"YAŞAT" düşərgəsinin 5-ci həftəsi davam edir


"YAŞAT” Fondunun və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü "YAŞAT” düşərgəsinin 5-ci həftəsi davam edir. 


Beşinci həftənin 3-cü və 4-cü günləri uşaqların "Faceart”, idman, hovuz saatları, eləcə də psixoloqlarla görüşləri ilə davam etdirilib.


Peşəkar boksçu, bir çox beynəlxalq turnirlərin qalibi Teymur Məmmədov düşərgənin qonağı olub. O, uşaqlara boks haqqında məlumat verib, bu idman növünün fəndləri ilə iştirakçıları tanış edib. 

Xalq artisti Aygün Kazımova və gənclərin sevimlisi Murad Arifin möhtəşəm konsert proqramı baş tutub. Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun övladı Əsnadın doğum günü də elə səhnədə qeyd olunub, ad günü  tortu kəsilib. Uşaqlar müğənnilərlə birlikdə mahnıları səsləndirib, rəqs edib, unudulmaz anlar yaşayıblar. 

Layihənin baş sponsoru "Bakcell" tərəfindən rəqəmsal dünya ilə tanışlıq və proqramlaşdırma mövzusunda təlim keçirilib. Sonda düşərgə iştirakçılarına hədiyyələr təqdim edilib.

 Dj Fatehin uşaqlarla 
görüşündə intellektual səviyyənin yoxlanması məqsədilə ümumilikdə 20 sual təqdim olunub, ən çox xal toplayan komanda qalib elan edilib.  


Gün hotel daxili əyləncə, stolüstü idman oyunları və kino saatı ilə davam edib.


Tərəfdaşlar: "PMD Hospitality’’ şirkəti, "Shamakhi Palace Sharadil” Hoteli;


Baş sponsor: Bakcell;

Sponsorlar: "Nar", "PAŞA Bank” ASC, "BRAVO” supermarketlər şəbəkəsi;


Dəstəkçilər: "İnnovasiyalar Mərkəzi”, "Azərbaycan Hava Yolları” QSC, "PAŞA Həyat Sığorta” ASC, "Gənc Psixoloqlar" İctimai Birliyi, "Digital Umbrella” şirkəti, Şamaxı Safari Park, "DeFacto” mağazalar şəbəkəsi, ‘’Panda Kids” mağazalar şəbəkəsi, "Elm Galaxy'' MMC, ‘’Libraff’’ kitab mağazaları şəbəkəsi, "Happy Day Cake”, Booo.az, "Milla", "Gədəbəy Mineral Suları” MMC, "Bilim Bakı'' mərkəzi, "INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi”, Şamaxı Astrofizika Rəsədxanası;


Media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radio
 









 

Xəbər lenti