“YARAT”ın “Yenə o bağ olaydı” səyyar sərgisi bu dəfə Mingəçevirdə açılıb
01 Noyabr 2019, 21:24
01 Noyabr
2019
21:24
1902
Mingəçevir, 31 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
"YARAT” Müasir İncəsənət Məkanı oktyabrın 31-də Mingəçevir Şəhər Dövlət Rəsm Qalereyasında incəsənət həvəskarlarına "Yenə o bağ olaydı” adlı səyyar sərgisini təqdim edib.
7news.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən "YARAT” Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökümə Kərimova sərginin qurum tərəfindən Mingəçevir şəhərində təşkil edilən sayca dördüncü sərgi olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, "YARAT” Müasir İncəsənət Məkanının 2016-cı ildə Qax Dövlət Rəsm Qalereyasında təşkil etdiyi "Zamanın izləri” və 2018-ci ildə Qazax Dövlət Rəsm Qalereyasında, 2019-cu ildə isə Gəncə şəhərindəki Məhsəti Gəncəvi Mərkəzində təşkil etdiyi "Yenə o bağ olaydı” adlı səyyar sərgilər incəsənət həvəskarlarının böyük marağına səbəb olub. Budəfəki sərginin proqramına isə "YARAT”ın daimi kolleksiyasında olan əsərlərin nümayişi ilə yanaşı, müasir incəsənətin təbliği ilə bağlı seminar və ustad dərslərinin keçirilməsi də daxil edilib.
Şəhər icra hakimiyyətinin rəsmisi Tofiq Əskərov respublikamızın böyük elm və mədəniyyət mərkəzlərindən olan Mingəçevir şəhərində belə sərgilərin təşkilinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək, sərginin təşkilinin əlamətdar hadisə olduğunu vurğulayıb. İcra hakimiyyətinin rəsmisi sərginin Mingəçevir şəhərində təşkilinə görə, "YARAT”ın rəhbərliyinə sənətsevərlər adından minnətdarlığını bildirib.
Sərginin kuratoru Anna Fech sərgi haqqında qısa məlumat verib. Bildirib ki, məşhur italyan rəssamı Mikelancelo Pistolleto və perspektivli yerli rəssamların əsərlərindən ibarət "Yenə o bağ olaydı” sərgisi dahi rəssam tərəfindən ərsəyə gətirilmiş "Üçüncü cənnət” nəzəriyyəsini müzakirə etməklə "Cittadellarte Fondazione Pistoletto” Fondunun (Biella, İtaliya) bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsin nəticəsidir. "Üçüncü cənnət” nəzəriyyəsi müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürməyə, texnologiyalar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışır.
Diqqətə çatdırılıb ki, sərginin adı Mikayıl Müşfiqin ən məşhur şeirindən götürülüb. Bağ ot-alaqdan təmizlənən, əkilib-becərilən, insana tənhalıq və təhlükəsizlik duyğuları bəxş edən bir guşədir. Şair bu şeirində bağı arzuolunan sevgi, sülh, azadlıq və xoşbəxtliyin vəhdət təşkil etdiyi nostalji məkan kimi təsvir edir.
Sərginin açılışı zamanı ziyarətçilər "Üçüncü cənnət” simvolunu canlı əks etdiriblər. Simvol üç halqadan ibarət olan riyazi sonsuzluq işarəsinin yenidən mənalandırılmış formasını ifadə edir.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Ekspozisiyadakı Mikelancelo Pistolettonun büzməli kartondan hazırlanmış məşhur labirint instalyasiyası ziyarətçiləri öz daxili "mən”ini, kimliyini axtarmasına vadar edir. Labirintin forması uzunmüddətli araşdırma və "fərdi səyahət” üçün metafora kimi istifadə olunub. Burada rəssam öz yaradıcılıq metoduna sadiq qalaraq, əsərlərinin bir hissəsi olan ziyarətçiləri seyrdən yayındırmamaq üçün sadə materiallardan istifadə edib.
Rəssam Etibar İsmayılov əsərində "arzular quyusu” yaradıb və onun istifadəsinə dair şifrələnmiş dildə təlimat təqdim edib. Hərflər düzgün ardıcıllıqla yazılmasa da, insan beyni bu sözləri düzgün formada qavraya bilir. Rəssam bu əsərdə quyunun formasını neft çəlləyi ilə əvəzləyir və bu quyuya atılan "qəpiklər” qara mayeyə düşərək yox olur.
Rəssam Mousa Bəyzadənin əsərində XVIII əsrdə öz gizli dövrünü yaşamış, bahalı fotoşəkil və portret rəsmləri ilə müqayisədə sevilən alternativ olan kağız kəsimi sənətindən istifadə edilir. Nüfuzlu konqresmenlərdən adi fəhlələrə qədər portret hamı üçün əlçatandır.
Rəssam Nəzrin Məmmədova "Dağlarla söhbət” video və səs instalyasiyası əsərində Altıağac-Xızı bölgəsi boyunca təbiət mənzərələrinin araşdırılması, təbiət səslərinin dinlənilməsi və yazılmasını əhatə edən eksperimentin aparılmasına xeyli vaxt sərf edib. Bu əsər dağların həmişə mövcud olan təbii geofoniya (bioloji olmayan) və biofoniya (bioloji) səsləri ilə yanaşı, təyyarə səs-küyü kimi xarici təsirlərin birləşərək, həmin ərazi üçün xüsusi akustik mühitin əldə edildiyi "rezonans” konsepsiyasına əsaslanır.
Vüsalə Ağarazıyevanın "Tərəzi” əsəri də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Rəssam tərəzinin bir gözünə kiçik elektron cihazlar, digər gözünə isə qum tökməklə öz "balansı”nı və konsepsiyanı vizuallaşdırır.
Günay Əliyevanın "Həyat market” əsəri İosif Brodskinin məşhur "bizim yaratdıqlarımız etiraflarımızdan daha çox özümüzdən danışır” kəlamından ilhamlanan qəbz formasında rəssamın həyatına nəzər salır.
Rəssam Leyli Qafarovanın "Qılman” adlı multimedia layihəsi hollandiyalı filosof Mixael Lizinberqin fəal siyasi və ya inqilabi zorakılıq deyil, əksinə, öz sehri, təmkinliyi, tolerantlığı ilə təmsil olunan İslam dünyasının "sakit qüvvəsi” ilə bağlı nəzəriyyəsinə istinad edir.
"Yenə o bağ olaydı” sərgisi ilə tanışlıq tamaşaçılarda böyük maraq doğurub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Xəbər lenti
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
Digər xəbərlər
-
MƏDƏNİYYƏT
Sevinc Çılğının sehirli “Adagio”su - FOTO / VİDEO
-
MƏDƏNİYYƏT
Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
MƏDƏNİYYƏT, GÜNDƏM
“Ədibin evi”ndən ədəbi köşə
-
MƏDƏNİYYƏT
Tarixin izi ilə... (Bəşir İmanovun həyat yoluna qısa səyahət)
-
MƏDƏNİYYƏT
Bəşir İmanov calışdığı bütün vəzifələrdə yalnız Vətəninə, millətinə sadiq bir zabit olduğunu sübut edib
-
MƏDƏNİYYƏT
“ZİRVƏLƏRƏ DİKİN BAYRAQ”
-
MANŞET, MƏDƏNİYYƏT
Prezident yeni mədəniyyət naziri təyin etdi
-
MƏDƏNİYYƏT
Anar Kərimov vəzifəsindən azad edildi
-
MƏDƏNİYYƏT, GÜNDƏM
YARAT “Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir