“Sevinc Osmanqızının hər sözü rəzalətdir, vicdansızlıq nümunəsidir!” – Elşən Musayev

“Sevinc Osmanqızının hər sözü rəzalətdir, vicdansızlıq nümunəsidir!” – Elşən Musayev
"Osman Mirzəyev yəqin sağ olsaydı qızından çox utanardı və ona israrla "Osmanqızı” təxəllüsündən imtina etməyi məsləhət görərdi. Çünki bu analoqsuz əcinnə, satqın və xüsusi xidmət orqanlarının əlində oyuncaq olan Sevinc Osmanqızı bəlli maddiyyat, qrant qarşılığında vətən satmaqla, anti-milli fəaliyyətlə məşğuldur. Onun hər sözü rəzalətdir, insanlıq adına utancdır, vicdansızlıq nümunəsidir” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Sevincin son verilişi Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşünə həsr olunmuşdu. O görüş ki, sözün gerçək anlamında bir sıra vacib mesajlarla, faydalı, məhsuldar müzakirələrlə yadda qalıb. Amma bu vicdansız ünsür, Sevinc Osmanqızı adında yaramaz məxluq görün nə danışdı, necə danışdı? – bax söhbətin acınacaqlı tərəfi odur! Qatdı-qarışdırdı hər şeyi, kontekstdən çıxardı, təhrif etdi və  axıra qədər də anlamadı ki, burada söhbət milli maraqlardan gedir, dövlətçilikdən gedir. Amma Sevinc hara, dövlətçilik hara? Bu sarsaq çoxdan öyrəşib axı satmağa, düşüklük eləməyə, əqidəsini hərraca çıxarmağa. Eynən əsas təlimçisi, "dressirovşik”i Əli Kərimli kimi!

Sevinc görəsən niyə istəmir Zəngəzura, Qərbi Azərbaycana qayıtmağımızı? Nədir onu incidən, əzən, narahat edən? Bu məxluq məgər azərbaycanlı deyilmi? Onu Azərbaycanın uğurları niyə hövsələdən çıxarır? Niyə öz millətinə, dövlətinə qarşı bu qədər aqressivdir?

Deyir nağıldı hər şey. Hərgah, ay Sevinc, əsl nağıl bilirsənmi nədir? – Nağıl sənin varlığındı, nağıl sənin inandıqlarındı, nağıl sənin küt başının məhsulu olan sərsəmləmələrindir, nağıl sənin büs-bütün həyatındır!

Mənə maraqlıdır ki, biz Zəngəzura qayıdanda Sevinc hansı verilişi çəkəcək? Və ümumiyyətlə nə deyəcək, nə danışacaq, hansı dəlikdə gizlənəcək?. Amma bir də fikirləşirəm...Sevincə nə var ki? Üzsüz, simasız adamdır. Yəqin, o məqam üçün da nəsə fikirləşər.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti