"Qarabağda aparılan tikinti işlərinə ictimai nəzarət təmin edilsin..." - TƏKLİF

"Bu qanun 2013-ci ildə qəbul edilib və 2014-cü ildə qüvvəyə minib. Başlanğıc üçün və ona qədər də bir neçə nümunələr var idi. Ən effektlisi də 2006-cı ildə Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə ictimai nəzarəti həyata keçirən İctimai Komitə idi”
 
Bunu Moderator.az-a açıqlamasında hüquqşunas Sahib Məmmədov İctimai Şuralar haqqında danışarkən deyib. S.Məmmədov bildirib ki, bu istiqamətdə aparılacaq işlərlə bağlı qanuna dəyişiklik edilməlidir:
 
"Bu qanun 2013-ci ildə qəbul edilib və 2014-cü ildə qüvvəyə minib. Başlanğıc üçün və ona qədər də bir neçə nümunələr var idi. Ən effektlisi də 2006-cı ildə Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə ictimai nəzarəti həyata keçirən İctimai Komitə idi. Onun öz-özünə işləyən mexanizmi var idi. İstənilən vaxt cəzaçəkmə müəssisələrinə xəbərdarlıqsız getmək, məhbusla görüşmək, onunla söhbət etmək və sair. Daha sonra vətəndaş cəmiyyətininin iştirakı ilə qanun hazırlandı. O dövr üçün ictimai nəzarət yaxşı idi. Orda beş növ ictimai iştirakçılıq forması var və onlardan biri ictimai şuralardı. Qalan dörd mexanizm ümumiyyətlə, işləmədi. İctimai Şuralar da mərkəzi, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin nəzdində yaradılmalı idi. Məlum oldu ki, bələdiyyələrə çatacaq qədər Azərbaycanda ümumiyyətlə vətəndaş cəmiyyəti yoxdur. İcra Hakimiyyətlərinin çoxu buna fikir vermədilər və yalnız bir neçəsində bu yarandı. Bəzi rayonlarda ümumiyyətlə vətəndaş cəmiyyəti strukturları heç yox idi və onlar bunu yaratmaq üçün QHT-də tapa bilmirdilər. Amma indi son vaxtlarda görünür ki, belə bir tapşırıq olub və bu məsələ intensivləşib. 
Mən üzvü olduğum İctimai Şuralarda müzakirələrimiz çox tənqidi ruhda keçib. Çox ciddi məsələlər qoyulub, onları biz mətbuata çıxarmasaq da proseslərə təsiri olub. Desəm ki, bunun  effekti yoxdur, ədalətsiz olar. Amma cəmiyyətin gözləntisi bir qədər başqadırsa, bu başqa məsələdir. Məsələn, İctimai Şurada olub nə edə bilərdilər və etməyiblər. Müzakirələrdə məsul şəxsləri dəvət edib fikirlərini öyrənirlər. Bundan başqa onların böyük səlahiyyətləri də yoxdur. Amma indi düşünürəm ki, bir qədər buna yenidən baxıb ictimai nəzarətin daha effektiv formalarını fikirləşmək lazımdır. Məsələn, Qarabada aparılan tikinti işlərinə görə orda ictimai nəzarətin təmin olunmasıyla bağlı ölkə başçısı bir neçə dəfə fikir söyləyib. Orda onlarla təşkilat fəaliyyət göstərəcək və bunların hər birində ictimai təşkilat olmaqdansa vahid bir ictimai nəzarət forması olsa, daha yaxşı olar. Bunun isə bu gün qanunvericilik təminatı yoxdur. Düşünürəm ki, qanun bir az köhnəlib və onu dəyişmək lazımdır. O fikirlə razıyam ki, İctimai Şuralar o gözləntini doğrultmadı, amma tam effektsiz olmayan struktur da saymıram”.

Xəbər lenti