““Volkswagen Bakı”dan aldığımız maşınlarda defekt var” - DİQQƏTLİ OLUN

““Volkswagen Bakı”dan aldığımız maşınlarda defekt var” - DİQQƏTLİ OLUN

Bakıda "Volkswagen Bakı” mərkəzindən maşın alan müştərilər avtomobillərində defekt aşkarlandığını iddia edirlər.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, vətəndaşlar Samir Zeynalov və Leyla Məmmədova ”Volkswagen Bakı” mərkəzini onları aldatmaq iddiası ilə məhkəməyə verib. Hər iki şəxs salondan "Volkswagen Passat” markalı maşınları alandan sonra problem yarandığını deyir. Müqavilədə zəmanət müddəti 3 il və ya 100 min kilometr göstərilib. Lakin avtomobillər 80 000 kilometrdən də az getdikdən sonra qüsurlar ortaya çıxıb.

Vətəndaşlar "Volkswagen Bakı” mərkəzinə müraciət edərək problemin aradan qaldırılmasını tələb etsələr də, şirkət maşınların 3 ildən əvvəl alındığını bildirərək kompensasiya verməkdən imtina edib.

Avtomobillərin keyfiyyəti ilə bağlı ekspertiza keçirilib, Maliyyə Bazarlarına Nəzarət Palatasının eksperti avtomobillərin istehsalçı tərəfindən lazımi keyfiyyətdə hazırlanmadığı və mühərrikin qüsurlu olduğunu müəyyən edib. Bu avtomobillərin satılması nəticəsində vətəndaşlara külli miqdarda zərər dəyib. Alınan dövrdən mühərriki və sürətlər qutusu qüsurlu olub. 

Bundan sonra hər iki şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət ediblər. Hazırda iddia üzrə məhkəmə prosesi davam etdirilir.

Rəsmi məlumatlara görə, "Volkswagen”in 2010-2012-ci illərdə ixrac üçün istehsal etdiyi əksər avtomobillərdə kütləvi qüsurlar aşkarlanıb. Həmin dövrdə Rusiya və Qazaxıstandakı dilerlər istehsalçı zavodla danışaraq bu qüsurları kompensasiya edib.

LOBBI.Az


Xəbər lenti