Paşinyan babası haqda məlumatları saxtalaşdırmaq istədi, alınmadı
Ermənistanın Xarici İşlər Nazirliyi bu ölkənin Baş naziri Nikol Paşinyanın babasının İkinci dünya müharibəsi illərində nasistlərlə əməkdaşlığı haqqında yayılan informasiya səbəbindən başlamış qalmaqalı aradan qaldırmağa çalışıb. Ancaq Ermənistan rəsmilərinin qalmaqallı nəşrləri təkzib etmək üçün yaydıqları məlumatlar bu dəfə də dezinformasiya olub.
7NEWS.az info24.ru-ya istinadən xəbər verir ki, Qələbə gününün 75-ci ildönümü ərəfəsində N.Paşinyan sosial şəbəkədə babası – Nikol Paşinyanın fotosunu paylaşaraq "138-ci diviziyanın 554-cü atıcı alayında xidmət etdi. Vətən uğrunda həlak olanların əbədi xatirəsinə” sözlərini yazıb.
Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılan və Böyük Vətən müharibəsində həlak olanlar haqqında məlumatların toplandığı "Memorial” məlumat bankında Nikol Vartanoviç Paşinyan haqqında informasiya var. Həmin məlumat bankının materiallarına əsasən, Paşinyanın babası əsir düşüb, "düşmənlə əməkdaşlıq edib” və Ukraynanın qərbində Zvyaqeldə (hazırda Novoqrad-Volınskiy) vəfat edib.
Həmin qalmaqallı informasiyanı düzəltmək üçün Ermənistan XİN-i guya baba Nikol Paşinyanın adında qarışıqlıq yaranması barədə dəlil irəli sürüb. Nazirliyin bəyanatına görə, Yenekovan kəndindən iki nəfər - faşistlərlə əlbir olmaqda ittiham olunan Nikol Vartanoviç Paşinyan və erməni baş nazirin babası Nikol Arakeloviç Paşinyan cəbhəyə yollanıb. "Onun adını Rusiya MN-nin məlumat bazasında Qırmızı ordunun çavuş rütbəsi ilə də tapmaq olar”, - deyə Ermənistan XİN-in bəyanatında deyilir.
Ancaq bunun əksinə olaraq, "Memorial”da yalnız bir Paşinyan – nasistlərlə əməkdaşlıq edən Nikol Vartanoviç Paşinyan haqqında məlumatlar var. Nikol Arakeloviç Paşinyan haqqında isə axtarış nəticə verməyib. Bazada Paşinyan soyadı olan çox insan var, ancaq Nikolay adlı və 1913-cü il təvəllüdlü yalnız bir nəfərin – Nikolay Vartanoviç Paşinyanın məlumatları erməni baş nazirin babasının məlumatları ilə üst-üstə düşür.
"Nikolay Arakeloviç Paşinyan” sözləri üzrə axtarış zamanı "Xalqın yaddaşı” saytında bu məlumatların olduğu səhifə üzə çıxır. Ancaq Google-un keş yaddaşında Ermənistanın baş nazirinin babası ilə bağlı "rəsmi” informasiyanın olduğu səhifənin mayın 26-da silindiyi görünür. "Xalqın yaddaşı” saytı üzrə axtarış da Nikolay Arakeloviç Paşinyanla bağlı heç bir məlumatı üzə çıxarmır.
Yaddaşda saxlanılan səhifə Paşinyanın babası haqqında rəsmi məlumatların təsdiqlənməsi mərhələsində ola bilər, ancaq bu səhifə uzun müddət "yaşaya bilməyib”. Belə ki, saytın moderatorları məlumatların düzgünlüyünü yoxlayarkən səhifəni siliblər. Belə olan halda isə, saytda müharibə iştirakçılarının məlumat bazasında Nikolay Arakeloviç Paşinyan haqqında heç bir informasiya yoxdur.
Paşinyanın babası kiminlə vuruşub?
Müharibə zamanı 1913-cü il təvəllüdlü Nikol Paşinyandan bir müddət xəbər alınmayıb. Daha sonra isə onun düşmən tərəf keçdiyi məlum olub. Ermənistanın baş nazirinin babası Qaregin Njdenin rəhbərlik etdiyi SS legionunun tərkibinə keçmişdi. Bu legion isə nasist Almaniyası üçün döyüşürdü.
"Bu həmin insandır ki, müharibə vaxtı deyirdi: "Almaniyaya görə ölən Ermənistan üçün ölür”. Bu həmin insandır ki, təxribatçı fəaliyyəti çoxsaylı qurbanlara səbəb olmuşdu və təsadüfi deyil ki, müharibədən sonra SMERŞ tərəfindən həbs olundu, 25 il həbsə məhkum edildir və Vladimir həbsxanasında öldü”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev Qaregin Njdeni xarakterizə edib.
Ermənistanın Baş naziri çıxışlarında açıq-aşkar Qaregin Njdenin hərəkətlərinə haqq qazandırmağa çalışıb. Yerevanda rusiyalı jurnalistlərlə görüşündə Njdeni İvan Baqramyan və Vyaçeslav Molotovla müqayisə edib.
MDB ölkələrinin zirvə sammitində Azərbaycan prezidenti nasizmin qəhrəmanlaşdırılmasının yolverilməz olması məsələsini qaldırdı və Paşinyanın Njde haqqında dediklərini nümunə gətirdi.
Ünvanına səsləndirilmiş tənqidi şərh edən Paşinyan bu dəfə Njdeni yazıçı Aleksandr Soljenitsınla müqayisə edərək onların hər ikisinin düşərgə əsiri olduqlarını bildirmişdi.
"Soljenitsını faşistlərin əlaltısı ilə müqayisə etmək – sinizmin zirvəsidir”, - deyə İlham Əliyev sonda qeyd etmişdi.
Xəbər lenti
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq