"Siyasi partiyalar haqqında" Qanun yetərincə mükəmməldir" - Elşən Musayev

"Siyasi partiyalar haqqında" Qanunun ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyətinə müsbət təsir göstərəcəyini düşünürəm. Bu qanunun qüvvəyə minməsini çoxdan gözləyirdik və nəhayət həmin məqam yetişdi. Qanunun hazırlanmasında əməyi olan hər kəsə xüsusi minnətdarlığımı bildirmək istəyirəm." - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Bildiyiniz kimi qanunla bağlı 2 böyük dinləmə keçirildi və həmin dinləmələrdə iştirak edən siyasi partiya nümayəndələrinin, vətəndaş cəmiyyəti üzvlərinin fikirləri dinlənildi, təklifləri dəyərləndirildi və həmin fikirlərin, təkliflərin bir çoxu qanunda öz əksini tapdı. Paralel olaraq onu da xüsusi vurğulamaq istəyirəm ki, məlum qanunun hazırlanması zamanı 24 ölkənin təcrübəsi, eyni zamanda Venesiya Komissiyasının rəyləri nəzərə alınıb və bu fakt da qanunun təkmil olmasında xüsusi rol oynayıb.

"Siyasi partiyalar haqqında" Qanun olduqca mükəmməldir və belə bir mükəmməl qanunun qəbul edilməsi siyasi fəaliyyətlə məşğul olan hər kəs üçün sevindirici, pozitiv məqamdır." - deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti