ABŞ-ın daha bir ikiüzlülüyü - rəylər
15 Fevral 2024, 12:45
15 Fevral
2024
12:45
460
Amerika Qarabağın bərpasına, mina terroru ilə mübarizəyə dəstək verməyi "unudur”...
Qərbin Azərbaycana münasibətdə daim ikili standartlar tətbiq etməsi, qərəzli münasibəti barədə minlərlə fakt var. Bunların sırasına daha biri əlavə olundu. Belə ki, ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,34 milyard dollarlıq yardım paketinin ayrılması ilə bağlı qanun layihəsini təsdiq edib. Senatda keçirilən səsvermə nəticəsində qanun layihəsi qəbul olunub. Bu layihə Ukraynaya 60 milyard dollardan çox maliyyə vəsaiti ayrılmasını nəzərdə tutur. Senatdakı səsvermədən sonra qanun layihəsi Nümayəndələr Palatasına göndəriləcək.
Əlbəttə, istənilən halda humanizm, siyasi tərəfdaşlıq və digər prizmalardan yanaşanda ABŞ-ın kritik dönəmlər yaşayan ölkələrə yardım ayırması təbiidir. Ancaq ortada bu faktlar da var ki, ABŞ heç də humanizm prinsiplərindən çıxış etmir, onun özünün ikili yanaşmaları var. Söhbət ondan gedir ki, hansısa bir erməninin Qarabağdan könüllü köçüb getməsinə görə özünü yırtan Amerika 30 il erməni separatçıların darmadağın etdiyi Qarabağın bərpasına, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsinə ötən 4 il ərzində heç bir vəsait, yardım ayırmayıb. Hansı ki, xüsusilə mina terroru ilə mübarizə ümumbəşəri məsələdir. Digər tərəfdən, Azərbaycan antiterror koalisiyasının sadiq üzvü kimi, faktiki olaraq Qarabağda terror yuvasını məhv edib və indi separatçı rejimin mina terroru ilə mübarizə aparır. ABŞ bu məsələdə qeyri-səmimiliyini, qərəzini bir daha nümayiş etdirmiş olur.
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Birləşmiş Ştatların nə zamansa dəyişəcəyinə inanmır: "Amerika yüz il əvvəl də belə olub, 200 il sonra da belə olacaq. Onlar üçün humanizm, ədalət, həqiqət anlayışları yalnız öz maraqlarına uyğun gələndə prioritetə çevrilir. Uyğun gəlməyəndə isə dərhal gözdən itirlər. Sadəcə, məsələ burasındadır ki, mina terroru ilə mübarizə ümumbəşəri mövzuların ən qloballarındandır. Və ya nə nəzərdən qaçsa da, mina məsələsi dünya dövlətlərinin, ələlxüsus da böyük dövlətlərin nəzərindən qaçmamalıdır. Amma göründüyü kimi, ABŞ məlum istiqamətdə heç bir təşəbbüsün, hərəkətliliyin yiyəsi deyil. 4 ildir tamaşa edir. Azarkeşi olduqlarına pulları, paraları, milyardları kisə-kisə verməyi bacarır, fəqət başını qaldırıb sağa-sola, ətrafa, digər lazımlı nöqtələrə baxmağa ərinir, açıq ayrı-seçkilik edir, hikkə edir, ədalətsizlik edir. 4 il müddətində ABŞ ancaq Qarabağdan köçən ermənilərin dərdini çəkdi, amma 30 il boyunca Azərbaycanın haqqının pozulmasını, doğma torpaqlarımızda törədilən vəhşilikləri görmədi, haqqında danışdığımız mina qurbanlarının siyahısına nəzər yetirmədi, ATƏT-in Minsk Qrupundakı fəaliyyətsizliyindən utanmalı olduğu halda, BMT-nin qətnamələrini BMT-nin əvəzinə icra edən Azərbaycana qarşı haqsız və lüzumsuz siyasət yürütdü.
Odur ki, Qərbin səmimiyyətinə əvvəl olduğu kimi, bundan sonra da qətiyyən inanmaq olmaz. Belələrinə güvənmək, bel bağlamaq olmaz. Onlarla heç bir halda bir yola çıxmaq olmaz. Və bura qədər necə bütün məsələlərimizi, hər şeyi özümüz həll etmişiksə, bundan sonra da öz ayağımız üzərində dayanaraq, sadəcə, özümüzə güvənərək davam etməliyik".
Sona Əliyeva
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva ABŞ-ın bu ikiüzlülüyünün başadüşülən olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, əslində Birləşmiş Ştatlar Azərbaycana qarşı hər zaman ikili standartlar çərçivəsindən çıxış edib: "Hələ 1992-ci ildə Azərbaycan əraziləri işğala məruz qaldığı halda ABŞ bədnam "907-ci maddəyə düzəliş" etdi, bununla da işğalçı Ermənistana yox, işğala məruz qalan ölkəmizə qarşı sərt addımlar atdı. Sonrakı illərdə Bakı beynəlxalq terrorizmlə mübarizədə Qərb koalisiyasının yanında yer almaqla həmin bədnam düzəliş "donduruldu”. Amma tam ləğv olunmadı. 1994-cü ildə atəşkəsin imzalanmasından sonra Qarabağdakı separatçılara milyonlarla dollar vəsait ayırırdı. Bu proses 2020-ci ilin 44 günlük şanlı Vətən müharibəsinə qədər davam etdi. Əslində 27 il ərzində Vaşinqton terrorçulara maliyyə yardımı ayırmaqla bölgədə terrorizmin "dayanıqlı mayalanması”na şərait yaradırdı. ABŞ əslində ovcunun içindəki qapazaltı dövlətlərə maliyyə yardımı ayırmaqdadır. Ukrayna, Moldova, Tayvan və Ermənistan kimi ölkələr də bu qəbildəndir. Çünki həmin dövlətlərin xarici siyasətini Birləşmiş Ştatlar birbaşa müəyyən edir. ABŞ-ın maliyyə donorluğu etdiyi ölkələr Amerikanın sözündən bir vergül də kənara çıxa bilməzlər. Məhz bu baxımdan, ABŞ-ın Azərbaycanın işğaldan azad olunan ərazilərinə maliyyə yardımı ayırmamasında təəccüblü heç nə yoxdur. Ona görə ki, Azərbaycan müstəqil siyasət yürüdür. Öz xarici siyasət kursunu özü müəyyənləşdirir. Birləşmiş Ştatlar isə tarix boyu belə dövlətlərlə işləməyib. Ən azından işləyə bilməyib. Çünki bu, onun maraqlarına uyğun deyil. ABŞ o ölkələrə maliyyə yardımı ayırır ki, ya həmin dövləti böyük siyasi fəlakət gözləyir, ya da bu ölkə xaotik və faciəvi durumdadır. Dünyaya "demokratiya” istehsal edən Birləşmiş Ştatlar əslində getdiyi ölkələrə ən amansız faciələri aparıb. Düşünürəm ki, ABŞ-ın həmin maraqlar qarşılığında Azərbaycana maliyyə yardımı ayırmasındansa, öz göbəyimizi özümüzün kəsməyimiz daha məqsədəuyğundur. Ən azından, kənardan gələn təhlükələrdən və xaosdan sığortalanmış olarıq".
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə söylədi ki, ABŞ-ın ikili standartları yeni deyil və bundan sonra da bu halları müşahidə edəcəyik: "Bu münasibətdən ən çox əziyyət çəkən ölkələrdən biri, bəlkə də birincisi Azərbaycandır. 1988-ci ildən Ermənistan tərəfindən təcavüzə məruz qalan, 30 ildən çox 20 faizi işğal altında və 1 milyondan çox qaçqını olan Azərbaycana qarşı 907-ci düzəlişin tətbiqi bu ədalətsiz yanaşmanın ən bariz nümunəsidir. Vaşinqton üçün demokratiya, insan haqları, humanizm kimi dəyərlər milli maraqlarını pərdələmək üçün bir vasitədir. Ukrayna ilə Rusiyanı, İsraillə İslam dünyasını üz-üzə qoymaqla ABŞ öz strateji və "dünyaya ağalıq" siyasətini həyata keçirir. Azərbaycan hələ ki bu planların içində yoxdur. Baxmayaraq ki, Azərbaycanla ABŞ arasında partnyorluq münasibətlərinin genişləndirilməsi tədbirləri haqqında sabiq prezident Heydər Əliyevin 1997-ci ildəki sərəncamı var, həmçinin Azərbaycanla ABŞ arasında müxtəlif sahələri əhatə edən 95 rəsmi sənəd imzalanıb və hər iki dövlət strateji əməkdaşlıq mövcuddur, lakin Ağ Ev heç də həmişə sadiqlik, etibarlılıq nümayiş etdirməyib. Heç Ukraynaya 60 milyard dollarlıq maliyyə vəsaitinin ayrılması vaxtında həyata keçirilmədi və bu gecikmə böyük itkilərə, dağıntılara səbəb oldu. Azərbaycan Ermənistanın işğalına məruz qaldığı 30 il ərzində əraziləri minalarla, partlayıcı qurğularla və digər təhlükəli vasitələrlə çirkləndirilib. İşğalçı dövlət bu günədək də həmin ərazilərin xəritəsini Bakıya verməkdən imtina edir, ya da qeyri-dəqiq xəritələr verir. Bunun da bədəlini yüzlərlə mülki Azərbaycan vətəndaşı öz həyatı və sağlamlıqları ilə ödəyir. İndiyədək yüzlərlə şəxs həlak olub, yüzlərlə vətəndaşımız ağır bədən xəsarətləri alıb. Minalarla, partlayıcı qurğularla və digər təhlükəli vasitələrlə çirkləndirilmiş əraziləri təmizləmək üçün milyonlarla vəsait və on illiklər lazımdır. Bütün bunları Azərbaycan dövləti təkbaşına edir. Ancaq proses uzandıqca insanların həyatları da risk altında qalmaqda davam edir. Humanizm nöqteyi-nəzərindən də buna ABŞ-ın seyrçi qalması təəssüf və təəccüb doğurmaya bilməz. Əgər ABŞ həqiqətən də regionda sülh və təhlükəsizliyin bərqərar olmasını, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, ləyaqətli sülhün imzalanmasını istəyirsə, o zaman mina terrorunun aradan qaldırılmasına, çirklənmiş ərazilərin təmizlənməsinə maddi və texniki dəstək verməlidir. Mina terroru çağdaş dünyamızda ən qlobal və təhlükəli problemə çevrilib. ABŞ dünyada sülhün və təhlükəsizliyin qorunması məsuliyyətini öz üzərinə götürən dövlətlərdən biri olaraq bu qlobal təhlükəsizlik probleminin həllinə kömək etmək öhdəliyini də unutmamalıdır. Mina terroru həm də beynəlxalq hüquqda bəşəri cinayət sayılır. ABŞ-ın və Qərbli müttəfiqlərinin illərlə bu cür ikilistandart və ikiüzlülüyünün nəticəsidir ki, dünyada müharibə ocaqlarının sayı günbəgün artır. Münaqişə zonalarında postmünaqişə dövründən sonra on minlərlə mülki insan mina terrorunun qurbanı olur. Çox təəssüf ki, Azərbaycan bu gün həm mina terrorunun, həm də Qərbin qeyri-səmimiliyinin, ədalətsiz mövqeyinin, qərəz və qeyri-humanistliyinin qurbanları sırasındadır".
Xəbər lenti
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
-
15:57“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
14:32“Alternativ”dən yeni layihə: “FarmHER”
-
13:14İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
11:10Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
14:58Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
12:58"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
12:04“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
09:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:08Bu məktəbə Natiq Qasımovun adı verildi
-
15:50Ramil Həsən parlamentdə çıxışı zamanı vətəndaşları narahat edən problemlərdən danışıb
-
12:05Milli Hematologiya və Transfuziologiya Mərkəzinin kollektivi başsağlığı verir
-
11:11Hansı uçot növü daha önəmlidir? Maliyyə uçotu yoxsa Vergi uçotu - TƏHLİL
-
12:42“Azərbaycan media landşaftı” üzrə məlumat bazası 7 ay müddətində yaranıb - Rəşad Məcid
-
12:40“Media landşaftı beynəlxalq standartlara uyğun hazırlanıb” - Müşfiq Ələsgərli
-
13:11Ordubadın dağlarında meşə zolağı salınıb
-
11:54Premium təmirli mənzil axtaranların nəzərinə: Nərimanovda faizsiz kreditlə mənzillər!
-
18:41COP29 Sədrliyi bəyanat yaydı
-
13:49Könül Abdulrəşidova: "GİKM olaraq ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönəlmiş layihələr icra etmişik"
-
16:11Deputat Ramil Həsən Milli Məclisdə vətəndaşları qəbul edib
-
10:37COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə keçirilib
-
10:32İstanbulda “Türkiyə-Azərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib – FOTO/VİDEO
-
16:05Özbəkistan, Seneqal, Misir və Qambiya rəsmiləri “ASAN xidmət”də
-
15:23Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
-
13:30ASAN könüllülərinin COP29 çərçivəsində reallaşdırdığı ekoloji layihəsi başa çatıb
-
12:52COP29 prezidenti Azərbaycan QHT-lərinin pavilyonuna baş çəkib
-
12:52COP28, COP29, COP30 ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
-
13:21İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşdü — YENİLƏNDİ
-
10:29Şəhid Tural və Musa qardaşlarına həsr olunmuş tanıtım filmi və şeirlər kitabı təqdim edildi - MİNGƏÇEVİRDƏ
-
15:57Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
-
15:52Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə - JEM-in bəyanatı
-
10:47Bakıda toplaşan dünya və İlham Əliyevdən Qərbin "baykot siyasəti"nə "tərs şillə"
-
10:11“Azərbaycan Konstitusiyası Ulu Öndərin dövlətçilik qarşısında ən böyük tarixi xidmətlərindən biridir” - RƏY
-
17:04Keniya Baş naziri "ASAN xidmət”də
-
10:25Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib
-
10:23Zimbabve Prezidenti "ASAN xidmət"də
-
10:46Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür
-
10:34Azərbaycan və Afrika QHT-ləri COP29 mövzusunda birgə konfrans keçirib
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
03 Dekabr 2024
02 Dekabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
14 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
Digər xəbərlər
-
SİYASƏT
Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
SİYASƏT
Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
SİYASƏT, GÜNDƏM
Geosiyasi bədən real Vətənə qarşı
-
SİYASƏT
“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
SİYASƏT
“Alternativ”dən yeni layihə: “FarmHER”
-
SİYASƏT
İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
SİYASƏT
Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
SİYASƏT
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
SİYASƏT
Bu məktəbə Natiq Qasımovun adı verildi