UEFA-nın yeni reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

UEFA-nın yeni reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi
Çempionlar Liqasının pley-off mərəhələsinin görüşləri başa çatıb. 

LOBBİ.Az xəbər verir ki, bu görüşlərdən sonra təmsilçisi qalib gələn üç ölkə xal hesabını artırıb.

Hollandiya, Belçika və Çexiyadır. Onlar komandalarının həm qələbəsinə, həm də qrupa düşməsinə görə xal əldə edib. Lakin komandaların mövqeyində heç bir dəyişiklik olmayıb. 

Azərbaycan son 5 mövsümün nəticələrinə əsasən 17,500 xalla 26-cı sırada qalıb. Bunun 2,125-i cari mövsüm əldə olunub. Ölkəmizə "Neftçi” 1,125, "Qarabağ” 1,000 xal qazandırıb.

Qeyd edək ki, siyahıya 86,355 xala malik İspaniya başçılıq edir.
 
 
LOBBİ.Az

Xəbər lenti