“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu – FOTOLAR

21 May 2024, 13:55
21 May
2024
13:55
576
Özbəkistanın paytaxtı Daşkənddə "Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti baş tutub.
Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin və "İpək Yolu” Vəqfinin təşkilatçılığı ilə keçirilib.
Tədbir dövlət himninin səslənidirlməsi və şəhidlərin xatirəsinin anılması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Azərbaycan-Türkiyə Qadınları Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı qonaqları salamlayaraq qədim Türk elində Qərbi Azərbaycan motivli tədbirin keçirilməsinin tarixi əhəmiyyətindən bəhs edib.
Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad etdiyini diqqətə çatdıran Tənzilə Rüstəmxanlı ölkə ərazisinin separatçılardan təmizlənməsi prosesinin yekunlaşması ilə birlikdə, həmin ərazilərə kütləvi geri dönüşün prezident İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirildiyini bildirib. Cəmiyyət sədri diqqətə çatdırıb ki, işğaldan azad edilən ərazilərə qayıdışla yanaşı, əcdadlarımızın qədim torpaqları olan Qərbi Azərbaycana da geri dönüşün təmin edilməsi məqsədilə bilavasitə dövlət başçısı tərəfindən əməli addımlar atılır. O, ölkə rəhbərinin bu məsələdəki siyasi mübarizəsinə dəstək məqsədilə Daşkənddə "Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammitinin keçirilməsinin də böyük önəm kəsb etdiyini bildirib. Qərbi Azərbaycana qayıdış məsləsinin azərbaycanlıların təmin edilməli hüququ olduğunu bütün dünyaya çatdırılması üçün bu kimi elmi-praktiki konfranslaırn keçirilməsinin önəminə dəqiqət çəkən Tənzilə Rüstəmxanlı göstərdikləri dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Daha sonra çıxış edən "İpəkyolu” Strateji Araşdırmalar Vəqfi İdarə Heyətinin sədri, Moldovanın Qaqauziya Muxtar Respublikasının Türkiyədəki rəsmi nümayəndəsi Seyfullah Türksoy bildirib ki, Azərbaycan Türklərinin öz tarixi yurdlarından deportasiya edilməsi beynəlxalq ictimaiyyətin göz yumduğu məsələlərdən birdir. Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi qələbədən sonra yaranmış yeni reallıqlar müstəvisində Qərbi Azərbaycana dönüş məsələsinin də İlham Əliyevin siyasi liderliyi ilə həll ediləcəyinə heç bir şübhə yoxdur. Seyfullah Türksoy bu məsələdə Türkiyənin də qardaş ölkənin yanında olduğunu bildirib.
Daha sonra protokol çıxışlarına yer verilib. Çıxış edən Özbəkistan millət vəkili, parlamentin Ailə və Qadın komissiyasının rəhbəri Cəmilə Şərmuhammedova Özbəkistanın hər zaman Azərbaycanı dəstəklədiyini bildirib. İşğaldan azad edilən ərazilərə ölkə başçısı Şavkat Mirziyoyevin səfərini xatırladan Şərmuhammedova buradakı quruculuq işlərinə rəsmi Daşkəndin daim dəstək olacağını qeyd edib.
Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ifadə etdiyi kimi üzümüz, ailəmiz türk dünyasıdır. Üzümüzü türk dünyasına döndərdik: "Bu gün də toplantının türk dünyasının qədim torpağı olan Özbəkistanın paytaxtı Daşkənddə keçirilməsi son dərəcə önəmlidir”.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Qərbi Azərbaycan İcmasının nümayəndəsi Osman Hacıyev, Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Мəmmədov, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin sədri İqbal Babayev, Özbəkistanın tanınmış yazıçıları Tahir Kahhor və Babaxan Şərif və professor Oinisə Musurmanova çıxışlarında Qərbi Azərbaycana qayıdışın təmin edilməsi istiqamətində mərkəzləşdirilmiş siyasət yürüdüldüyünü vurğualyıblar.
Tədbir daha sonra "Qərbi Azərbaycana qayıdışın Türk Dünyasına Yansıması” və "Böyük Qayıdış. Azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlmiş mövcud strategiya və mexanizmlər” mövzulu panellər müzakirələrilə davam edib.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Dünya Azərbaycanlıları Konqresinin sədri, Xalq şairi, yazıçı Sabir Rüstəmxanlının moderatorluğu ilə keçirilən birinci paneldə professor Çətin Almas, Özbəkistan Axısxa Türkləri Dərnəyinin sədri Ömər Salman, Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun doktorantı Mövluda Erkin Raxmanova, Qırğızıstan-Türkiyə MANAS Universitetinin baş müəllimi, tarixçi alim Abdiraşit Babatayev, Qırğızıstan-Türkiyə MANAS Universitetinin baş müəllimi, türkoloq alim Çingiz Buyar və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Yasəmən Mahmudova Vətən mühairbəsi, Qərbi Azərbaycana qayıdışın hüquqi tərəfləri və türk dnüyasının məruz qaldığı etnik təmizlik siyasəti haqqında çıxış edib, fikirlərini bölüşüblər.
Seyfullah Türksoyun moderatorluğu ilə keçirilən ikinci paneldə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Naqif Həmzəyev, "Yeni Müsavat” Media Qrupunun prezidenti Rauf Arifoğlu, Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər, "Yaşlıq” jurnalının baş redaktoru Nurilla Çori, Qırğızıstanın "Issık Göl” Forumunun sədri Dinara Cumabayeva və Əməkdar jurnalist Etibar Babayev Qərbi Azərbaycandan Türkiyəyə köç, Qərbi Azərbaycana qayıdış strategiyasının Türk Dünyasının inteqrasiyasına təsirləri mövzuları ətrafında fiikir mübadiləsi aparıb, düşüncələrini bölüşüblər.
Sonda Azərbaycan-Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdili tərəfindən sammitin yekunlarına dair bəyanat səsləndirilib.
Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.








Xəbər lenti
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
17 Aprel 2025
31 Mart 2025
28 Mart 2025
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
25 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
07 Yanvar 2025
28 Dekabr 2024
27 Dekabr 2024
25 Dekabr 2024
Digər xəbərlər
-
SİYASƏT
Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
SİYASƏT
Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
SİYASƏT
"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
SİYASƏT
Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
SİYASƏT
ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
SİYASƏT
QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
SİYASƏT
"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
SİYASƏT
Siyasi birlik və həmrəylik nümunəsi
-
SİYASƏT
"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....