“Siyasi partiyalar haqqında” yeni qanun...

28 İyul 2022, 11:16
28 İyul
2022
11:16
523
Partiya sədrləri yeni qanundan nələr gözləyirlər?
Prosesdə bütün partiyalar iştirak edə bilər
Nardar BAYRAMLI
Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlamentin sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanır. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən isə bildirilib ki, parlamentin sədri Sahibə Qafarova artıq yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sənədin hazırlanması üzrə işə başlanılıb. Bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış bütün siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Milli Məclisə təqdim etmələri xahiş olunur.
Bəs yeni qanun hazırlanması hansı zərurətdən yarandı? Siyasi partiyalar həmin qanundan nə kimi yeniliklər gözləyirlər? Mövzu ilə bağlı parlamentdə təmsil olunan bəzi partiyaların rəhbərləri ilə əlaqə saxladıq. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qəzetimizə açıqlamasında bildirib ki, "Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub və bunun üzərindən 30 il keçir. Hazırda Azərbaycanın siyasi sistemində və bu sistemdə partiyaların fəaliyyətində ciddi yeniliklərin, irəliləyişlərin olduğunu deyən F.Ağamalının fikrincə, hazırda qüvvədə olan qanun müasir dövlətimizin, cəmiyyətimizin inkişafına adekvat deyil. Bu mənada, siyasi partiyaların fəaliyyətinin daha yüksək səviyyədə qurulmasında, genişlənməsində həmin qanun ciddi maneələr yaradır. Ona görə də, müasir inkişafın spesifikası və səviyyəsi nəzərə alınaraq, bu sahədə yeni qanunun hazırlanması zəruridir.
"Doğrudur, indiyə qədər mövcud qanuna bir neçə dəfə dəyişikliklər edilib. Amma bu dəyişikliklər kifayət deyil. Biz Milli Məclisdə dəfələrlə təkliflərlə çıxış etmişik, qanunun yenidən işlənməsinin vacibliyini önə çəkmişik. Nəhayət, belə bir zaman yetişdi, Milli Məclisdə təmsil olunan siyasi partiyalar parlamentin rəhbərliyinə müraciət edərək yeni qanunun hazırlanmasının vacibliyini qeyd etdi”,-deyən AVP sədri ümidvar olduğunu bildirib ki, parlament rəhbərliyi həmin müraciətə müsbət yanaşmaqla lazımi addımlar atacaq və artıq prosesə başlanıb. Onun fikrincə, həm Milli Məclisdə təmsil olunan və olunmayan siyasi partiyalar, həm media, həm də cəmiyyətimizin istənilən maraqlı kəsimi yeni qanunla bağlı keçirilən ictimai müzakirələrdə fəal iştirak edəcəklər. "İnanıram ki, aktiv müzakirələr nəticəsində yeni siyasi konfiqurasiyanın yüksək səviyyədə qurulmasında əhəmiyyətli rol oynayan qanunvericilik yaradılacaq və siyasi partiyaların fəaliyyəti üçün daha geniş imkanlar yaradılacaq”,-deyə F.Ağamalı vurğulayıb.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı da 1992-ci ildə qəbul olunmuş qanunun köhnəldiyini hesab edir. "Artıq zaman xeyli dəyişib, qanunda köhnəlmiş məqamlar çoxdur. Ona görə də, yeniliklərə, dəyişikliklərə ehtiyac var”,-deyən S.Rüstəmxanlının sözlərinə görə, siyasi partiyalar Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edir. İndiki reallıqlar müəyyən qədər fərqlidir, eləcə də, partiyaların seçkilərdə iştirak səviyyəsi də diqqətə alınmalıdır. VHP sədri deyib ki, yeni qanun hazırlanarkən mövcud reallıqlar, həm ölkəmizin, həm də siyasi partiyaların inkişaf yolu nəzərə alınmaldıır: "Bütövlükdə, qanun köklü şəkildə yenilənməlidir. Ona görə də biz müraciətə qoşulmuşuq, bu sahədə yeni qanunun qəbul edilməsini dəstəkləyirik”.
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə siyasi partiyaların parlament müstəvisində aktiv fəaliyyət göstərdiyini bildirib. Onun fikrincə, bu fəallığın daha da artırılması üçün yeni qanunvericiliyə ehtiyac var: "Zaman yeni qanun üzərində işləməyi zəruri edir. Söhbət müasir dövrün tələblərinə uyğun olan və siyasi partiyaların hüquqlarını daha doğru ifadə edən qanunun hazırlanmasından gedir. Ümid edirəm ki, aktiv müzakirələr, səmərəli iş nəticəsində buna nail olunacaq”.
30 il əvvəl qəbul olunmuş "Siyasi partiyalar haqqında” qanuna xeyli əlavə və dəyişikliklər edildiyini deyən Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa isə hesab edir ki, köhnəlmiş və müasir dövrlə ayaqlaşmayan qanuna düzəlişlər edilməməli, qanun yenidən hazırlanmalı idi. Onun sözlərinə görə, parlament rəhbərliyi müraciətə müsbət yanaşıb və yeni sənəd hazırlanacaq. BQP sədrinin fikrincə, siyasi partiyaların fəaliyyəti ilə bağlı daha çox dəqiqləşdirmələrə ehtiyac var: "Burada siyasi partiyaların maliyyə məsələsi, onun idarə olunması, partiyaların parlament müstəvisində fəaliyyəti və s. məsələlər haqqında müddəalar əksini tapmalıdır. Yəni sənəd yeni yanaşmalar əsasında hazırlanmalıdır. Bu qanunda həmin məsələlər əksini tapacaq. Biz də yeni qanunun hazırlanmasını istəyərkən partiyaların fəaliyyətini məhdudlaşdırmaq yox, daha da genişləndirmək məqsədilə müraciət etmişik”. F.Mustafa ümid edir ki, yeni sənədin hazırlanması ilə bağlı keçirilən müzakirələrdə bütün siyasi partiyaların iştirakı təmin olunacaq və sanballı bir qanunun hazırlanması reallaşacaq.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev isə qeyd edib ki, siyasi partiyalar haqda yeni qanunun hazırlanması bütünlükdə siyasi sistem üçün olduqca ciddi əhəmiyyət kəsb edir. Çünki təkmilləşməyə, mövcud reallığa uyğunlaşmağa, daha mükəmməl hüquqi sənədin qəbuluna ehtiyac var. "Əslində, məlum mövzu ilə bağlı müzakirələr daha öncədən də başlamışdı, bu barədə öz fikirlərimizi bildirmişdik. İndi isə siyasi partiyalar artıq prosesi rəsmi müraciət səviyyəsinə qədər çatdırdı və həmin müraciətə Milli Məclisin sədri səviyyəsində müsbət reaksiya bildirildi. Üstəlik, xüsusi olaraq qeyd etmək istəyirəm ki, məsələnin aktiv formada gündəmə gəlməsi və yeni qanunun hazırlanması ilə bağlı parlamentdə təmsil olunan siyasi partiyaların hamısı yekdil təşəbbüslə çıxış edib”, -deyən E.Musayevin fikrincə, bu faktın özü ümumi rəyin və arzunun mövcudluğundan xəbər verir.
Onun sözlərinə görə, bundan sonrakı mərhələdə əsas istiqamətlərdən biri siyasi partiyaların verəcəyi təklifləri dəyərləndirmək olacaq: "Rəhbərlik etdiyim partiyanın da təklifləri var və tezliklə həmin təklifləri bölüşəcəyik. Ümid edirəm ki, yeni qanun layihəsi bütün tələblərə cavab verəcək və öz mükəmməlliyi ilə siyasi partiyaların fəaliyyətində müsbət rolunu oynayacaq”.
Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev də deyib ki, mövcud qanun günümüzün tələblərinə cavab vermir və onun yenilənməsinə ehtiyac yaranıb. Buna görə də, həm parlamentdə təmsil olunan, həm də təmsil olunmayan siyasi partiyalar yeni qanunun hazırlanıb qəbul edilməsini dəstəkləyir. Bu səbəbdən də, parlamentdə təmsil olunan siyasi partiyalar Milli Məclisin rəhbərliyinə müraciət edib. Onun fikrincə, yeni sənəd parlamentdə hazırlansa da, bu prosesdə bütün partiyalar iştirak edə bilər.
MCP sədri hesab edir ki, yeni qanun Azərbaycanda mövcud siyasi konfiqurasiyanın tələblərinə cavab verəcək bir sənəd olacaq: "Bu prosesdə siyasi partiyaların təklif və tövsiyələri nəzərə alınacaq. Hesab edirəm ki, hər bir partiya bu prosesdən razı qalacaq. Ola bilsin ki, bəzi narazılar da olsun. Çünki siyasi partiyalar böyük könüllü birlikdir və onun daxilində fikir müxtəlifliyi var. Düşünürəm ki, siyasi partiyaların gücü olmalıdır, seçkilərdə iştirak etməlidir və şəffaf maliyyələşməni sübut etməlidir. Mən təklif edirəm yeni qanunda yazılsın ki, siyasi partiya iki dəfə ardıcıl olaraq seçkilərdə iştirak etməsə, onun ləğvi gündəmə gəlsin. Eyni zamanda, maliyyələşmə məsələsi də dəqiq olmalıdır. Məsələn, partiyaların iştirak etdiyi seçkilərdə qazandığı səs faizinə görə maliyyələşməsi tətbiq oluna bilər. Eyni zamanda, qanunda parlamentdə təmsil olunan və olunmayan partiyaların maliyyələşməsi də əksini tapa bilər və s. Yəni bütün bunlar təkliflərdir və geniş müzakirələrdən sonra lazımi qərar veriləcək. Hər halda, proses yeni başlayıb və ümid edirəm ki, maraqlı qanun layihəsini ərsəyə gətirəcəyik”.
Xəbər lenti
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
14:31“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
11:46Sabirabadda "Səyyar Soft təlimlər" layihəsi həyata keçirilib
-
11:22Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
11:16Azərbaycan Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşası oynanılacaq
-
15:31Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uğurlu neft strategiyası” adlı tədbir keçirilib.
-
11:58Tanınmış aparıcı, müənni Naid Şadxan bütün əyləncəli proqramlarını ləğv etdi
-
09:05“Dəniz Mall”-da “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq
-
19:11“Aqroservis” ASC gübrənin satış qiymətində endirim edib
-
19:08Mina qurbanları və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar
-
15:07Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
-
14:50Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov Hacıqabulda vətəndaşları qəbul edib
-
14:11Ermənistan silahlı qüvvələrinin “Tor” ZRK-sının məhvedilmə GÖRÜNTÜLƏRİ - VİDEO
-
14:04“Qisasımız ağır olacaq!” – Elşən Musayev
-
13:24“Fuad Qəhrəmanlının lideri Azərbaycan siyasətinin ən vicdansız nümayəndəsidir” MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ
-
12:29“SSRİ qanla bərpa ediləcək” iddiası - Putinin deputatını kim danışdırır?
-
18:02Yeni təhsil portalı fəaliyyətə başladı-Edutime.az
-
15:50Millət vəkili Ramil Həsən Ucarda növbəti xoşməramlı aksiyaya start verdi
-
18:31“Bilik günü” münasibəti ilə İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlara hədiyyələr təqdim olundu
-
18:58“Gətirdiyin, bəxş etdiyin demokratiya bax budur, əlahəzrət Amerika!”
-
15:01“Gənc Mülki Müdafiəçilər” düşərgəsinə yekun vurulub
-
09:30Hərbçimiz həlak oldu
-
19:14ASAN könüllülərindən növbəti səhnə işi
-
15:39ADAU-da 15 Sentyabr – Bilik Günü qeyd olunub
-
14:13QHT-lərə ayrılacaq qrant məbləğinin yuxarı həddi müəyyənləşdi
-
11:25Jurnalistlərin məktəbə tələsən birinciləri
-
10:58Xarici ölkələrin Baş prokurorları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
-
09:28Xocalı, Xankəndi, Xocavənd və Qarabağın digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ünvanlayıblar
-
19:53Hacıqabulda Aqrar İnnovasiya Festivalı keçirilib
-
15:36Taxıl biçininin təşkili ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
-
15:23“Sərgilədiyi namərdliklərlə heç nəyə nail ola bilməyəcək” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
-
11:31Heç bir qüvvə mədəniyyətin inkişafına xidmət edən prosesin qarşısında maneəyə çevrilə bilməz — TƏHLİL
-
11:13"YAŞAT" Fondu tələbə adını qazananlara bu il də dəstək göstərir
-
16:00Millət vəkili Qənirə xanım Paşayeva Fəxri Üzv seçildi
-
11:40Ucalığa darıxan Nicat...
22 Sentyabr 2023
21 Sentyabr 2023
20 Sentyabr 2023
19 Sentyabr 2023
18 Sentyabr 2023
17 Sentyabr 2023
16 Sentyabr 2023
15 Sentyabr 2023
14 Sentyabr 2023
13 Sentyabr 2023
Digər xəbərlər
-
SİYASƏT
Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
SİYASƏT
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
SİYASƏT
Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
SİYASƏT, GÜNDƏM
“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
SİYASƏT
Sabirabadda "Səyyar Soft təlimlər" layihəsi həyata keçirilib
-
SİYASƏT
Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
SİYASƏT
Azərbaycan Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşası oynanılacaq
-
SİYASƏT
Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uğurlu neft strategiyası” adlı tədbir keçirilib.
-
SİYASƏT
“Dəniz Mall”-da “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq