Qənirə Paşayeva Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışında çıxış edib

01 İyun 2022, 10:13
01 İyun
2022
10:13
775
7NEWS.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsi, Azərbaycan Yazıçılar Birliyi, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, TÜRKPA, Bakı Dövlət Universiteti, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları Başqanlığı, Yunus Əmrə İnstitutu, İLESAM, Azərbaycan Yaradıcılıq Fondu, DGTYB və d. qurumların təşkilati, mənəvi dəstəyi ilə keçirilən festivalın açılışı Bakı Dövlət Universitetində (BDU) baş tutub.
Q.Paşayeva festivalın birinci gününün Şuşa şəhərinin 270 illiyinə və "Şuşa İli”nə ad edilməsini, ümumən festivalın adını, məram-məqsədini çox anlamlı hesab etdiyini bildirib. O, Mədəniyyət Komitəsinin məmnuniyyətlə dəstək durduğu festivalın məhz ortaq türk qurumlarının təşkilati dəstəyi ilə keçirilməsinin bütün Türk dünyası ədəbiyyatçıları, yazarlar və naşirlər üçün vacib olduğunu, yaxşı perspektiv vəd etdiyini söyləyib.
Festivalın Azərbaycanın ən qocaman ali təhsil ocağı olan Bakı Dövlət Universitetində və "TEKNOFEST Azərbaycan” festivalı ilə eyni gündə keçirilməsinin də çox anlamlı hadisə olduğunu vurğulayan Q.Paşayeva, bütün bunları Azərbaycan Türkiyə strateji müttəfiqliyinin təntənəsi adlandırıb: "Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Türk dünyasının birliyinə, ortaq keçmişə, eyni mədəniyyət və adət-ənənəyə malik olan qardaş xalqların sıx əməkdaşlığına töhfə olacağına inanıram.
Azərbaycanla qardaş dövlətlər arasında dostluq, qardaşlıq münasibətləri gündən-günə inkişaf etməkdədir. Bu gün qardaş ölkələrimizi təmsil edən şair, yazıçı, ədəbiyyatşünas və naşirləri burada salamlamaq çox xoşdur.
Ortaq türk qurumlarının hamısının bizimçün əziz olduğunu bir daha vurğularkən, qeyd etmək istərdim ki, ötən ilin payızında Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi xüsusi hadisədir. Başqa bir xüsusi hadisə Azərbaycanla Türkiyə arasında "Şuşa Bəyannaməsi”nin imzalanmasıdır. Yəni dövlət başçılarımız vətəndaş cəmiyyət institutlarının qarşısında geniş yollar açıb, yeni imkanlar yaranıb və bu yollar gedilməli, imkanlar xalqlarımızın, ölkələrimizin daha da yaxınlaşması naminə istifadə edilməlidir.
Bir sözlə, Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı türk xalqları arasında ədəbi-mədəni əlaqələri gücləndirməyə, gənc nəslin Türk dünyasının böyük şəxsiyyətlərini tanımasına, nəşriyyatlar, yazarlararası işbirliyi mühitinin yaranmasına xidmət edən böyük söz bayramıdır.
Bir daha təşkilatçılara, əməyi keçən hər kəsə təşəkkür edir, bütün iştirakçıları ürəkdən salamlayıram”!
Arzu edənlər bu linkdən izləyə bilər:





Xəbər lenti
-
18:44“Ermənipərəst konqresmenlər öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər!” – Elşən Musayev
-
17:12“Makron özü nədirsə, komandası da odur!” – Deputatdan sərt sözlər…
-
17:25“Elə danışır, sanki soyadı Kərimli deyil, Kerimsondur!” – Elşən Musayev
-
10:24"Azercell"dən təxribat: CƏBRAYILI İRAN ƏRAZİSİ KİMİ GÖSTƏRİR (FOTOFAKT)
-
14:05Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
11:31Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:23Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:05“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
19:55Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:56“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
14:43Yeni yaranmış 100 QHT-yə “Layihənin idarə edilməsinin əsasları” təlimi keçirilir
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:13“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:00Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:33“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:02Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:57Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:19Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:42"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:56GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
13:56"Minor Electronics"in "Ağdaş" filialının yeni ünvanda möhtəşəm açılışı baş tutub - FOTO + VİDEO
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
14:12“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
10:23200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
-
19:58Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!
-
17:27MDU-nun rektoru Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb
-
15:50“Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, ləyaqətsizlikdir!”
-
15:19"Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verir"
05 Dekabr 2023
01 Dekabr 2023
30 Noyabr 2023
29 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
26 Noyabr 2023
23 Noyabr 2023
22 Noyabr 2023
20 Noyabr 2023
17 Noyabr 2023
15 Noyabr 2023
14 Noyabr 2023
13 Noyabr 2023
12 Noyabr 2023
09 Noyabr 2023
08 Noyabr 2023
07 Noyabr 2023
06 Noyabr 2023
04 Noyabr 2023
03 Noyabr 2023
02 Noyabr 2023
01 Noyabr 2023
31 Oktyabr 2023
Digər xəbərlər
-
MƏDƏNİYYƏT, GÜNDƏM
“Ədibin evi”ndən ədəbi köşə
-
MƏDƏNİYYƏT, GÜNDƏM
YARAT “Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir
-
MƏDƏNİYYƏT, GÜNDƏM
Heyran Mustafa-Zadənin Praqada fərdi sərgisi keçirilib - FOTOLAR
-
MƏDƏNİYYƏT, GÜNDƏM
Çingiz Abdullayevdən qurultaya 203 min manat xərclənməsinə münasibət: "Bu sözü soruşmağa utanmırsınız?"
-
MƏDƏNİYYƏT, GÜNDƏM
KONFUTS ATASINA QARŞI…
-
MƏDƏNİYYƏT, GÜNDƏM
Qənirə Paşayeva Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışında çıxış edib
-
MƏDƏNİYYƏT, GÜNDƏM
İnsandan vəfa ummaq əbləhlikdir... - Etimad Başkeçid YAZIR
-
MƏDƏNİYYƏT, GÜNDƏM
Qənirə Paşayevanın “Sirlər dünyasına səyahət: MİSİR” kitabının təqdimatı olub