Ukrayna ordusu bir sıra istiqamətdə əks-hücuma keçib

Ukrayna ordusu bir sıra istiqamətdə əks-hücuma keçib
Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücuma keçib.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O, ölkədəki son durumu açıqlayıb.

"Hazırda nə baş verir? Birincisi, Ukrayna Silahlı Qüvvələri bir sıra operativ istiqamətdə əks-hücuma keçib. Bu, tərəflərin dispozisiyasını kardinal şəkildə dəyişir.

İkincisi, rusiyalı jurnalistlərin telekanallarından qaçışı başlayır.

Nəhayət, Rusiya rəhbərliyi əsgərləri ölməyə hazır olan müttəfiqlər axtarmağa çalışır”, - o bildirib./Ordu.az

Xəbər lenti