Qadınların karyera imkanlarının inkişaf etdirilməsi ilə bağlı layihə keçirildi - FOTOLAR

Qadınların karyera imkanlarının inkişaf etdirilməsi ilə bağlı layihə keçirildi - FOTOLAR
Yenilik və İnkişaf İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  "Qadınların informasiya və kommunikasiya texnologiyaları istiqamətində karyera imkanlarının inkişaf etdirilməsi” adlı layihə 1 mart 2023-cü il tarixindən start götürüb.
 
Layihədə gənc məktəbli qızların İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsindəki məlumatlarının artırılması nəzərdə tutulub.


Layihədə 14-16 yaşlı Sumqayıtda yaşayan məktəbli qızlar iştirak edib və əsas məqsəd cəmiyyətdə qız uşaqlarının dəyərini təşviq etmək, onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etmək olub.


Layihə zamanı məktəblərdə mütəmadi görüşlər təşkil edilərək, gənclərə İKT sahəsində yenilikləri əks etdirən, həmçinin İKT sahəsində uğur qazanmış rolmodel işgüzar qadınların nümunəsi iştirakçıları həvəsləndirmək məqsədi ilə  video-çarx təqdim edilib.
Ümumilikdə layihə üç ay davam edərək, 1 iyun 2023- cü il tarixində yekunlaşdırılıb.
 
 

Xəbər lenti