“Qarabağdan Anadoluya: Gənclərin İstanbul Forumu”: Türkiyə ilə qardaşlıq və həmrəylik vurğusu - FOTOLAR
27 Fevral 2023, 10:23
27 Fevral
2023
10:23
275
Fevralın 25-də Türkiyənin İstanbul şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı "Qarabağdan Anadoluya: Gənclərin İstanbul Forumu” keçirilib.
Azərbaycan Gənclər Fondunun dəstəyi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının tərəfdaşlığı "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan forum Qarabağ savaşında şəhid olanların və Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Forumun açılış nitqini söyləyən layihə rəhbəri və "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər qonaqları salamlayaraq Vətən müharibəsində olduğu kimi, "Əsrin fəlakəti” olaraq adlandırılan zəlzələ faciəsində də Azərbaycan və Türkiyə xalqlarının bütün dünyaya birliklərini nümayiş etdirdiyini vurğulayıb.
"Məşhur şair Ədürrəhman Qaraqoçun da dediyi kimi, "Alovar sizdəysə közü bizdədir // Sizdəki yaranın özü bizdədir”. Həm Qarabağ savaşında, həm də zəlzələ fəlakətində hər iki ölkənin toplumu da həmrəylik nümayiş etdirdi. Bu gün Türkiyə xalqının yanında olduğumuzu, birlik və bərabərliyimizi bir daha sərgiləmək istəyirik. Buna görə də bu qardaşlıq forumunda hər zaman birlikdə, çiyin-çiynə mübarizə apardığımız qardaşlarımızla bərabərik”, – deyə Aqil Ələsgər bildirib.
Aqil Ələsgərin nitqindən sonra İstanbuldakı konsulumuz Zaur Allahverdi-zadə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) deputatı Həsən Küçük, Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Ədalət Turan, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu da çıxış edərək forumun əhəmiyyətinə diqqət çəkiblər.
Türkiyədə baş verən zəlzələ haqqında danışan Zaur Allahverdi-zadə Azərbaycan dövləti və xalqının Türkiyə üçün səfərbər olduğunu qeyd edib:
"Prezidentimiz cənab ilham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupu zəlzələ bölgələrinə gəldi. Daha sonra generator, qızdırıcılar, çadırlar, qida və ərzaqdan ibarət yardımlar hava və quru yolla əraziyə göndərildi. Azərbaycanın dörd bir tərəfindən xalq Türkiyədəki qardaşları üçün yardım kampaniyaları başlatdılar. Birlik və bərabərliklə bu çətinliyin də öhdəsindən gələcək və zəlzələnin yaralarını birlikdə sağaldacağıq”.
Azərbaycan xalqının zəlzələdən zərər çəkənlərə göndərdiyi yardımlar haqda danışan Şamil Ayrım: "Gücümüzü birliyimizdən alırıq”, – deyə vurğulayıb.
Türk xalqlarının gəncləri arasında körpü qurulması yolunda atılan addımlardan bəhs edən Şamil Ayrım bu kimi forumların reallaşdırılmasının böyük əhəmiyyət kəsb etdiyini də bildirib.
ŞKTC millət vəkili Həsən Küçük isə gələcəkdə "Qarabağdan Anadoluya və Anadoludan Kiprə” mövzulu forumun Şimali Kipr Türk Cümhuriyyətində keçirilməsini təklif edib.
Protokol çıxışlarından sonra "Anadoludan Qarabağa: Media Paneli” və "Qarabağdan Anadoluya Gənclər Paneli” təşkil edilib.
"Ülke TV” xəbər koordinatoru Mustafa Yıldız ın moderatorluğu ilə keçirilən birinci paneldə" Haber7” saytının baş redaktoru Osman Atəşli, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu və "Vətəninfo” saytının baş redaktoru Nahid Canbaxışlı iki ölkə arasındakı media əlaqələrini müzakirə edib, perspektivlər barədə fikir mübadiləsi aparıblar.
"Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, "Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdilinin moderatorluğu ilə baş tutan ikinci paneldə jurnalist Aysu Mola, DAVAM Hərəkatının sədri Nihad Allahyarlı, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının koordinatoru Altay Mirzəliyev və jurnalist Natiq Çıraqzadə Türkiyə ilə Azərbaycan gəncləri arasında inteqrasiyanın gücləndirilməsi istiqamətində görülən işlərdən və atılması zəruri olan addımlardan danışıblar.
Forumun sonunda həmrəylik rəmzi olaraq plaketlər təqdim edilib.
Xəbər lenti
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub