Rəşad Məcid: “Zakir Həsənovun təmkinli cavabları insanlarda bir rahatlıq yaratdı”

Rəşad Məcid: “Zakir Həsənovun təmkinli cavabları insanlarda bir rahatlıq yaratdı”

"Müdafiə naziri Zakir Həsənov Azərbaycan dilində səlis və rahat danısır; elə bunun ozu də nazirin ana dilini yaxsı bilməməsi ilə baglı son vaxtlar irəli surulən iddialara tutarlı cavab idi".

7News.Az  xəbər verir ki, bunu "525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid deyib.

O bildirib ki, ekrandan uzaq durmağa çalışdığı bu günlərdə "Real” TV-nin efirində Mirşahinin Müdafiə naziri general-polkovnik Zakir Həsənovla söhbəti diqqətini çəkib:

"Sonadək baxdım, içimdə olan gizli narahatlığa bir az sakitlik çökdü, bir az arxayınlıq, əminlik yarandı.

Nazir son vaxtlar ona qarşı səsləndirilən iradlara təmkinlə cavab verdi.

Nazirin ordumuzun gücü, hərbi texnikamızın potensialı və son təlimlərə reaksiyalar barədə "xəsisliklə” verdiyi informasiyalar, Ali Baş Komandanın təlimatları, Türkiyə hərbi qüvvələri ilə əməkdaşlıq, Moskvada faşizm üzərində qələbənin 75 illiyi münasibəti ilə keçirilən paradda iştirak, Naxçıvandakı hərbi qüvvələrimizin hazırlıq səviyyəsi və diğər məsələlərlə bağlı həm diplomatcasına, təmkinli cavabları, həm də minimum informasiya ilə fikirlərini və görülən işləri çatdırması diqqətli izləyicilər üçün xeyli bilgilər qazandırmaqla yanaşı, onlarda bir rahatlıq da yaratdı.

Pandemiya vahiməsinin az qala Qarabağ itkisini ikinci plana keçirdiyi bir zamanda, özü də Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ərəfəsində belə bir söhbət həm Mirşahinin bir peşəkar kimi intuisiya bacarığının, həm də nazirin obrazının tam və dolğun ifadəsi oldu". (mediapost)

Xəbər lenti