Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinin 104-cü ildönümü münasibətilə tədbir keçirilib

Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinin 104-cü ildönümü münasibətilə tədbir keçirilib

Sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü münasibətilə qardaş Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasını əks etdirən rəsm sərgisi ilə tanış olublar. 
Sonra Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki ölkənin Dövlət himnləri səsləndirilib.
Tədbir Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağçının ev sahibliyində keçirilib. Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər.

Mərasimdə millət vəkili Ramil Həsən çıxış edərək qardaşlığımızın mükəmməl simvolu olan 104 il bundan öncə Bakını işğaldan azad etməklə bağlı Nuru Paşanın rəhbərliyindəki qəhrəman türk əsgərinin azərbaycanlı qardaşları ilə bərabər çiyin-çiyinə vuruşaraq Bakı uğrunda Şəhid olmalarıdır. Millət vəkili keçən il Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tarixi Şuşa Bəyannaməsinin imzalanma mərasimində vurğulamış olduğu "Bu tarixi sənəd gələcək nəsillərə yol xəritəsidir" deyə ifadə etmiş olduğu tarixi kəlamı xatırladıb.

Tədbirdə sentyabrın 12-də gecə saatlarından başlayaraq Ermənistan tərəfinin təxribatçı hücumu nəticəsində həyatlarını itirmiş igid Azərbaycan Şəhidlərini dərin hörmət və ehtiram hissi ilə yad edən Milli Məclisin deputatı Ramil Həsən Azərbaycan-Türkiyə qardaşlığının bu gün olduğu qədər heç bir zaman güclü və qüdrətli olmadığını, məhz bu müttəfiqliyin, qardaşlıq münasibətlərinin xüsusi inkişafında və gələcək nəsillər üçün mükəmməl bir örnək olmasında da Azərbaycan Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin və Türkiyə Cumhurbaşkanı sayın Rəcəb Tayyib Ərdoğanın xüsusi liderlik, öndərlik etdiyini vurğulayaraq fikirlərini tamamlamışdır.
 
Açıklama yok.

Xəbər lenti