“Öz ölkəsində narkomaniyanı leqallaşdıranlar bizə əxlaq dərsi keçir?!”

14 Oktyabr 2024, 10:02
14 Oktyabr
2024
10:02
140
Yaşadığımız dünyada tam qapalı ölkələr mövcuddur. Hansı ki, həmin qapalılıqdan dolayı nə problem yaşayırlar, nə üzərlərinə gələnləri var, nə də sanksiya verənləri.
Hə, bu məqamda buyura bilərsiz: ağzında qapalı deyirsən, giriş yox, çıxış yox, internet yox, rahat nəfəs almaq yox. Orası doğru. Amma və lakin! Mən ölkələrin özünü deyil, kənardan onlara sərgilənən münasibəti nəzərdə tuturam: Kəskinlik qalsın bir yana, ən kiçik narahatlıq belə sezilmir. Əksinə, bir baxırsan, dünya liderləri həmin ölkə başçılarına elə jestlər edirlər, elə nəvaziş göstərirlər, adam heyrətə gəlir. Və ya, görüm Niderlandın ağlına gələrmi ki, belələri haqda artıq-əskik söz desin? Ya Fransa, Amerika?! Əsla! Hətta gərəkirsə, pişvazına çıxarlar. Nazını çəkərlər. Konqresdə də, Senatda da, lap elə canım sizə desin, özündən müştəbeh Beynəlxalq Təşkilatlarda da...
Quyruqları qapı arasında qalan kimi isə şablon bəhanə ortalıqda meydan sulayır: Neyləyək, nüvə ölkəsidir!
Niderland demişkən. Oktyabrın 10-da bu ölkəyə günəş deyəsən yenə "qırmızı fonar” küçəsi tərəfdən çıxıb və ona görə də parlamentariləri utanmadan-qızarmadan Azərbaycana qarşı növbəti (qərəzli) qətnamə qəbul etmək qərarına gəliblər.
Nonsens də elə budur! Niderland hara, biz hara?! Niderland harda, biz harda?l Və ya: həmin deputatları o bashabasda görəsən nə məcbur edib ki, Azərbaycan məhkəmələrinin həbs qərarı verdiyi müharibə cinayətkarları barədə yanlış mühakimə yürütsün və onları "hərbi əsir” adlandırsın?! Niderlandlı millət vəkilləri ümumiyyətlə Arayik barədə məlumatlıdırmı? Eşidiblərmi ki, haqqında danışılan cani öz səsi, öz yazısı, öz imzası ilə Gəncə terrorunu təşkil elədiyini təsdiqləyib, yüzlərlə cinayətə ideya müəllifliyi edib, Ermənistan da daxil dünyada heç bir ölkənin tanımadığı separat, qondarma qurumun başında illər uzunu dayanıb?! Yox əlbət! Eşitməzlər. Eşitsələr də eşitməzdən keçərlər.
Eynən bir addımlıqlarındakı Haaqa və Cenevrədə təsbit edilən (1949 və 1954-cü il Konvensiyalarını nəzərdə tuturam) imperativ normaları görməzdən keçdikləri kimi....
Xatırlayırsınızmı, bir ara Kanada da biz tərəflərdə "şayba”sını itirmişdi, tapa bilmirdi. Sonra bir baxdıq, hindistanlıların yuxusu ərşə çəkilib. Ki, demə bəs Azərbaycandakı insan hüquq və azadlıqlarından narahatmışlar. Daha sonra Avropa Şurasının "tırka”sı ilə Şvabe adında sirk təlimçisi üzərimizə şığıdı. Ardınca Amerika konqresmenləri və palata üzvləri "çin qa çunq” mexanizmi ilə Azərbaycanı hədəfə aldı. Və indi də Niderland! Bir yandan Parlamenti qətnamə qəbul edir, digər yandan isə Xarici İşlər Naziri Veldkamp kənardan züy tutur...
Əlqərəz, COP 29 bir çox fürsətcillərin əlinə bəhanə verib və kimin Azərbaycanla nə dərdi, problemi varsa, məhz bu ərəfədə çözməyə çalışır. Eybi yox. Çalışsın. Əlindən gələni də ardına qoymasın. Zatən sonucda hamısı ağzının payını alır. Layiq olduğu formada! Sadəcə məsələ burasındadır, bəzən elə ölkələr üzərimizə xoruzlanır, ya da ağsaqqal moduna girir, bax o məqamda artıq səbr etmək mümkünsüzdür. Adamın dəymişi qala-qala kalı tökülür. Gerçəkdən! Çönüb demək istəyirsən ki, ay bədbəxt, sən hələ adından, mahiyyətindən "krallıq” kəlməsini çıxara bilməmisən, indi mənim qarşımda demokratik dəyərlərdən, dünyavi idarəetmədənmi dəm vurursan? Sən - qanunla, Konstitusiya ilə narkomaniyanı öz ölkəndə leqallaşdırandan, marixuana qoxusunu küçələrindəki divarlara qədər hopdurandan, "Cofee Shop”ları rəsmi turizm brendinə çevirəndən sonra mənə əxlaq və mənəviyyatdan dərsmi keçmək istəyirsən? Sən – dünyanı qan gölməçəsinə çevirənlərin, 27 saatlıq hava yolu məsafəsində yerləşən ada dövlətini girovluqda, əsirlikdə saxlayanların yanında ola-ola mənimlə humanitar hüquq normaları haqdamı danışırsan?!
Ukrayna boyda əsəriniz ortalıqdadır, cənablar!
Ukrayna tablosu dünyanın hər yerindən nəinki açıq, hətta qapalı gözlə belə görünən yerdən asılıb, cənablar!
Ukrayna "təcrübəsindən” sonra özünə hörmət qoyan bir dövlət sizlərə inanmaz, güvənməz, etibar etməz, cənablar!
Ona görə gedin quşunuzu başqa yerlərdə uçurdun.
Əsas da uyğun yerlərdə.
Məsələn, Quantanamonu, İŞİD-i, FETÖ-nü ərsəyə gətirənlərin məkanında...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Xəbər lenti
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
10:56"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
15:57Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
12:44Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
-
11:48“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:22"Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb" - İlham Əliyev Fransa və Paşinyanın havadarlarına öz yerini göstərdi
-
13:02Səbuhi Abbasov: “Media savadlılığının təmin edilməsi sağlam informasiya mühitini formalaşdıracaq”
-
10:18"Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu" başa çatdı – FOTOLAR
-
13:26“Ölümü öldürən adam...”
-
09:35Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım (FOTO)
-
09:33Heydər Əliyevin vəfatından 21 il ötür
-
09:31Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
11:11Gələcəyə baxış: təhsil və iş dünyasında yeni çağırışlar – FOTO
-
11:21Qərbin bəzi dairələrindən alınan qanunsuz pullar milli maraqlarımızın zədələnməsinə hesablanıb - Səbuhi Abbasov
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
11 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
25 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
07 Yanvar 2025
28 Dekabr 2024
27 Dekabr 2024
25 Dekabr 2024
23 Dekabr 2024
20 Dekabr 2024
19 Dekabr 2024
14 Dekabr 2024
12 Dekabr 2024
10 Dekabr 2024
08 Dekabr 2024
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
Digər xəbərlər
-
SİYASƏT
Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
SİYASƏT
Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
SİYASƏT
"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
SİYASƏT
İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
SİYASƏT
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
MANŞET, SİYASƏT
Muxtar Babayev vəzifəsindən azad olundu
-
SİYASƏT, GÜNDƏM
“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
SİYASƏT
Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
SİYASƏT
Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya