Şuşada çox sayda raketlər, mərmilər və minalar aşkarlandı - FOTO

Şuşada çox sayda raketlər, mərmilər və minalar aşkarlandı - FOTO

2021-ci il 4-13 yanvar tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə düşmən işğalından azad olunmuş Şuşa şəhərində xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Agentlikdən verilən məlumata görə, birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 ədəd raket, 16 ədəd minaatan mərmisi, 15 ədəd əl qumbarası, bir ədəd zenit top mərmisi, 48 ədəd partladıcı, iki ədəd 9N235 bombacığı, bir ədəd ov tüfəngi,10 ədəd avtomat darağı, 7 584 ədəd müxtəlif çaplı patronlar, bir ədəd süngü, dörd ədəd piyada əleyhinə mina (OZM-160), 400 qr partlayıcı (TNT), bir ədəd boru şəkilli partlayıcı (100 m) və dörd ədəd 9M528 raketinin paraşut hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Hərbi təyinatlı əşyalar 200 000 kvadrat metr (20 ha) ərazinin yoxlanılması zamanı aşkar edilib.

 


Xəbər lenti