YAP Yasamal rayon təşkilatında “Sağlam olaq – Donor olaq” adlı tədbir keçirilib
27 Oktyabr 2023, 11:47
27 Oktyabr
2023
11:47
310
YAP Yasamal rayon təşkilatı və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə ümümmilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Sağlam olaq, Donor olaq” şüarı altında irsi qan xəstəliyi və qan vermənin faydaları haqqında təbliğat-təşviqat xarakterli gənclərlə görüş keçirilib.
Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin əməkdaşları, Yasamal rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr və rayonun aktiv gəncləri iştirak edib.
Görüşün rəsmi hissəsindən öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən görüşdə ilk öncə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra "Sağlam olaq – Donor olaq” adlı videoçarx təqdim edilib.
İştirakçıları salamlayaraq görüşü açıq elan edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ilk öncə qeyd edib ki, görüşün baş tutmasının əsas səbəbinin Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədardır.
Qeyd olunub ki, tarixi zəfəri və suverenliyimiizn tam şəkildə bərpa edilməsi ilə Prezident cənab İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Prezident cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin vəsiyyətlərinə sədaqətlə əməl edib, xalqı və ordunu birləşdirərək torpaqlarımızı azğın düşməndən təmizləməklə Ulu Öndərin və bütün Şəhidlərimizin ruhunu şad etdi.
Hazırda işğaldan azad olunmuş ərazilərimizdə nəhəng infrastruktur layihələri, quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış tam surətlə davam edir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun arzularını reallaşdıran, qələbə qazandıran Prezident cənab İlham Əliyev kimi Lideri var. Prezident cənab İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu. Prezident cənab İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir.
Talassemiya, irsi qan xəstəliklərindən və digər profilli xəstəliklərdən və həmin xəstələrin dövlət qayğısı ilə əhatə olunmasından bəhs edən Bəxtiyar Nəbiyev qeyd edib ki, Prezident cənab İlham Əliyev tərəfindən 2005-ci ildə "Hemofiliya və talassemiyalı irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı" haqqında Fərman imzalanmışdır. Bununla əlaqədar əhali arasında vaxtaşırı maariflənmə kampaniyası həyata keçirilir. Ölkəmizdə uğurla həyata keçirilən "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"isə irsi qan xəstəliyindən əziyyət çəkənlərin həyat tərzinin yaxşılaşdırılmasına və ömürlərinin uzadılmasına xidmət edir. Proqram çərçivəsində xəstələr dərman preparatları ilə pulsuz təmin olunurlar. Uşaqların sağlamlığının qorunmasını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın talassemiyalı uşaqlara diqqəti də xüsusi qeyd olunmalıdır. Fond 2005-ci ildən ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə "Talassemiyasız həyat naminə" layihəsinə başlamışdır. Bundan əlavə, Bakı şəhərində istifadəyə verilən Talassemiya Mərkəzi indi hemofiliyalı uşaqların və onların valideynlərinin böyük ümid yeridir. Bir sözlə, Azərbaycanda talassemiya və hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunmuşlar.
Problemə dövlət səviyyəsində həssas münasibət və xüsusi diqqət vardır. Qətiyyətlə söyləmək olar ki, bu sahə ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər əhalinin daha sağlam gələcəyinə hesablanmışdır.
Çıxışın sonunda B.Nəbiyev qeyd edib ki, talassemiya, irsi qan xəstəliklərindən və digər profilli xəstəliklərdən əziyyət çəkən insanlara dəstək vermək məqsədi ilə YAP Mərkəzi Aparatı və Yasamal rayonunda təşkil olunan qanvermə aksiyalarında YAP Yasamal rayonu da aktiv şəkildə iştirak edir.
Çıxış edən Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul ilk öncə Heydər Əliyev fondunun vitse-prezidenti, AQDİM-nin fəxri prezidenti LeyLa xanım Əliyevanın salamlarını görüş iştirakçılarının nəzərinə çatdırıb. "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"nın irsi qan xəstəliyindən əziyyət çəkənlərin həyat tərzinin yaxşılaşdırılmasına və ömürlərinin uzadılmasına xidmət etməsindən bəhs edən F.Rəsul qeyd edib ki, Dövlət Proqramı"na əsasən, hökumət ilk növbədə hemofiliya və talassemiya xəstələriin həyat tərzinin yaxşılaşdırılması və ömürlərinin uzadılmasını qarşıya məqsəd qoyulur. Eləcə də proqramda hemofiliya və talassemiyanın fəsadlarından əmələ gələn əlilliyin və ölüm hallarının azaldılması, bu fəsadların profilaktikasının təşkili və belə xəstə uşaqların doğulmasının qarşısının alınması sisteminin yaradılması yer alır. Çıxışın sonunda tədbirə evsahibliyi etdiyi üçün başda sədr Bəxtiyar Nəbiyev olmaqla YAP Yasamal rayon təşkilatına minnətdarlıq ifadə edilib.
Çıxış edənlər- Pasient Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin icraçı direktoru Kamil Hüseynov və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyəti sədrinin köməkçisi Nəzrin Babayeva qeyd ediblər ki, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin əsas məqsədi Azərbaycan Respublikasının müvafiq dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
Görüşə Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin Fəxri üzvü Gülyaz Məmmədovanın təqdimatında bədii hissə ilə yekun vurulub.
Görüşdə YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyevə və Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin Fəxri üzvü Gülyaz Məmmədova Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin fəxri fərmaları təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
-
14:26"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16:50"YAŞAT" Fondunun Ankarada reallaşdırdığı layihə başa çatıb
-
16:04"Erməni separatçılar bilməli və anlamalıdırlar ki...." - PARTİYA SƏDRİ
-
10:48VI çağırış Milli Məclisin deputatı Ramil Həsən Ucar rayonundan qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış tələbələrlə görüşüb
-
12:05“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
12:48Azərbaycanda “Sağlam qidalanma təlimləri” adlı layihə başa çatıb - Agentliyin dəstəyi ilə
-
11:32AYAK İB "Məşğulluq forumu" layihəsini yekunlaşdırdı - Agentliyin dəstəyi ilə... (FOTOLAR)
-
11:27"YAŞAT" Fondu şəhid ailə üzvlərini bu dəfə Ankarada bir araya gətirib
-
14:41Elçin Mirzəbəyli Muradlı və Ərəbsarvan kəndlərində seçicilərlə görüşüb
-
14:21Elnarə Rəsulovanın ideya müəllifi olduğu xalça nümunələri nümayiş olundu
-
12:08Baş prokuror: ölkə prezidentinə xalqdan gələn dəstək misilsizdir
-
15:25Elçin Mirzəbəyli Kalva kəndində seçicilərlə görüşüb
-
12:27Məzahir Əfəndiyevin məqaləsi xarici mediada
-
11:34Örnəyə çevrilən milli məram-Bəxtiyar Əsgərov yazır
-
11:32“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16:45Rəşad Məcid 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
-
08:56IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası keçirib
-
15:47Növbəti möhtəşəm qələbə naminə!
-
09:26Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni tələbə kartlarının istifadəyə verilməsi üzrə memorandum imzalanıb
-
17:51Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Diaspor Gənclərinin V Yay Düşərgəsində iştirak edib
-
17:58"SAF Həyat Naminə" GİB-nin növbəti uğurlu layihəsi
-
17:15“SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin yeni layihəsinə start verildi
-
20:18Deputat Ucar şəhər mərkəzində səyyar qəbul keçirib
-
13:11Hərbi hissədə qanvermə aksiyası keçirilib
-
13:04Türk dünyası COP29-u Qarabağ Bəyannaməsi ilə qarşılayır
-
12:37“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:36“İlham Əliyevin növbəti dəfə ŞƏT-ə dəvət olunması Azərbaycanın artan siyasi və iqtisadi gücündən xəbər verir” – Səbuhi Abbasov
-
20:59Nanə yeni mövsümdən “Xəzər” TV-də olacaq?
-
16:30Kaş, özün də kənardan baxıb görə biləydin ki, Milli Qəhrəman adı sənə necə yaraşır…
-
12:42Fərid Şahbazlı: “Vətən Müharibəsində bütün dünya Ordumuzun gücünə, hərbiçilərimizin şücaətinə şahidlik etdi”
-
12:31"Mingəçevir gəncləri hər zaman Natiq Qasımovu örnək biliblər" - Səbuhi Abbasov
-
12:05Azərbaycan Ordusu sağlam gəncliyin yetişməsində xüsusi rola malikdir ŞƏRH
-
16:25QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezidentə müraciət ünvanlayıblar
-
15:09AYAK İB “Məşğulluq forumu” reallaşdıracaq – AGENTLİYİN DƏSTƏYİ İLƏ
-
10:32Baş prokuror: Ölkəmiz qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb
-
14:53Azərbaycan Ordusunun Naxçıvan istiqamətində yerləşən mövqeləri növbəti dəfə atəşə tutulub
-
11:00Şəhid Ülvi Həsənova həsr edilən tanıtım filmi təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
20:17Erməni vandallığını əks etdirən qısametrajlı film hazırlanır
-
00:37Qərbi Azərbaycana qayıdışla bağlı Buxarest Forumu baş tutub
-
15:35"Mədəniyyətdə Marketinq” layihəsi başa çatdı
16 Sentyabr 2024
04 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024
20 Avqust 2024
13 Avqust 2024
12 Avqust 2024
09 Avqust 2024
07 Avqust 2024
31 İyul 2024
24 İyul 2024
18 İyul 2024
13 İyul 2024
09 İyul 2024
08 İyul 2024
05 İyul 2024
03 İyul 2024
26 İyun 2024
25 İyun 2024
24 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024
13 İyun 2024
10 İyun 2024
Digər xəbərlər
-
SİYASƏT
"YAŞAT" Fondunun Ankarada reallaşdırdığı layihə başa çatıb
-
SİYASƏT
"Erməni separatçılar bilməli və anlamalıdırlar ki...." - PARTİYA SƏDRİ
-
SİYASƏT
VI çağırış Milli Məclisin deputatı Ramil Həsən Ucar rayonundan qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış tələbələrlə görüşüb
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT
Azərbaycanda “Sağlam qidalanma təlimləri” adlı layihə başa çatıb - Agentliyin dəstəyi ilə
-
SİYASƏT
AYAK İB "Məşğulluq forumu" layihəsini yekunlaşdırdı - Agentliyin dəstəyi ilə... (FOTOLAR)
-
SİYASƏT
"YAŞAT" Fondu şəhid ailə üzvlərini bu dəfə Ankarada bir araya gətirib
-
SİYASƏT
Elçin Mirzəbəyli Muradlı və Ərəbsarvan kəndlərində seçicilərlə görüşüb
-
SİYASƏT
Elnarə Rəsulovanın ideya müəllifi olduğu xalça nümunələri nümayiş olundu