“YAŞAT” düşərgəsinin 6-cı həftəsinə start verilib

“YAŞAT” düşərgəsinin 6-cı həftəsinə start verilib

"YAŞAT” Fondunun və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü "YAŞAT” düşərgəsinin 6-cı həftəsinə start verilib.

Şamaxı Safari Parka təşkil olunan ekskursiyadan sonra düşərgənin açılış mərasimi baş tutub. İştirakçılara  həftəlik proqram barədə ətraflı məlumat verilib. 

İkinci gün psixoloqlarla ilkin görüşlərlə başlayıb və "Faceart" tədbiri ilə davam edib.

Günün ikinci yarısında "Digital Umbrella" şirkətinin "StartSmart” layihəsi çərçivəsində təlim proqramı baş tutub. 

Ardınca teleaparıcı Jalə Həsənli ilə keçirilən görüşdə qonaq uşaqlara nitq mədəniyyəti və düzgün ünsiyyət qaydaları barədə məlumat verib.


Tərəfdaşlar: "PMD Hospitality’’ şirkəti,  "Shamakhi Palace Sharadil” Hoteli;

Baş sponsor: Bakcell;

Sponsorlar: "Nar", "PAŞA Bank” ASC, "BRAVO” supermarketlər şəbəkəsi;

Media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radio
 




 

Xəbər lenti