Qlobal Bakı Forumu bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzindədir - ŞƏRH

Öncə qeyd etmək lazımdır ki, Azərbaycanda təşkil edilən 9-cu Qlobal Bakı Forumu digər beynəlxalq forumlardan miqyasına və məzmun genişliyinə görə ciddi şəkildə fərqlənir. Daha dəqiqi, əgər Davos Forumu sırf iqtisadi və ya Münhen Forumu sırf təhlükəsizlik məsələlərini özündə ehtiva edirsə, Bakı Qlobal Forumu bu mənada daha universal və daha əhatəlidir. Yəni, bu forum beynəlxalq gündəmdə olan bütün siyasi, iqtisadi, humanitar və digər mövzulara açıqdır.
Bunu Trend-in sualına cavab olaraq Milli Məclisin deputatı Elşən Musayev deyib.
Onun sözlərinə görə, Qlobal Bakı Forumu mötəbər və geniş təmsilçilik kontekstində də xüsusi qiymətləndirilməlidir.
"Belə ki, bu forumda Albaniya, Bolqarıstan, Gürcüstan və s. ölkələrin fəaliyyətdə olan rəhbərləri, çoxsaylı dövlətlərin keçmiş rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, aparıcı ekspertlər, habelə, Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının rəhbərləri iştirak edirlər. Eyni zamanda, bir sıra dövlət başçıları Foruma müraciət ünvanlayıblar. Bu isə ondan xəbər verir ki, Azərbaycan hər zaman olduğu kimi, yenə də qlobal xarakterli mövzuların, məsələlərin müzakirəsini təşkil edir, bu istiqamətdə yetərincə ciddi fəallıq göstərir, öz ev sahibliyi, təşkilatçılığı, təşəbbüskarlığı ilə beynəlxalq siyasətə növbəti tohfələr verir", - deputat qeyd edib.
Milli Məclisin deputatı Vüqar İskəndərov isə deyib ki, Azərabycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarix zəfərlə yeni reallıqlar yaradıb.
"İndi bizim əsas hədəfimiz o reallıqlara uyğun olaraq regionun inkişafına, həmçinin Ermənistanın 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanatın tələblərinə əməl etməsinə nail olmaqdır. Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin IX Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da bununla bağlı məqamlar öz əksini tapmışdı. Cənab Prezidentin çıxışında üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinin zəruriliyi bir daha vurğulandı. O cümlədən, Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbin yerinə yetirilməsinin sülh və sabitliyin təmin olunmasının təməl sütunu olduğu, bu tələblərin icra olunmadığı təqdirdə digər məsələlərin öz həllini tapmayacağı bir daha bıyan edildi. Çıxışda Azərbaycanın sabit, dayanıqlı və inkişaf etmiş region yaratmaq istəyi, Qarabağ münaqişəsinin həllinin buna unikal imkan yaratması haqqında məqamlara toxunulması, o cümlədən, ATƏT-in Minsk Qrupu haqqında qəti fikirlər də IX Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq aləmin diqqət mərkəzində oldu”, - o vurğulayıb.
Deputat qeyd edib ki, ümumiyyətlə, bu cür beynəlxalq tədbirlər Azərbaycanın öz mövqeyini dünyaya çatdırması üçün uğurlu bir ptatforma rolunu oynayır.
Millət vəkilinin sözlərinə görə, iyunun 16-da öz işinə başlayan "Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda 50-dən çox ölkədən 400-ə qədər nümayəndə, o cümlədən, dövlət və hökumət nümayəndələri, sabiq dövlət və hökumət başçıları, gənc liderlər iştirak edir: "Bu da IX Qlobal Bakı Forumuna beynəlxalq aləmdə göstərilən maraqdan xəbər verir. Başqa bir tərəfdən, Forumda hazırda dünyada mövcud olan ən aktual məsələlərin fəal müzakirə olunması, problemlərdən çıxış yollarının axtarılması, Albaniya, Bolqarıstan, Gürcüstan və digər ölkələrin fəaliyyətdə olan rəhbərlərinin, çoxsaylı ölkələrin keçmiş rəhbərlərinin, tanınmış ictimai-siyasi xadimlərin, aparıcı ekspertlərin, habelə, Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının və s. rəhbərlərinin iştirakı, Britaniya, İtaliya, Latviya və digər ölkələrin rəhbərlərinin isə müraciətləri bu tədbirə beynəlxalq aləmin xüsusi diqqətlə yanaşdığının bariz nümunəsidir”.
V.İskəndərov onu da əlavə edib ki, IX Qlobal Bakı Forumu bir çox xüsusiyyətlərinə görə digər beynəlxalq forumlardan fərqlənir: "Öncə onu deyim ki, Qlobal Forumu əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münhen Təhlikəsizlik Konfransı kimi dünyada nüfuzlu bir tədbirdir. Amma həm də bu forumlardan fərqlənir. O baxımdan ki, Davos yalnız iqtisadi, Münhen Forumu isə təhlükəsizlik məsələlərini əhatə edir. Bunlardan fərqli olaraq, Qlobal Bakı Forumu universal xarakter daşıyır və beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Yəni Qlobal Bakı Forumu adınadan da göründüyü kimi, bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olur”.
Lobbi.Az
Xəbər lenti
-
19:01Medianın İnkişafı Agentliyində maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüş keçirilib
-
18:58Natiq Məmmədli: “Sərhədsiz Reportyorlar” Azərbaycanın səsini eşitmək istəmir
-
15:41Sabuhi Mubarizoglu Abbasov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon ictimaiyyətinə təqdim edilib
-
11:25Fərid Cəfərov Mingəçevir Gənclərinin qonağı olub
-
15:06Azərbaycanın bir qrup QHT-si bəyanat imzalayıb
-
23:35Leyla Əliyeva güləşçilərimizin V İslam Həmrəyliyi Oyunlarındakı çıxışlarına baxıb
-
17:12“Aqro-Mən” müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim edilib
-
16:41Bakıda "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" adlı konfrans keçirilib
-
16:37Fuad Rəsul Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin rəhbəri təyin olundu
-
15:21Jurnalistlər üçün inşa edilmiş binanın həyətində abadlıq işləri həyata keçirilib
-
15:21Beyləqanda keçirilən tarla seminarında pambıqçılığın inkişafı müzakirə olunub
-
13:59Bu ölkələrdəki səfirliklərimiz fəaliyyətini dondurub?-FOTOFAKT
-
15:04Əliyevlə Paşinyanın görüş xəbəri açıqlandı
-
17:13Azərbaycan Kinosu Günündə regionlarda milli kino nümayişləri keçirilib
-
17:09Azərbaycan antiterror əməliyyatı keçirdi - Şəhidimizin qisası alındı
-
15:47Millət vəkili: "Ermənistan üçtərəfli razılaşmanın şərtlərinə əməl etmir"
-
13:57Adil Əliyev: "Bu Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir"
-
13:54“YAY FEST” YARADICI GƏNCLƏRİ BİR ARAYA TOPLADI
-
11:49SON DƏQİQƏ: Qeyri-qanuni erməni silahlıları mövqelərimizi atəşə tutdu, ŞƏHİDİMİZ var - RƏSMİ
-
11:10Mina xəritələrini verməməklə Ermənistan terrorçu xislətini nümayiş etdirir - Şərh
-
11:07Agentliyin BP Azərbaycan nümayəndəliyi ilə görüşü baş tutub
-
17:45Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi onların qayğı ilə əhatə olunduğunu göstərir - RƏY
-
14:30“QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın yekun tədbiri keçirilib - FOTOLAR
-
13:40KONFUTS ATASINA QARŞI…
-
13:21Vüsal Quliyev Mingəçevir gəncləri ilə görüşüb - FOTOLAR
-
15:45Kristal Abşeron zirvələri əlçatan etdi – SkyHome yaşayış kompleksi!
-
11:521 avqust – Əlifba və Dil Bayramı günümüz - QƏNİRƏ PAŞAYEVA YAZIR
-
16:43“QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın açılış mərasimi keçirilib
-
13:20Deputat Şahlıq kəndində seçicilərlə görüşüb
-
13:17Lerik rayonunda kartof əkini ilə məşğul olan fermerlərlə görüş keçirilib
-
13:13Mingəçevir Dövlət Universitetində İT sənayesinə transformasiya edən trendlərin tətbiqi güclənir!
-
13:01İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyası ilə bağlı təlib keçirilib - FOTO
-
11:07“Aqro-Mən” müsabiqəsinin qalibləri məlum olub
-
09:53Adil Əliyev: Vətəndaşlarla sıx təmas, korrupsiya və rüşvətxorluqla mübarizə icra başçılarının fəaliyyəti üçün əsas prinsiplər olmalıdır
-
09:49Deputat Ramil Həsən seçiciləri qəbul edib -FOTO
-
18:54Elm və Təhsil Nazirliyi yanında iki agentlik yaradılıb
-
18:13Təhsil Nazirliyinin adı dəyişdirildi – FƏRMAN
-
17:13Fərid Cəfərov: “Vətən müharibəsi dövründə xaricdə təhsil alan tələbələrimiz erməni yalanlarına tutarlı cavablar verirdi”
-
11:16“Siyasi partiyalar haqqında” yeni qanun...
-
10:49Əli Nağıyev: “Xüsusi xidmət orqanları tərəfindən hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaq”
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanın bir qrup QHT-si bəyanat imzalayıb
-
SİYASƏT
“Aqro-Mən” müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim edilib
-
SİYASƏT
Beyləqanda keçirilən tarla seminarında pambıqçılığın inkişafı müzakirə olunub
-
SİYASƏT
Bu ölkələrdəki səfirliklərimiz fəaliyyətini dondurub?-FOTOFAKT
-
MANŞET, SİYASƏT
Əliyevlə Paşinyanın görüş xəbəri açıqlandı
-
SİYASƏT
Azərbaycan Kinosu Günündə regionlarda milli kino nümayişləri keçirilib
-
SİYASƏT
Azərbaycan antiterror əməliyyatı keçirdi - Şəhidimizin qisası alındı
-
SİYASƏT, GÜNDƏM
Millət vəkili: "Ermənistan üçtərəfli razılaşmanın şərtlərinə əməl etmir"
-
SİYASƏT
Adil Əliyev: "Bu Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir"