“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR

“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
"Sağlam Həyatın Təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə elan etdiyi kiçik qrant müsabiqəsində qalib olduğu "Xalq oyunları, sağlam gələcək” adlı layihəni uğurla icra etməkdədir.
Layihəyə 01 iyul 2023-cü il tarixindən Bakının Xəzər rayonundan start verilib.
Layihə Xəzər rayonunda yerləşən orta məktəbləri əhatə edir. Layihədə 300-dən çox məktəbli iştirak edib.
Layihənin məqsədinə uyğun olaraq məktəblilər arasında Azərbaycan Xalq Oyunlarının təbliğini nəzərdə tutan idman yarışları keçirilmiş, bu oyunlar iştirakçılar arasında təbliğ olunmuşdur. Layihə iştirakçılarına həvəsləndirici sertifikatlar verilib.
Layihənin icrası dövründə milli xalq oyunlarımıza həsr olunmuş məlumatlandırıcı bukletlər çap olunmuş və iştirakçılar arasında paylanıb.
Layihənin son tədbiri 30 sentyabr 2023-ci il tarixində Xəzər rayonu 237 saylı orta məktəbin idman zalında təşkil olunacaq və elə həmin gün də bağlanış mərasimi ilə layihəyə yekun vurulacaq.
 
 
 
 
 

Xəbər lenti