Vüsal Quliyev Mingəçevir gəncləri ilə görüşüb - FOTOLAR

Vüsal Quliyev Mingəçevir gəncləri ilə görüşüb - FOTOLAR
7NEWS.az xəbər verir ki, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Mingəçevir gəncləri ilə görüşüb. 
"Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi" layihəsi davam edir. Layihənin növbəti qonağı Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev olub. 
Görüş zamanı gənclərin suallarını səmimiyyətlə cavablandıran Vüsal müəllim uğura gedən yolda əldə etdiyi təcrübələrdən danışıb. Gənclər sektoruna gəldiyi illərlə bağlı məlumat verən qonağımız təhsilin əhəmiyyətinə diqqət çəkib. Yaxşı iş, yaxşı karyera üçün təhsilin önəmli faktor olduğunu qeyd edən Vüsal Quliyev gənclərə hər zaman aktiv olmağı, müxtəlif ictimai təşkilatlarda fəaliyyət göstərməyi tövsiyə edib. Təcrübə qazanmaq, şəxsi inkişaf və karyera sahəsində uğur əldə etmək üçün qeyri-hökumət təkilatlarının önəminə diqqət çəkib. Bugünkü gəncliyin güclü vətənpərvərlik hisləri ilə fərqləndiyini deyən qonaq onların inkişafı üçün dövlət tərəfindən yaradılan imkanlardan danışıb və gəncləri bu imkanlardan maksimum şəkildə faydalanmağa çağırıb. 
Sonda xatirə şəkli çəkdirən gənclər səmimi və maraqlı görüş üçün öz təşəkkürlərini bildirib.
 
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Xəbər lenti