"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

22 Yanvar 2024, 17:26
22 Yanvar
2024
17:26
298
AMB-nin faiz qərarı və ABŞ-da ÜDM-in həcmi birjalarda hansı dəyişikliklərə səbəb ola bilər?
"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.
Amerikada artan inflyasiya göstəricilərindən sonra ötən həftənin əvvəli ABŞ Federal Ehtiyyatlar Sisteminin martda faiz dərəcələrini endirəcəyinə dair ehtimalların kəskin azalması fonunda dollar major valyutalar qarşısında bahalaşsa da, həftənin sonuna doğru İngiltərədə də proqnozların əksinə olaraq İstehlak Qiymətləri İndeksinin kəskin artımla açıqlanması funt-sterlinqi və avronun qiymətlərinə dəstək oldu.
Lakin qeyd etmək lazımdır ki, yüksək inflyasiya rəqəmlərinə baxmayaraq, bazar iştirakçıları Federal Ehtiyatlar Sisteminin potensial faiz dərəcəsini azaltması ehtimallarının mövcudluğuna inanırlar. Bu gözləntilərə bir neçə sonrakı endirimlərin mümkünlüyü də daxildir.
Hazırda bazar gözləntiləri, faktiki məlumatlar və Federal Ehtiyatlar Sisteminin mövqeyi arasında ciddi uyğunsuzluqlar müşahidə olunur.
Cümə axşamı günü ABŞ-da Ümumdaxili Məhsulun həcminə dair göstəricilər iqtisadi artımın əsas göstəricisi olan istehlak xərclərinin daha yüksək faiz dərəcələri qarşısında dayanıqlı olub olmadığını göstərən əlamətlər səbəbindən yaxından izləniləcək.
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) inflyasiyaya nəzarət etmək üçün ötən il faiz dərəcələrini artırıb. Lakin qiymət artımlarının yavaşlaması ilə bu il faiz dərəcələrinin azaldılmasının potensial tempi və iqtisadiyyatın resessiyadan qaça bilməyəcəyi ehtimalları bazarlara kölgə salan əsas qeyri-müəyyənliklərdir.
Həmçinin çərşənbə günü Amerikada, Avrozonada, Almaniyada və İngiltərədə Sənaye Sektorunda Biznes Aktiviliyi İndeksi və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri, ən əsası isə cümə axşamı günü Avropa Mərkəzi Bankının faiz qərarı, bank sədri Kristin Laqardın çıxışları EURUSD və GBPUSD məzənnələrinin qiymətlərinə ciddi təsir edə bilər.
Dolların altı valyuta səbəti qarşısında gücünü ölçən Dollar indeksi geridə qoyduğumuz həftə ərzində 103.70 bənd həddinə kimi yüksəlmiş, lakin burada müqavimətlə qarşılaşaraq kritik hədd olan 103.50 bənd həddinin altına qayıdıb. Həftəlik şamını 103.20 bənd səviyyəsində bağlayan DXY 103.50 bənd səviyyəsindəki müqavimət həddinin altında qaldığı müddətcə, dollarda eniş tendensiyası davam edə bilər.
İnvestorlar cari həftə ərzində birjalarda, xüsusən valyuta bazarlarında tendensiyaların necə irəliləyəcəyinə dair suallara aydınlıq gətirmək üçün, Amerikada, Avrozonada, Almaniyada və İngiltərədə Sənaye Sektorunda Biznes Aktiviliyi İndeksi və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Avropa Mərkəzi Bankının faiz qərarı, Amerikada ÜDM-in həcmi və İşsizlik Müavinatı üçün Müraciətlərin sayı, Şəxsi xərclər Qiymət İndeksi kimi önəmli iqtisadi göstəriciləri yaxından izləyəcəklər.
Bazar iştirakçıları bu həftə həmçinin Yaponiya və Kanada Mərkəzi Banklarının faiz qərarlarını diqqət mərkəzində saxlayacaqlar.
EUR
Ötən həftəyə enişlə başlayan EURUSD məzənnəsi Avrozonada ehtimallara uyğun, İngiltərədə isə inflyasiya göstəricilərinin proqnozların üzərində açıqlanmasından sonra funtda müşahidə olunan yüksəliş fonunda, avro da dollar qarşısında 1.0910 hədlərinə yüksəlib və həftəlik şamını bu səviyyədə bağlayıb.
Təhlillərə əsasən, EURUSD məzənnəsində "buğalar" qiyməti 1.09$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. Cari həftə ərzində keçiriləcək toplantısında ECB-nin faiz dərəcələrini dəyişməyəcəyi gözlənilir. Lakin AMB sədri Kristin Laqardın çıxışında monetar siyasətin gələcəyinə dair ipucları aranacaq.
GBP
Ötən həftə ərzində 1.2720 hədlərinə qədər bahalaşan GBPUSD məzənnəsi həftəlik şamını bu səviyyəsində tamamladı. Cari həftə ərzində isə, Amerikada və Avrozonada açıqalanacaq önəmli iqtisadi göstəricilər funt-sterlinqin də valyuta birjalarındakı, xüsusilə də dollar qarşısındakı mövqelərinə ciddi təsir edə bilər.
NEFT
"OPEC" üzvü Liviyanın ən böyük yatağından hasilatı bərpa etməsindən sonra neft qiymətləri erkən enişdən sonra sakitləşdi. Bu, Qırmızı dənizdə gəmiçiliyi pozmağa davam edəcək gərginliklə bağlı narahatlıqları kompensasiya edir.
Xam neft bu il istiqamət tapmaqda çətinlik çəkib, həftələrdir sərt enişlər və yüksəlişlər sərgiləyib. Bu qarışıq tendensiya Yaxın Şərqdəki gərginliyin, o cümlədən İsrailin Qəzza zolağına hücumlarının təsiri nəticəsində ortaya çıxdı, neft bazarlarının bol şəkildə təmin olunmağa davam edəcəyi ilə bağlı gözləntiləri kompensasiya etdi. Ötən həftə Beynəlxalq Enerji Agentliyi "OPEC"-dən kənarda neft hasilatında artımların olduğunu, lakin tələb artımının yavaşladığını vurğulamışdı.
Ötən həftə ərzində qarışıq tendensiya sərgiləyən "WTI" və "Brent" nefti həftənin son ticarət günündə ucuzlaşaraq həftəlik şamlarını müvafiq olaraq, 73.50$ və 78.50$ səviyyələrinin altında bağladılar.
Analitiklərin proqnozlarına əsasən "buğalar" qiyməti 78$ həddinin üzərində qoruyub saxlaya bilsələr, "Brent" nefti yenidən 80$-a kimi bahalaşa bilər. 77$ həddi aşağıya doğru qırılacağı təqdirdə isə, növbəti dəstək hədləri kimi 75$ və 70$ səviyyələri çıxış edir. 79$ səviyyəsi yuxarıya doğru qırılacağı təqdirdə isə, "Brent" nefti 80$ və 82$-a kimi bahalaşa bilər.
Lakin qeyd etmək lazımdır ki, analitiklərin fikrincə, geosiyasi risklərə baxmayaraq, xam neftə tələbat proqnozu zəif olaraq qalır.
XAUUSD
Ötən həftəyə 2048$ səviyyəsində start verən qızıl, gedişatda 2000$-a kimi ucuzlaşsa da, burada "buğalar"ın dəstəyini alaraq dibdən alışlarla yenidən bir qədər yüksəldi və həftəlik şamını 2029$ səviyyəsində bağladı. Lakin "sarı metal"ın qiyməti, aktuallığını qoruyan dolların bahalaşma ehtimalları fonunda eniş meyllərini saxlayır. FED-in faiz endirimi ehtimallarının ertələnməsi fonunda "ayılar" satış həcmlərini artırarlarsa, 2000$ səviyyəsi yenidən test edilə bilər.
İnvestorlar gələn il faiz endirimlərinin reallaşacağına əmin olsalar da, siyasi və iqtisadi qeyri-müəyyənliklər artır. Bu da, qızıl investorları üçün potensial olaraq müsbət günlər gətirə bilər.
Analitiklərin təhlillərinə əsasən qiymətli metalın dəyəri 2000$-lıq dəstək səviyyəsini qoruya və "buğalar" qiyməti 2050$-ın üzərinə qaytara bilsələr, 2100$ hədləri yenidən test oluna bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İNVEST-AZ İnvestisiya Şirkəti"nin
Tədris və Analiz Departamenti
"İNVEST-AZ İnvestisiya Şirkəti"nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti" yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Xəbər lenti
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
10:56"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
15:57Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
12:44Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
25 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
07 Yanvar 2025
28 Dekabr 2024
27 Dekabr 2024
25 Dekabr 2024
23 Dekabr 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
SİYASƏT
"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
SİYASƏT
Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
SİYASƏT
ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
SİYASƏT
QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
SİYASƏT
"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
SİYASƏT
Siyasi birlik və həmrəylik nümunəsi
-
SİYASƏT
"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
SİYASƏT
Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO