Rəsmilər ağacəkmə aksiyasında iştirak etdilər - MİNGƏÇEVİRDƏ

Rəsmilər ağacəkmə aksiyasında iştirak etdilər - MİNGƏÇEVİRDƏ
Mingəçevirə səfəri çərçivəsində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla birlikdə şəhərdə ənənəvi olaraq keçirilən ağacəkmə aksiyasında iştirak edib. Rəsmilər şəhər sakinləri və könüllülərlə yanaşı ağac əkərək onları sulayıblar. İcra başçısı İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Mingəçevirdə yaşıllıqların qorunması və artırılması, həmçinin suvarılmasının təşkili barədə Ekologiya və Təbii Sərvətlər nazirinə ətraflı məlumat verib. Qeyd olunub ki, şəhər ərazisində olan yaşıllıqların suvarılması üçün İcra Hakimiyyəti tərəfindən suvarma xətləri çəkilib və bu iş davam etdirilməkdədir. 
Ağacəkmə aksiyasının keçirilidyi şəhərin "Kür” kompüter zavodu ilə Avtovağzal ərazisi arasında yerləşən Heydər Əliyev prospekti boyunca yolun hər iki kənarında gələcəkdə parkın yaradılacağından söz açan İlham İsmayılov, şəhərdə parkların ərazisinin ildən-ilə genişləndirildiyini vurğulayıb. Muxtar Babayev Mingəçevirin yaşıllıqlarla əhatə olunmasına heyran qaldığını gizlətməyib və ağacların şəhərə xüsusi gözəllik verdiyini bildirib.
Ağacəkmə kampaniyasında iştirak etdikdən sonra İcra başçısı mediya nümayəndələri ilə görüşüb, onları maraqlandıran sualları cavablandırıb.
 
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.

Xəbər lenti