“Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin ən böyük ADIDIR” MÜNASİBƏT

“Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin ən böyük ADIDIR” MÜNASİBƏT
"1993-cü il, 3 oktyabr tarixi Azərbaycan xalqının müdrikliyini təsdiq edən bir tarixdir. Çünki həmin gün milyonlarla insan Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsi üçün səs verdi, dahi rəhbərə etimad göstərdi və elə Azərbaycanımızın uğurları da məhz bu tarixdən etibarən başladı”. Bunu millət vəkili Elşən Musayev "Səs" qəzetinə açıqlamasında deyib.
Millət vəkili bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın xilaskarıdır: " O olmasaydı Azərbaycan da olmayacaqdı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı xilas etməyin yükünü öz üzərinə o zaman götürdü ki, həmin vaxtlar artıq müstəqilliyimiz tam təhlükədə idi, ölkə qarşıdurma meydanına çevirilmişdi. Bir yandan müharibə, bir yandan "sadval”, bir yandan Əlikram, bir yandan daxildəki digər antimilli ünsürlər Azərbaycanı sözün gerçək anlamında didib-parçalayırdılar və bu proses nəticə etibarilə mütləq ciddi fəsadlarla müşahidə olunacaqdı. Amma Ulu Öndər Heydər Əliyev imkan vermədi ki, həmin ünsürlər və Azərbaycanın düşmənləri istəklərinə nail olsunlar. Ümummilli Lider Heydər Əliyev xaosun qarşısını aldı. Ulu Öndər Heydər Əliyev dövlət qurdu. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanı bütün təqiblərdən, təsirlərdən, qara buludlardan qorudu. Ulu Öndər Heydər Əliyev bizlərin xoşbəxt gələcəyi üçün, dövlətimizin dünya arenasında söz sahibi olması üçün, Azərbaycanın maraqlarının və haqqının müdafiəsi üçün əlindən gələn hər şeyi etdi. Müasir Azərbaycan həqiqətən onun əsəridir. Bu böyük ad, bu böyük şəxsiyyət Azərbaycanda sabitliyi yaradıb, dövlətçiliyin möhkəmlənməsinin ən böyük səbəbkarı olub, ölkədə demokratiyanı təmin edib və Azərbaycanı inkişafa doğru aparıb. Bu gün ölkəmizdə gözəl görünən nə varsa - hər biri Ulu Öndər Heydər Əliyevin çəkdiyi əziyyətlərin nəticəsidir. Biz yaxşı xatırlayırıq ki, müəyyən dövrə qədər Azərbaycanın büdcəsi, xarici diplomatiyası hansı səviyyədə idi. Ölkəmiz həqiqətən də siyasi və iqtisadi böhranın məngənəsində boğulurdu və bütün bu problemlər Ümummilli Lider hakimiyyətə gəldikdən sonra öz həllini tapdı. Ulu Öndər Heydər Əliyevin yürütdüyü məqsədyönlü siyasət, onun əsas priotet kimi önə çəkdiyi milli strategiya və ideologiya xalqı nicata, rifaha, gözəl gələcəyə doğru apardı. Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin ən böyük ADIDIR, Azərbaycanın bu günə qədər yetişdirdiyi ən böyük şəxsiyyətdir. Ulu Öndərin ruhu şad olsun. Nur içində yatsın. Zatən o müqəddəs ruhun şad olduğuna hər birimiz əminik. Çünki onun ən böyük arzusu reallaşıb, doğma Qarabağımız işğaldan azad olub”.

Xəbər lenti