Xarkovda azərbaycanlı ailənin evinə mərmi düşüb, 3 nəfər ölüb

Xarkovda azərbaycanlı ailənin evinə mərmi düşüb, 3 nəfər ölüb
Ukraynanın Xarkov şəhərində yaşayan azərbaycanlı ailənin evinə mərmi düşməsi nəticəsində 3 nəfər ölüb.

Bunu "Report”a açıqlamasında Ukrayna Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov deyib.

O bildirib ki, hadisə martın 4-də baş verib: "Nəticədə ev sahibi, həyat yoldaşı və bibisi dünyasını dəyişib. Ailənin üç uşağı valideynsiz qalıb. Onlardan böyüyünün 15, kiçiyinin 4 yaşı var. Həlak olanların hamısı yaxın qohumlarımdır. Çox ağır hadisədir”.

Xəbər lenti