SƏHL SUMBATLARA! - Mir Şahin Ağayev yazır

SƏHL SUMBATLARA! - Mir Şahin Ağayev yazır
Bu saat Azərbaycanda, Azərbaycan ətrafında, eləcə də dünyada Azərbaycanla bağlı o qədər mühüm hadisələr baş verir ki…

…onların hər biri mediamızın ( sosiallı-sosialsız!) ən ciddi təhlil və təbliğ mövzusu ola bilər. 30 illik işğala son qoymuş xalqın Böyük Qələbəsi, ardınca Böyük Quruculuq və Bərpa, keçmiş köçkünlərin az qala hər gün baş verən Yurda Qayıdışı…

Xocalı soyqırımına, Laçın təsliminə, Kəlbəcər süqutuna, Şuşa alçaldılmasına, kabuslar Ağdamına… ümumiyyətlə Qarabağ FƏLAKƏTİNƏ illərlə mərsiyə demiş, özünü ağlaşmaya öyrətmiş millətin indi, qazandığı Qələbənin ləzzətinə uyaraq o dəhşətli keçmişi unutmağa haqqı yoxdur. Ol-ma-ma-lı-dır!!! 

Bu gün xalq, onun hər bir üzvü, sıravisi, adisi, alisi-hər bir üzvü Tarixi Qələbəyə görə Birinci Döyüşçü İlham Əliyev başda olmaqla silahlı qüvvələrə minnətdarııq etməlidir! Nümayşkaranə! Ailəsinin, həyat yoldaşının, övladlarının, doğmalarının, yaxınlarının qarşısında! Ucadan! Hətta var gücü ilə qışqırıraraq! Pıçıltıyla yox, hamı eşitsin deyə yüksək səslə! 

Bax bunu etməyi bacarmaqdır Mərdlik! Uuğuru qiymətləndirməyi bacarmaqdır Mərdlik! Qaragüruhun bəsit səviyyəsinə enib, bu zümrənin ürəyincə olanları demək, kütlənin aşağı zövqünə uyğun olduğunu sübut etmək, populizmlə məşğul olmaq kişilikdən  deyil! 

Rasim Balayev deyil qaragüruhun hədəfi! Sosial medianın imkanlarından yararlanan bəsit-populist qanad ağlın, dərrakənin, əsil dövlətçi təfəkkürün, sağlam xalq düşüncəsinim üzərinə ayaq açır! Rasim Balayevin layiq görüldüyü "İstiqlal” ordeni qaragüruhu qıcıqlandırır. Təbiidir! Çünki "İstiqlal”ın bir anlayış olaraq güruh zehniyyətinə dəxli yoxdur! Qaragüruh öz beyni ilə xalqı geriyə, 1991-2020-ci illərin məğlubiyyət ovqatına qaytarmaq istəyir. Çünki, o ovqatın müəllifi elə həmin qaragüruh təfəkkürüdür. Qaragüruh özünü məhz o "atmosferdə” rahat hiss edir. Məğlubiyyət, düşkünlük, ağlaşma məhz qaragüruhun xislətidir. Rasim Balayevi qınamaq da olar, amma məntiqlə! Məsələn, razılaşmamaq olar ki, İlham Əliyevi Babəklə müqayisə etmək uğurlu deyil. Çünki Babək sonda məğlub, hətta edam edilir. İlham Əliyev isə Böyük Tarixi Qələbənin müəllifidir. Öz döyüşçüləri ilə birlikdə! Xalqı ilə birlikdə! Kütlə ilə yox!!! Məhz Xalqı ilə. birlikdə. Əgər Rasim Balayevə bənzətməsinin məhz mən dediyim məntiqini irad tutsaydılar, mübarizəsinin sonunda məğlubiyyətə uğramış bir sərkərdə ilə, tərcümeyi-halında bir məğlubiyyət belə olmayan Ali Baş komandanın müqayisəolunmazlığını onun diqqətinə çatdırsaydılar, yəqin ki,  ən azı mən bu saat bu statusu yazmazdım. Amma qaragüruh belə düşünmür axı. Onun sosial şəbəkələrdəki bir ovuc qulbeçəsi və qulfərəsi Babək rolunun ifaçısını ona görə linç edir ki, Ustad öz bənzətməsi ilə Prezidentin cəsarətini, 30 il əsarətdə qalmış torpaqlarımızı azad etmək əzmini tərənnüm etmək istəyib. Bax budur, qaragüruhu qəzəbləndirən. Və Böyük Qalib reallığını qəbul etməyə beyni, ürəyi, mərdliyi çatmayanlar, Rasim Balayevə hücum etməklə, əslində qaragüruha, kütləyə sürü ilə yaltaqlanırlar. Bir gün Anara, bir gün Ramiz Rövşənə, bir gün Qurban Qurbanova linç qurduqları kimi indi də bu niyyətlə Rasim Balayevi seçiblər. Niyə? Çünki onlar uğurluları sevmirlər. Onlar komplekslilər, uğursuzlar, bədniyabətlərdir.  Rasim Balayev haqlı olaraq kütlənin səviyyəsinə enməyəcəyini deyir! Övladlarını sevgidən yox, uşaq pulundan dünyaya gətirməyu arzu edənlərin təfəkkürü məntiqi sonluğa belə linçlərlə çatmalı idi. 

İlham Əliyev Babək deyil. 
Babəkdən Qələbələr və Qalibiyyətlər qədər artıqdır. Məsələ tam başqadır: Rasim Balayevin Babəki yenidən Səhl Sumbatlara hədəf olub. Və bu saat Ermənistanın öz havadarları ilə birlikdə Azərbaycanı təhdid etdiyi  bir vaxtda Rasim Balayevin bənzətməsindən bəhanə kimi istifadə edərək Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevi nişan alanlar isə elə Səhl Sumbatın törəmələdirlər.

Xəbər lenti