Spiker: Müstəqilliyin ilk illərində xalqımız ağır böhran və sarsıntılarla üzləşərək çıxılmaz vəziyyətə düşmüşdü
30 İyun 2020, 14:01
30 İyun
2020
14:01
1475
Milli Məclisin növbədənkənar sessiyası dövründə 8 iclas keçirilib, 35 qanun və qərar qəbul edilib. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında deyib.
Spiker bildirib ki, bu qanunvericilik aktları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasını daha da möhkəmləndirməyə və təkmilləşdirməyə kömək edəcək.
Sədr diqqətə çatdırıb ki, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlər görülüb:
"Pandemiya dövrünün şərtləri nəzərə alınmaqla, xaricdəki həmkarlarımız ilə videokonfrans formatında bir sıra görüşlər keçirilib və danışıqlar aparılıb”.
S.Qafarova həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada görülmüş işlərin gələn sessiyanın da uğurlarına möhkəm zəmin yaradacağına inamını bildirib və səmərəli fəaliyyət üçün deputatlara təşəkkür edib.
Milli Məclisin sədri əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qərarı ilə hər il iyunun 30-da Beynəlxalq parlamentarizm günü qeyd edilir:
"Bu gün biz qürurla söyləyə bilərik ki, Azərbaycan xalqının zəngin parlamentarizm ənənələri vardır və dünya miqyasında parlamentarizmin inkişafına xalqımız da dəyərli töhfələr verib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, eləcə də bu günün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi Azərbaycan xalqının demokratik düşüncəyə və həyat tərzinə, ümumbəşəri dəyərlərə bağlı olduğunu göstərib. Azərbaycan parlamenti öz fəaliyyətini demokratik prinsiplər əsasında qurmuşdu. Dünyada birincilər sırasında və Şərq aləmində ilk dəfə olaraq bu parlament qadınlara seçki hüququ vermişdi.
1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra digər dövlət orqanları kimi onun parlamenti də ləğv edilib. Sovet hakimiyyəti dövründə qanunvericilik orqanı məhdud səlahiyyətlərə malik olub. Lakin belə bir şəraitdə də Azərbaycan xalqı parlamentarizm ənənələrini qoruyub saxlaya bilmişdir. Sovet İttifaqının tərkibində Azərbaycan müstəqil dövlət olmasa da, həmin dövr gələcək dövlət müstəqilliyi üçün əsasların formalaşması baxımından mühüm rol oynayıb.
Xüsusən dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969–1982-ci illərdə Azərbaycanda heyrətamiz quruculuq və yaradıcılıq dövrü yaşanmışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndə Azərbaycanın böyük sosial-iqtisadi və intellektual potensialı var idi”.
Spiker təəssüflə qeyd edib ki, müstəqilliyin ilk illərində xalqımız ağır böhran və sarsıntılarla üzləşərək çıxılmaz vəziyyətə düşmüşdü:
"Azərbaycan Respublikası XX əsrin əvvəllərində mövcud olmuş müstəqil dövlətimizin aqibətini yaşamaq təhlükəsi qarşısında idi. Lakin 1993-cü ilin iyun ayında böyük siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanıb dağılmaqdan, müstəqil dövlətimizi məhv olmaqdan xilas etdi.
Ulu öndərin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlanıb. Heydər Əliyev 1993-cü ilin oktyabrında Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik edib. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun ilk addımları məhz bu dövrdə və bu binada başlanıb.
Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri seçilməsi ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırıb və onun peşəkar nümayəndəli orqan kimi formalaşdırılması istiqamətlərini müəyyənləşdirməyə imkan verib”.
Parlamentin spikeri bildirib ki, müstəqil dövlətimizin 1995-ci ildə qəbul edilən Konstitusiyası əsasında səmərəli idarəçilik mexanizmi qurulub, hüquqi dövlətin əsas atributlarından olan real hakimiyyət bölgüsü həyata keçirilib, peşəkar parlament – Azərbaycan Respublikasının Milli Məclisi formalaşdırılıb:
"Ötən dövrdə Azərbaycan parlamenti ölkədə həyata keçirilən demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, geniş miqyaslı siyasi, iqtisadi, sosial və hüquqi islahatların qanunvericilik bazasını təmin etməyə nail olub, Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün əsaslı zəmin yaradib. Milli Məclis bir çox ölkələrin parlamentləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurub, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının parlament məclislərinin fəal üzvü olub”.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu gün dünyanın tanınmış siyasi liderləri və dövlət başçıları sırasında layiqli yer tutan möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizdə parlamentarizm ənənələrinin inkişafına böyük töhfələr verib:
"Cənab İlham Əliyev 8 il Azərbaycan parlamentinin deputatı olub. O, Avropa Şurasının Parlament Assambleyasında nümayəndə heyətimizə uğurla rəhbərlik edib, parlament Assambleyası Sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. Məhz həmin dövrdə bu təşkilat Azərbaycanın haqq işini dəstəkləyən bir neçə sənəd qəbul edib.
Möhtərəm Prezidentimiz İlham Əliyev Milli Məclisin fəaliyyəti ilə bağlı məsələləri dərindən bildiyinə görə qanunvericilik orqanına çox böyük diqqət, qayğı və hörmət göstərir. Dövlət başçısı Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq müasir standartlara uyğun olan çoxsaylı qanun layihələrinin hazırlanmasını və parlamentə təqdim olunmasını təmin edir. Azərbaycan parlamentində qanunyaratma və qanunvericilik fəaliyyətinin daha da təkmilləşməsi üçün görülən tədbirlər dövlət başçısı tərəfindən qətiyyətlə dəstəklənir.
Ölkəmizdə parlamentarizm ənənələrinin inkişafından danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Mehriban xanım 12 ilə yaxın müddət ərzində bizim həmkarımız olub, deputat kimi xalqımıza və dövlətimizə xidmət edib. O, ölkəmizdə parlament mədəniyyətinin inkişafında mühüm rol oynamış, dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib.
Mehriban xanım bir sıra qanunların təşəbbüsçüsü, o cümlədən 4 amnistiya aktının müəllifidir. O, Milli Məclisin beynəlxalq əlaqələrinin möhkəmlənməsi üçün çox işlər görmüş, Azərbaycan parlamentini xaricdə layiqincə təmsil edib”.
Çıxışının sonunda S.Qafarova söyləyib ki, bu gün Azərbaycan Respublikasının Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla yerinə yetirir. 100 il öncə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının yaratdıqları dövlətçilik və parlamentarizm ənənələri indiki Azərbaycan Respublikası dövlətinin və parlamentinin fəaliyyətində layiqincə davam və inkişaf etdirilir.
Sədr dedi ki, Azərbaycanda parlamentarizm ənənələrinin inkişafı sahəsində keçilmiş yola və görülmüş işlərə məhz bu gün nəzər salmağın real əsası və rəmzi mənası vardır:
"Mən Beynəlxalq parlamentarizm günü münasibəti ilə sizin hamınızı ürəkdən təbrik edirəm, hər birinizə möhkəm can sağlığı, parlament fəaliyyətində uğurlar arzulayıram”.
7News.Az
Xəbər lenti
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:55“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET
Prezident bu gənclər üçün mükafat ayırdı (SİYAHI)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET
“Azərsığorta” ləğv edildi –FƏRMAN
-
MANŞET
Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
AZƏRBAYCAN, MANŞET, DİASPORAMIZ DÜNYADA
Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı