Paşinyan Serjikdən sonra Saakyanı da devirmək istəyir - ŞƏRH
05 İyun 2018, 10:46
05 İyun
2018
10:46
2494
Bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə MTX əməkdaşları arasında qarşıdurma yaşanıb. Xankəndində məişət zəminində baş verən insident böyüyərək kütləvi hal alıb. MTX əməkdaşları yerli ermənilərə çoxsaylı xəsarətlər yetiriblər.
Separatçı rejimin qanunsuz polisi baş verənlərə göz yumaraq heç bir müdaxilə etməyib və əksinə, döyülən yerli erməniləri həbs ediblər. Hadisə nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb.
Ötən gün isə Azərbaycanın işğal altında olan Xankəndi şəhərində "güc strukturları” rəhbərlərinin istefası tələbilə etiraz aksiyaları keçirilib. Xankəndi avtovağzalının yanında yığışan etirazçılar illərdir problemlərin həll edilmədiyindən şikayətləniblər. Etirazçılar ilk növbədə separatçı rejimin polis rəisi Kamo Ağacanyanın, "milli təhlükəsizlik xidməti" rəisinin müavini Qaqik Sarkisyanın və ötən gün dava iştirakçısı olan MTX-nın bölmə komandiri Aşot Qriqoryanın istefasını, hadisədə iştirak edən əməkdaşların isə cəzalandırılmasını tələb ediblər. Nümayişçilər bildiriblər ki, tələbləri yerinə yetirilmədiyi halda, separatçı rejim rəhbərinin iqamətgahı qarşısına toplaşacaqlar.
Ekspertlər hesab edirlər ki, Xankəndindəki etirazlar qabaqcadan planlaşdırılmış siyasi sifarişdir. Kənardan məişət problemi kimi görünsə də, etirazların əsas məqsədi Sarkisyanın yaxın adamı olan separatçı Bako Saakyanı devirməkdir. Bu mümkün olacaqmı?
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AzVision.az-a bildirib ki, İrəvandan sonra Xankəndidə etiraz aksiyalarının başlaması gözlənilən hadisə idi. Onun sözlərinə görə, Qarabağda yaranmış vəziyyətdən baş nazir Nikol Paşinyan öz məqsədləri üçün istifadə edə bilər.
"İnanmıram ki, bunu Ermənistanın yeni baş naziri Nikol Paşinyan və ya adamları təşkil edib. Çünki ermənilər bilir ki, Qarabağda qarışıqlıq yaransa, bu onlara cəbhə bölgəsində müəyən təhlükələr yarada bilər. Amma baş verənlərdən Paşinyan öz məqsədləri üçün istifadə etməyi düşünür. Əgər Ermənistanda hakimiyyət dəyişilibsə, Paşinyan bunun Qarabağda da təkrarlanmasını istəyir. Çünki separatçı rejimin rəhbəri Bako Saakyan keçmiş prezident və baş nazir Serj Sərkisyanın adamıdır. Ermənistanda bütün hakimiyyət dəyişikliklərində Qarbağda baş verənlərin mühüm rolu olub. Levon Ter-Petrosyan prezident olanda da, onun əsas opponentləri məhz Qarabağdakı separatçılar idi və onu devirənlər də Qarabağdan gələnlər oldu”.
Politoloq düşünür ki, Paşinyan bu hadisədən dərs çıxarıb və Bako Saakyanı devirməyin yollarını axtarır: "Amma bunun üçün Paşinyan ilk olaraq oradakı öz adamını müəyyənləşdirməlidir. Əgər bu aksiyalar dayanmasa, Paşinyanın əli güclənəcək. Bako Saakyanı fakt qarşısında qoyacaq ki, insanlar ondan narazıdır və hakimiyyəti təhvil verməldiir. Əminəm ki, bunu etməyə çalışacaq. Bu baxımdan Paşinyan Qarabağdakı hadisələrin birbaşa təşkilatçısı olmasa da, baş verən hadisələrdən öz məqsədləri üçün istifadə edə bilər”.
Politoloqun fikrincə, ola bilsin ki, Bako Saakyan Sarkisyanın zəifləməsini anlayaraq Paşinyanla ümumi dil tapmağa çalışsın. Amma, Sarkisyan hələ tam tərki-silah olunmayıb və partiyası parlamentdə çoxluğa malikdir. Yəni hər an Paşinyanın işini poza bilərlər.
"Bu məqsədlə Paşinyan çalışır ki, ilin sonuna qədər növbədənkənar parlament seçkiləri keçirsin. Bu baxımdan inandırıcı deyil ki, Paşinyan tam olaraq Saakyana inansın. Çünki o, hər an Sarkisyanla ittifaqa girərək Paşinyana problem yarada bilər. Hazırda Paşinyanın iki mühüm hədəfi var. Birinci Serj Sarkisyanın mövqelərini Ermənistanda zəiflətmək. İkinci, Qarabağdakı durumdur. Çünki oradakı öz adamı deyil və situasiya hər an onun əleyhinə dəyişə bilər. Təsadüfi deyil ki, ötən gün keçmiş prezident Levon Ter-Petrosyan Dağlıq Qarabağda sakitliyə riayət etməklə bağlı çağırış etdi. Bildirdi ki, əks halda Azərbaycan öz məqsədləri üçün istifadə edə bilər. Anlayır ki, bu situasiya Ermənistan və separatçılar üçün çox təhlükəli istiqamətə yönələ bilər. Hesab edirəm ki, o, bu fikrində tam haqlıdır. Çünki biz vəziyyəti müşahidə edirik və proseslərə hər an müdaxilə etmək imkanlarımız var”, - deyə E.Şahinoğlu vurğulayıb.
E.Şahinoğlu qeyd edib ki, Qarabağda baş verənlər cəbhə bölgəsinə də təsir edir: "Ermənistanda olan xaos və anarxiyanın Qarabağa sıçraması, separatçılarda və İrəvanda qorxu yaradır. Bu baxımdan ki, Azərbaycan baş verənləri öz xeyrinə istifadə edə bilər. 1990-cı illərdə eyni xaos və anarxiya Azərbaycanda mövcud idi. Ermənilər bundan istifadə edərək daha çox torpaq işğal etdilər. İndi eyni situasiya özlərində yaranıb. Azərbaycan vəziyyəti müşahidə edir. Eyni zamanda hərbi gücünü artırır. Bütün bunlar Ermənistana mesajdır. Ona görə qorxurlar ki, Azərbaycan ordusu hər an hücum əməliyyatı həyata keçirə bilər.
Nikol Paşinyanın proqramı 7 iyunda parlamentin müzakirəsinə çıxarılacaq. Bu proqram Serj Sarkisyanın proqramından heç nə ilə fərqlənmir. Proqrama Rusiya ilə strateji tərəfdaşlıq, Qarabağın statusu, danışıqlarda separatçıların iştirakı və.s daxildir. Bu, o deməkdir ki, Ermənistan hakimiyyətinin Qarabağ siyasətində heç bir dəyişiklik baş verməyəcək. Düşünürəm ki, buna uyğun olaraq qərarımızı verməliyik”.
Politoloq əlavə edib ki, Paşinyanın qarşısında böyük bir problem yaranıb. O, əsgər tapa bilmir ki, Qarabağa göndərsin. Öz oğlunu Qarabağa göndərməyi də piara çevirdi: "Təlimat verdi ki, Ermənistandan qaçan gəncləri geri qaytarın. Nazirlərdən biri cavab verdi ki, heç kim geri qayıtmır. Çünki həbs olunacağından ehtiyat edir. Bu da böyük problemdir ki, işğal olunan torpaqları necə qoruyacaq. Yaxud Azərbaycanla silah yarışını necə aparacaq? Azərbaycan modern silahların alınmasına böyük pullar xərcləyir. Ermənistan bunu edə bilmir. Rusiya Sarkisyana verdiyi kreditləri Paşinyana inanaraq verəcəkmi? Hansı tərəfdən baxsan Paşinyanın problemləri "N” qədərdir. Bunların həll ediləcəyi çox çətindir. Rusiyada Paşinyanın siyasətindən narazılıqlar var. Çünki o, Avropa ilə vizasız gediş-gəlişə çalışır, ABŞ-dan kredit istəyib. Bütün bunlar Rusiyada diqqətlə izlənilir. Amma bu, o demək deyil ki, Rusiya Ermənistandan əl çəkir, Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməyə hazırdır. Yox. Rusiyada Paşinyana qarşı şübhələri artması onun problemlərinin artacağına işarədir”.
Xəbər lenti
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
Digər xəbərlər
-
MANŞET, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
Soydaşlarımız BMT-nin İsveçrədəki qərargahının qarşısında etiraz aksiyası təşkil ediblər - FOTOLAR
-
AZƏRBAYCAN, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
Koordinasiya Şuraları və Azərbaycan evləri də 24 saat işləyəcək
-
SAVAŞ, DİASPORAMIZ DÜNYADA
Meyndə Xocalıdan bəhs edən rəsm sərgisi keçirilib
-
MANŞET, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
ABŞ konqresmenləri Xocalı soyqırımını pisləyən bəyanatla çıxış ediblər
-
SAVAŞ, DİASPORAMIZ DÜNYADA
İsveç-Azərbaycan Federasiyası ölkəmizə qarşı təbliğat aparanlara CAVAB VERDİ
-
AZƏRBAYCAN, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
İtalyan senator: Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında dialoqun təşviq edilməsi üçün yeni təşəbbüslər irəli sürüləcək
-
AZƏRBAYCAN, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib
-
AZƏRBAYCAN, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
-
AZƏRBAYCAN, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
Pakistanlı nazir: Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyimiz dəstək davam edəcək