Bunu Sfera.az-a açıqlamasında "Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib.
"Bu gün Azərbaycan Ordusunun silahlanmasını müasir silah sistemləri təşkil edir. Hərbi təchizatımızda daim ən yeni döyüş vasitələri, hərbi texnikalar və silah-sursat yer alır. Hərbi təlimlərdə də belə müasir texnikaların tətbiqi metodları təkmilləşdirilir, döyüşün aparılmasında taktiki üsullar işlədilir. Məsələn, Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş təlimlərində Türkiyənin hərb sistemi kifayət qədər inkişaf etdiyinə görə, öyrəniləsi məqamlar çox oldu”.
Ə. Bəydəmirli bildirib ki, hərbi təlimlər şəxsi heyətin döyüş bacarıqlarını təkmilləşdirir:
"Azərbaycanın iqtisadi imkanları artdıqca bu sahənin hərtərəfli modernləşməsi prosesi gücləndirilir. Cənab Prezidentin də tez-tez sərhəd rayonlarına səfərlər edərkən hərbçilərlə görüşməsi onların ruh yüksəkliyini artırır. Maddi-texniki təminatın yüksək səviyyədə olması ordunun şəxsi heyətində də daim xoş əhval-ruhiyyə yaradır”.