Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Şamaxıda onlayn formatda konfrans keçirilib - FOTOLAR

Xalqımızın tarixinə qanla yazılmış Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fevralın 25-də Şamaxıda onlayn konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov soyqırımının tarixinə nəzər salmış, insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə yönəlmiş qanlı cinayət olduğunu diqqətə çatdırmışdır.

Natiq çıxışında 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı facəsinə siyasi-hüquqi qiymət verildiyini bildirmişdir. Daha sonra 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olundu və bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verildi. Hazırda Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, xalqımıza qarşı törədilən Xocalı soyqırımının beynəlxalq ictimaiyyətdə tanınması istiqamətində yorulmaq bilmədən çalışır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət” kompaniyasının əhəmiyyətindən danışmışdır.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin imamı Mərəhmət Mustafayev, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov və ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova çıxış edərək soyqırımın başvermə səbəblərindən danışımış, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin xalqımız tərəfindən heç zaman unudulmayacağını bildirmişlər.

Xəbər lenti