Prezident Tərtərdə yol tikintisinə 4,8 milyon manat pul ayırdı - SƏRƏNCAM

Prezident Tərtərdə yol tikintisinə 4,8 milyon manat pul ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Tərtər rayonunun Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərancama əsasən, yeddi min nəfər əhalinin yaşadığı beş yaşayış məntəqəsini birləşdirən Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 4,8 milyon (dörd milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti