Xilaskar və qurucu Lider!

26 May 2023, 10:58
26 May
2023
10:58
118
Mingəçevir şəhərində "Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
"Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 25-də YAP Mingəçevir şəhər təşkilatı Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bildirib ki, müasir müstəqil Azərbaycanın memarı ümummilli lider Heydər Əliyev tarix yaradan əvəzolunmaz şəxsiyyətdir. Azərbaycan dövlətçiliyini bütün təhlükələrdən qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin müstəsna fəaliyyəti müasir tariximizin şərəfli mərhələsini təşkil edir: "Heydər Əliyev tarixi şəxsiyyətlər sırasında öz layiqli yerini tutub, xalqımızın yaddaşında qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Bu gün xalqımız Ümummilli Liderin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib”.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov diqqəti ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi xilaskarlıq missiyasına yönəldib. Qeyd edib ki, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.
YAP Veteranlar Şurasının üzvü, "91-lər”dən olan Əməkdar jurnalist Tahir Məmmədov çıxış edərək vurğulayıb ki, ulu öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolu zaman, məkan anlayışına sığmır. Ümummilli Lider xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Heydər Əliyevin müstəqillik dövründə ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, Azərbaycanın və Türk dünyasının dahi oğlu Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Ümummilli Liderin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır. Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir.
"Azərbaycan İES” MMC-nin direktoru, 33 saylı ərazi partiya təşkilatının sədri Təhmasib Hüseynov Ümummilli Liderin Vətən və xalq qarşısında xidmətlərinin ölçüyəgəlməz olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan bu gün dahi şəxsiyyətin müəllifi olduğu yeni inkişaf strategiyasının uğurlarını yaşayır.
Sonra şəhərin ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.
Tədbirə bədii hissə ilə yekun vurulub.













Xəbər lenti
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
14:31“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
11:46Sabirabadda "Səyyar Soft təlimlər" layihəsi həyata keçirilib
-
11:22Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
11:16Azərbaycan Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşası oynanılacaq
-
15:31Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uğurlu neft strategiyası” adlı tədbir keçirilib.
-
11:58Tanınmış aparıcı, müənni Naid Şadxan bütün əyləncəli proqramlarını ləğv etdi
-
09:05“Dəniz Mall”-da “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq
-
19:11“Aqroservis” ASC gübrənin satış qiymətində endirim edib
-
19:08Mina qurbanları və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar
-
15:07Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
-
14:50Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov Hacıqabulda vətəndaşları qəbul edib
-
14:11Ermənistan silahlı qüvvələrinin “Tor” ZRK-sının məhvedilmə GÖRÜNTÜLƏRİ - VİDEO
-
14:04“Qisasımız ağır olacaq!” – Elşən Musayev
-
13:24“Fuad Qəhrəmanlının lideri Azərbaycan siyasətinin ən vicdansız nümayəndəsidir” MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ
-
12:29“SSRİ qanla bərpa ediləcək” iddiası - Putinin deputatını kim danışdırır?
-
18:02Yeni təhsil portalı fəaliyyətə başladı-Edutime.az
-
15:50Millət vəkili Ramil Həsən Ucarda növbəti xoşməramlı aksiyaya start verdi
-
18:31“Bilik günü” münasibəti ilə İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlara hədiyyələr təqdim olundu
-
18:58“Gətirdiyin, bəxş etdiyin demokratiya bax budur, əlahəzrət Amerika!”
-
15:01“Gənc Mülki Müdafiəçilər” düşərgəsinə yekun vurulub
-
09:30Hərbçimiz həlak oldu
-
19:14ASAN könüllülərindən növbəti səhnə işi
-
15:39ADAU-da 15 Sentyabr – Bilik Günü qeyd olunub
-
14:13QHT-lərə ayrılacaq qrant məbləğinin yuxarı həddi müəyyənləşdi
-
11:25Jurnalistlərin məktəbə tələsən birinciləri
-
10:58Xarici ölkələrin Baş prokurorları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
-
09:28Xocalı, Xankəndi, Xocavənd və Qarabağın digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ünvanlayıblar
-
19:53Hacıqabulda Aqrar İnnovasiya Festivalı keçirilib
-
15:36Taxıl biçininin təşkili ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
-
15:23“Sərgilədiyi namərdliklərlə heç nəyə nail ola bilməyəcək” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
-
11:31Heç bir qüvvə mədəniyyətin inkişafına xidmət edən prosesin qarşısında maneəyə çevrilə bilməz — TƏHLİL
-
11:13"YAŞAT" Fondu tələbə adını qazananlara bu il də dəstək göstərir
-
16:00Millət vəkili Qənirə xanım Paşayeva Fəxri Üzv seçildi
-
11:40Ucalığa darıxan Nicat...
22 Sentyabr 2023
21 Sentyabr 2023
20 Sentyabr 2023
19 Sentyabr 2023
18 Sentyabr 2023
17 Sentyabr 2023
16 Sentyabr 2023
15 Sentyabr 2023
14 Sentyabr 2023
13 Sentyabr 2023
Digər xəbərlər
-
GÜNDƏM
Aylıq 539 manata tam təmirli mənzillər
-
SİYASƏT, GÜNDƏM
“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
GÜNDƏM
Tanınmış aparıcı, müənni Naid Şadxan bütün əyləncəli proqramlarını ləğv etdi
-
SİYASƏT, GÜNDƏM
Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
-
SİYASƏT, GÜNDƏM
“Qisasımız ağır olacaq!” – Elşən Musayev
-
GÜNDƏM
Yeni təhsil portalı fəaliyyətə başladı-Edutime.az
-
GÜNDƏM
Hərbçimiz həlak oldu
-
MANŞET, GÜNDƏM
Jurnalistlərin məktəbə tələsən birinciləri
-
GÜNDƏM
Xarici ölkələrin Baş prokurorları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib