Siyasi birlik və həmrəylik nümunəsi

27 Fevral 2025, 18:15
27 Fevral
2025
18:15
185
Azərbaycanda həyata keçirilən siyasət dövlətimizinmilli gücünün artmasında və qarşıda duran strateji hədəflərə çatmasında müstəsna rol oynayır. Xüsusilə də, milli maraqlara və müasir çağırışlara adekvat olaraq kompleks islahatların həyata keçirilməsi ictimai-sosial, iqtisadi və siyasi mühitin yenilənməsi prosesini sürətləndirdi. Yeni siyasi konfiqurasiya şəraitində dialoq prosesinin dərinləşdirilməsi, siyasi partiyalarla işin müasir çağırışlar və ictimai sifarişlər əsasında ardıcıl olaraq davam etdirilməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Nəticə isə siyasi sistemin inkişafı və siyasi birliyin - milli həmrəyliyin güclənməsidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin strateji islahatlar kursu dövlətimizin dayanıqlı inkişafını təmin edən mühüm amillərdən biridir. Azərbaycan Prezidenti davamlı inkişafı məhz islahat yolu ilə təmin edir, dayanıqlı inkişaf isə zamanın çağırışlarına uyğun olaraq yeni islahatlar zərurəti meydana çıxarır. Dövlət başçısının siyasi iradəsi əsasında hakimiyyət tərəfindən siyasi dialoq təşəbbüsünün irəli sürülməsi və həyata keçirilməsi yeni siyasi münasibətlərin formalaşması və inkişafı baxımından xüsusi önəm kəsb edir. Təbii ki, öz fəaliyyətində milli maraqları - dövlətin strateji mənafelərini üstün tutan siyasi qüvvələr bu dialoq təklifinə müsbət yanaşırlar. Başqa sözlə, milli maraqları rəhbər tutan siyasi partiyalar hakimiyyətin islahatlar strategiyasının tərkib hissəsi olan dialoq təşəbbüsünü təqdirəlayiq hal kimi xarakterizə edirlər. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi: "Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.
Prezident İlham Əliyev digər sahə və istiqamətlərlə yanaşı, ictimai-siyasi müstəvidə də Heydər Əliyev siyasətinin dəyərə çevrilmiş ənənələrini davam etdirir, yeni reallıqlara və müasir çağırışlara uyğun zənginləşdirir. Bu, siyasi partiyalarla iş sahəsində də özünü göstərir. Xüsusilə də, yeni siyasi konfiqurasiyanın formalaşması, siyasi dialoq prosesinin həyata keçirilməsi müasir çağırışlar əsasında siyasi sistemin yenidən təşkili baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Hazırkı mərhələdə ictimai-siyasi münasibətlərdə siyasi əxlaq və siyasi mədəniyyətin əsas götürüldüyü, qarşılıqlı hörmətə və konstruktiv yanaşmaya əsaslanan yeni davranış qaydaları müəyyənləşir.
Dövlət başçısının siyasi islahatlar kursunun nümunəsi olaraq ölkəmizdə qəbul olunmuş "Siyasi partiyalar haqqında” yeni qanun isə siyasi münasibətlərin və siyasi partiyaların fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət edir. Yeni qanunun qəbulundan sonra siyasi partiyaların qeydiyyatı aparılıb və hazırda ölkədə 26 siyasi partiya fəaliyyət göstərir. Bütövlükdə, ölkəmizdə siyasi münasibətlər yeni çağırışlar və reallıqlar, həmçinin milli maraqlar əsasında tənzimlənir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi bu sahədə öz səmərəli fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.
Ölkəmizdə yeni siyasi konfiqurasiyanın önəmi keçirilən seçkilərdə də özünü bariz şəkildə göstərir. Siyasi partiyalar haqqında yeni qanunun qəbulundan sonra ölkəmizdə keçirilən parlament seçkilərində siyasi partiyaların yüksək səviyyədə iştirakı da bu reallığın ifadəsidir. Müstəqil Azərbaycanın parlament seçkiləri tarixində ilk dəfə olaraq 26 siyasi partiyadan 25-i seçkidə iştirak edib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin vurğuladığı kimi, bu göstərici dayanıqlı demokratik ənənələrin formalaşmasına xidmət edir.
Etimad və inkişaf mühiti olan yeni siyasi konfiqurasiya şəraitində dialoq prosesi ölkəmizdə siyasi sistemin inkişafını və milli birliyin güclənməsini təmin edir. Bu gün siyasi partiyalar müstəqillik tariximizdə heç vaxt olmadığı kimi birlik - həmrəylik nümayiş etdirir, milli məsələlərdə vahid yanaşma və prinsipial mövqe ortaya qoyurlar. Ölkəmizdə mövcud olan siyasi həmrəylik Vətən müharibəsi dövründə və postmüharibə ərəfəsində daha qabarıq surətdə nəzərə çarpır, yəni siyasi qüvvələrin birliyi daha da möhkəmlənir.
Dialoq prosesi siyasi birliyi gücləndirən amil olduğuna, siyasi birlik isə milli həmrəyliyi möhkəmləndirdiyinə görə daxildə və xaricdə müəyyən dairələr tərəfindən ciddi narahatlıqla qarşılanır. Ona görə də partiyalararası konstruktiv əməkdaşlığın qurulması prosesindən özünü kənara çəkən və siyasi dialoq prosesinə, milli birliyin gücləndirilməsinə zərbə vurmağa çalışanlar da var. Buna nümunə olaraq AXCP kimi siyasi partiyanı göstərmək olar. Eləcə də, qondarma "milli şura” və xaricdəki dairələr ölkəmizdə siyasi sabitliyi çox qıcıqla qarşılayırlar. Onlara xaricdəki antiazərbaycançı mərkəzlər maliyyə dəstəyi verərək Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Lakin heç vaxt buna müvəffəq ola bilməyiblər və bundan sonra da olmayacaqlar.
Nəzərə almaq lazımdır ki, ideoloji təhlükəsizlik milli təhlükəsizliyimizin ən mühüm komponentlərindən biridir. Bu baxımdan, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti ideoloji mübarizədə fəal iştirak edir. 30 ildir ki, demokratik sistemin "müxalifətçilik ştatı”ndan qidalanmağa çalışan, xarici qrant və qonorarların daimi abunəçisinə çevrilən radikal ünsürlər isə indiyə qədər hər hansı bir konstruktiv ideya, təklif, təşəbbüs və proqram irəli sürməyiblər. Ona görə də siyasi autsayder vəziyyətinə düşüblər və onların dialoq prosesində iştirak edib-etməməsi heç nəyi dəyişmir.
Bütövlükdə, bu gün ümummilli məsələlərdə siyasi partiyaların vahid mövqedən çıxış etməsi ən böyük nailiyyətlərimizdən biridir. Bu amil ictimai vəhdətin, siyasi birliyin və milli həmrəyliyin daha da gücləndirilməsinda müstəsna əhəmiyyət kəsb edir!
Ramil Həsən
Millət vəkili
Xəbər lenti
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
10:56"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
15:57Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
12:44Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
25 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
07 Yanvar 2025
28 Dekabr 2024
27 Dekabr 2024
25 Dekabr 2024
23 Dekabr 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
SİYASƏT
"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
SİYASƏT
Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
SİYASƏT
ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
SİYASƏT
QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
SİYASƏT
"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
SİYASƏT
Siyasi birlik və həmrəylik nümunəsi
-
SİYASƏT
"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
SİYASƏT
Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO