Şəhid Hüseyn Fərhad oğlu Muradovun qardaşı müşavir təyin olundu

Şəhid Hüseyn Fərhad oğlu Muradovun qardaşı müşavir təyin olundu
"Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin idarə heyətinin qərarı ilə Orxan Fərhad oğlu Hüseyn AQDİM-nin idarə heyəti sədrinin müşaviri seçilmişdir.
AQDIM-nin mətbuat xidmətindən verilən məlumata əsasən, "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin əsas məqsədi Azərbaycan Respublikasının müvafiq dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
Qeyd edək ki, qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

Xəbər lenti