“Qarabağ: milli irsin izi ilə...” adlı beynəlxalq layihə həyata keçirilir

“Qarabağ: milli irsin izi ilə...” adlı beynəlxalq layihə həyata keçirilir

"SAF Həyat Naminə” Gənclər İctimai Birliyi ("For Pure Life” Youth Public Union ) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Qarabağ: milli irsin izi ilə...” adlı beynəlxalq layihə həyata keçirir. 

Layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının zəngin irsini sübüt edən və bu səbəblə erməni vandalizminə məruz qalan maddi mədəniyyət nümunələrinin, ətraf mühitə dəymiş zərərin qiymətləndirilməsi nəticəsində əldə  olunan faktların beynəlxalq səviyyədə tanıdılmasıdır. 

Layihə çərçivəsində 23 fevral 2023-cü il tarixində Bosniya və Herseqovinanın paytaxtı Saraevoda konfransın həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

Konfransda Xəzər Media Mərkəzi tərəfindən hazırladığı "Buz heykəl və Dəmir yumruq” sənədli film nümayiş etmək üçün seçilmişdir. Bundan əlavə, Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondu tərəfindən verilmiş geniş məlumat, həmçinin foto  şəkillər Qarabağda Urbisid haqqında hazırlanmış təqdimatında istifadə olunmuşdur.
 
 
 

Xəbər lenti