Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR

Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
8 noyabr 2023-cü il tarixində Qazaxıstan Respublikasının Almatı şəhərində Azərbaycan Respublikasında Zəfər Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə AR-ın Qazaxıstan Respublikasındakı Səfiri Ağalar Atamoğlanov, QR XİN-in Almatı şəhərindəki nümayəndəliyinin rəhbəri, Almatı şəhərində yerləşən diplomatik korpusun, Qazaxıstanda yaşaya Azərbaycanlılar və Qazaxıstanın ictimai xadimləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan səfir A.Atamoğlanov şanlı Zəfər bayramı haqqında qonaqlara ətraflı məlumat vermiş, 8 noyabr-Zəfər Gününün Azərbaycan xalqının iradəsinin və gücünün təntənəsinə çevrildiyini qeyd etmişdir. 2020-ci ilin sentyabr ayında Ermənistanın növbəti təxribatına cavab olaraq, Azərbaycanın özünü müdafiə hüququndan istifadə edərək və beynəlxalq hüquqa tam uyğun olaraq həyata keçirilmiş cavab tədbirlərindən bəhs etmişdir. 44 Günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdiyi, münaqişənin tarixdə qaldığını bildirmişdir.

 

 

Xəbər lenti