaşanan prosesləri dəyərləndirmək qabiliyyəti ilə seçilməyən İnqilab Kərimov indi sabiq səfir Arif Məmmədovun cib dərnəyi olan AND adlı strukturda guya funksionerdi.
Onun sosial şəbəkələrdə paylaşdığı "ziqiymət" fikirləri ilə tanış olduqda Fransada yaşasa da, sanki Liberiya və ya Somalidəki kimi düşünən birisi ilə qarşılaşırıq.
İnqilab Kərimov sanki siyasi markitandır: o, Azərbaycanda baş verən istənilən hadisəni öz şüuru çərçivəsində "həzm" etməyə çalışır, sonra da du fəsadlı məntiqin və qüsurlu düşşüncənin məhsulunu püskürür. Verbal və ya vizual olaraq.
On minlərlə günahsız insanı qətlə yetirən, adında "İslam" kəlməsi olsa da, İslamı aşağılamağa çalışan və müsəlmanlara divan tutan İŞİD terrorçu təşkilatının adını çəkərək İ.Kərimov guya "ekstravaqant siyasi çağırış" etmişdi.
Aşkar marazmlığı bir kənara qalsın - bu çağırış terrorizmin təbliği, terroçulara dəstək verilməsidir və Fransa qanunvericiliyi də analoji çağırışları məhz belə dəyərləndirir.
Amma çifayda. Başda - bəlkə də ayaqda - Əli Kərimli olmaqla, sosial şəbəkələrdəki "əsl cəbhəçi"lər, yəni trollar səs-səsə verdilər, Azərbaycana İŞİD-i "çağıran" bu siyasət troqloditini dəstəklədilər.
Ölkəmizdə başkəsənlərin at oynadıb meydan sulamağını arzuladığını yazan İnqilab Kərimovu sosial şəbəkələrdə, xüsusilə də Facebook-da Əli Kərimlinin dəstələşmiş, sürülənmiş trolları müdafiə etməyə çalışdılar.
Əli Kərimli isə susdu.
Çox sonra əvvəl özü dedi, sonra təkrarladılar ki, bəs sən demə, AXCP sədri+bloqer əmisi oğlunun sərsəmləməsinə görə məsuliyyət daşımır.
"Sərsəmləmə" ifadəsi mənə yox, AXCP-nin tanınmış funksionerlərindən birinə məxsusdur. "İnqilab Kərimov marazmatikdir" ifadəsi də elə bir başqa "cəbhəçi"nin lüğətindən sıçramışdı.
Əli Kərimli hələ də susur. Yəni adamın mövqeyi budur ki, İnqilab Kərimov qohumu olsa da, fəaliyyətinə, yaşam və düşüncə tərzinə, Facebook paylaşımlarına görə cavabdeh deyil.
Və həmişəki kimi, Əli Kərimli ikiüzlülük, saxtakarlıq edir, rol oynamağa çalışır.
Çünki İnqilab Kərimov sadəcə, bloqer Əli Kərimlinin əmisi oğlu deyil. O, AXCP üzvüdür, Əli Kərimlinin sağ əli, "qara kassa" işlədən adam, habelə AXCP sədrinin hakimiyyətdən pay aldığı biznes obyektlərinin "rəhbəri" olub.
İnqilab Kərimov Fransada sığınacağı da "AXCP üzvü təki siyasi təqiblərə məruz qalan adam" kimi alıb və o statusunu hələ də Fransanın müvafiq dövlət strukturlarında təsdiqləyir.
Belədirsə, AXCP sədri Əli Kərimli de-yure rəhbərlik etdiyi strukturun üzvlərindən birinin terrora çağırışlarına reaksiya verməlidir.
Məntiq, siyasətin qaydaları və ən azı, mənəviyyat-əxlaq prinsipləri bunu tələb edir.
Fransada yaşayıb Azərbaycanda İŞİD-in olmasını istəyən İnqilab Kərimovun belə çağırışları onun kim olduğunu, hansı dşüncə daşıyıcısı kimi ömür sürdüyünü göstərir.
Eyni zamanda, İnqilab Kərimova sosial şəbəkələrdə həm AXCP üzvlərinin, həm xarici ölkələrdə yaşayıb "müstəqil bloqer"lik edən buyruq qullarının verdikləri dəstək bəhs etdiyim şəbəkənin qüsurlu dərrakələri bir yana - ölkəmiz və vətəndaşlarımız üçün nə qədər təhlükəli çete olduğunu ortaya qoyur.
Bir anlıq düşünün ki, Azərbaycanda hansısa millət vəkilinin, nazirin və ya bir başqa yüksəkçinli məmurun əmisi oğlu Facebook-da əlitapançalı fotolarını paylaşır, sonra da İŞİD-i dəvət edir, bu məşum terror təşkilatını tərifləyir.
İlk əvvəl Əli Kərimli, sonra "müstəqil bloqer"lər, daha sonra da AXCP sədri+bloqerin trol dəstəsi sosial şəbəkələrdə hansı miqyasda, nə formada "aksiya" edərdilər - bunu təxminləmək əsla çətin deyil.
Abır kəlməsinin yad, köhnəlmiş sayan adamlarla mübahisə etmək, belələrinə nəyisə başa salmaq çətindir. Onlar qalmaqala kökləndiklərindən daim əsassız suçlamalar, absurd ittihamlar tirajlamağı siyasi fəaliyyət sayırlar.
Belə "cəbhəçi"lərdən birinin sakramental ifadəsi var: "Biz NATO kimiyik - birimizə hücum hamımıza hücumdur".
NATO prinsipi deyil bu - Afrika savannasındakı hienaların yaşam modelidir. Hienalar da hücuma məruz qalanda əcaib səslər çıxararaq irəli atılır, lakin qarşıdakının güclü və qüdrətli olduğunu görən kimi qaçıb aradan çıxırlar.
Əli Kərimlinin trollarının sosial şəbəkələrdəki davranışları da eynən hienalıqdır. Onlar "hədəf" bəlirləyəndən, daha doğrusu, bu barədə göstəriş alandan dərhal sonra sürü ilə hücuma keçir, təhqir, söyüş, əxlaqsız ifadələri sıralayırlar.
Belədə İnqilab Kərimovun nədən və nə üçün trollardan, "müstəqil bloqer"lərdən dəstək almasına təəccübləməli, Əli Kərimlinin terrora çağırış məsələsi ilə bağlı hələ də susmasına heyrətlənməliyik ki.
Necə ki, illərlə Fransada sığınacaqlı adam kimi yaşayan və miskin həyat sürən, lakin sosial şəbəkələrdə paylaşdığı fotolarla bunu təkzib etməyə çalışan birisinin davranışındakı natamamlıq kompleksi, düşüncəsindəki aqressiya da anlaşılandır.
Adam düçar olduğu problemlərə, puç olan ömrünə görə cavabdeh arayır və bu qismdə də Azərbaycanı, hakimiyyəti, xalqı və dövləti görür.
Tipik mühacir düşüncəsidir - Mixail Bulqakov bunu hələ "Qaçış" pyesində dahiyanəcəsinə təsvir etmişdi.
İndisə bəlli olur ki, kimlərdir Azərbaycanı qan çanağına çevirmək istəyən, sivil insanları silahla hədəlyən, başların kəsiləcəyini arzulayan və bunu "vəd" edən.
Necə ki, Mütəllibov iqtidarı ilə kuluar danışıqlar aparan, Elçibəyin otağına gizli dinləmə cihazı quraşdıran, "Xankəndi" və "Qurd qapısı" restoranlarında YAP-ın icraçı katibinin müavini Siyavuş Novruzovun da qatıldığı görüşlərdə gizli danışıqlar aparıb hakimiyyətlə sövdələşən, əmisi oğlu İnqilab Kərimov vasitəsilə "Proqnoz"dan göstərişlər alan və bunun sayəsində İ.Kərimovu Milli Məclisə salan, balıq vətəgəsini "üzüyola" olduğu üçün hədiyyə alan, İranın kəşfiyyatında "Əli" adlı agent kimi qeydə düşən adam ədalətdən, vicdandan danışanda gülməli mənzərə alınır. İki jurnalistə tapşırıq verib "Elçibəy sifilisdir" yazısı yazdıranın da kimliyi bəlli...
Xəbər lenti
-
15:51"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
-
13:46Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
-
12:35Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:04Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:02QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
-
MANŞET, SİYASƏT
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
-
SİYASƏT
Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
SİYASƏT
Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
SİYASƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SİYASƏT
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SİYASƏT, GÜNDƏM
100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
SİYASƏT
“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
SİYASƏT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir