Parlamentdə evlilik təklifi: Spiker deputatı danladı (VİDEO)

Parlamentdə evlilik təklifi: Spiker deputatı danladı (VİDEO)
İtaliya Nümayəndələr Palatasının bu gün keçirilən iclasında maraqlı hadisə baş verib.

7News.Az xəbər verir ki, iclasda çıxış edən millət vəkili Flavio Di Muro sevgilisinə evlilik təklifi edib. 

"Cənab məclis sədri, icazənizlə sizə deyil, izləyici sıralarına səslənirəm: "Elisa, mənimlə evlənərsən?”, deyə millət vəkili bildirib.

Yanındakı digər millət vəkilləri Flavio Di Muronu alqışlarla təbrik etdiyi halda, spiker Roberto Fiko məsələyə tənqidi yanaşıb: "Cənab millət vəkili Di Muro, hər şeyi başa düşərəm, lakin məclis nitqini belə bir məqsədlə istifadə etmək uyğun deyil”.


Xəbər lenti