Tovuz istiqamətində döyüşlər davam edir - Cəbhədə son durum (YENİLƏNİB)

Tovuz istiqamətində döyüşlər davam edir - Cəbhədə son durum (YENİLƏNİB)
Azərbaycan - Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər davam edir. 

Oxu.az-ın Tovuza ezam olunmuş müxbirinin verdiyi məlumata görə, ötən gün gecədən etibarən artilleriya atəşlərinin səsləri eşidilib.  

Bölmələrimiz Ermənistanın təxribatına adekvat cavab veriblər. 

Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan Azərbaycanla sərhəddə təxribatlara ara vermir. Ən son rəsmi məlumatlara görə, təxribat zamanı Azərbaycan Ordusunun dörd əsgəri şəhid olub.
 
08.03

İki gündür şiddətli döyüşlərin getdiyi Tovuzun Ağdam kəndi istiqamətində gecə saatlarından etibarən nisbi sakitlikdir.

 

"Yeni Müsavat" qəzetinin Ağdam kəndinə ezam olunan reportyor qrupu xəbər verir ki, dünən saat 20:00 radələrindən etibarən atəş səsləri səngiyib. Gecə saatlarında isə fasilələrlə qarşılıqlı atışma olub.

 

Bir neçə saatlıq sükut isə saat 7:00-da pozulub. Bu dəfə də ermənilərin atəş zərbələrinə Azərbaycan ordusu tərəfindən cavab verilib.

 

Hazırda Ağdam kəndi ərazisi polis və hərbçilər tərəfindən ciddi nəzarətdədir. Kəndə yalnız sakinlərin girişinə icazə verilir.


Xəbər lenti