Pambıqçılıq-2022: Tədarük məntəqələrinə 285 min tondan çox pambıq təhvil verilib

25 Noyabr 2022, 13:42
25 Noyabr
2022
13:42
96
Respublikada pambıq yığımı davam edir.
Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 285743 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 27.4 sent/ha təşkil edir. Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, İmişli, Saatlı, Tərtər, Yevlax və Zərdab rayonlarında orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.
Bu il Azərbaycanın 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonunlarının ərazisində əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Ümumilikdə respublika üzrə pambıq əkini sahələrinin 45 faizdən çoxu bu 4 rayonun payına düşür.
Pambıq yığımı prosesinə 447 kombayn və 3085 traktor yedəyi cəlb olunub. Pambıqyığan kombaynların sayı sahələrdən məhsulun 100 faizə yaxınını texnika vasitəsilə yığmağa imkan verir.
Dövlət dəstəyinin genişləndirilıməsi fermerlərin pambıq əkininə marağını artırıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb.
Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfidən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığn alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.
Respublikada pambıq yığımının optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.





Xəbər lenti
-
12:30“Əli Kərimli terror günü toyda şıdırığı rəqs edirdi...” - PARTİYA SƏDRİ
-
10:47“Dünyanı bu imperiyalar idarə edəcək...” - BMT, Beynəlxalq hüquq arxivə verilir?
-
10:09“Satqınlar, casuslar ifşa edilməlidir!” - DEPUTAT
-
18:12“Siz, nadanlığın və ikiüzlülüyün nəzəriyyəsini yazan insanlarsız!” - Deputatdan radikal müxalifətə sərt sözlər!
-
16:50“Cənub Qaz Dəhlizi layihəsində aktiv iştirakçılıq Azərbaycanın nüfuzunu və mövqeyini daha da gücləndirir” – Elşən Musayev
-
15:11"Azərbaycan və Rumıniya çox ciddi strateji tərəfdaşdır" - POLİTOLOQ ŞƏRH ETDİ
-
12:19“Qarabağ: milli irsin izi ilə...” adlı beynəlxalq layihə həyata keçirilir
-
12:00SƏRHƏDSİZ İNVESTİSİYA İMKANLARI İNVESTAZ-LA ARTIQ DAHA ƏLÇATAN OLDU!
-
11:32"Biz 50 milyonluq xalq olaraq bu sınaqdan da üzü ağ çıxacağıq" - DEPUTAT
-
11:00“Bütün sahələrdə gənc kadrlara ciddi etimad göstərilir” - TƏHLİL
-
20:29Mingəçevirin Gənclər Paytaxtı seçilməsi ilə bağlı tədbir keçirilib
-
18:44Milli Məclisdə “Gənclər Günü”nə həsr olunmuş ictimai dinləmə keçirildi
-
16:42“Naxələflər, yırtıcılar!” – Millət vəkilindən İrana sərt sözlər...
-
16:18Aktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilir - FOTOLAR
-
12:47Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan qeybəti
-
11:43Parlamentdə mühüm müzakirələr - səfirliklərin mühafizəsinin gücləndirilməsi təklifi
-
10:02Azərbaycanda kredit faizləri yenidən artacaq? - TƏHLİL
-
15:51Azərbaycanın İrandakı səfirliyinə hücum terror aktıdır - RƏY
-
12:45Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclər siyasətidir
-
12:42Deputat radikal müxalifəti İranın agentləri adlandırdı
-
11:46Nəsimi rayonunda “2 fevral – Gənclər günü” münasibətilə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı bayram tədbiri keçirilib
-
11:4352 günün qəhrəmanları: “Könlüm Şuşada 2023” adlı tədbir çərçivəsində ekoaksiya iştirakçıları təbrik edilib
-
09:53Sabahdan əmanətlər vergiyə cəlb olunacaq? - DEPUTAT YAZIR
-
17:49“Macarıstan və Azərbaycan arasındakı münasibətlər günü-gündən inkişaf edir.” – PARTİYA SƏDRİ
-
17:02“İranın casuslarından biri də radikal müxalifətdəki ünsürlərdir.” – Elşən Musayev
-
14:20DTX-dən xəbərdarlıq!
-
09:54Laçına gətirilmiş yak sürüsünün yerli şəraitə adaptasiya prosesi davam edir
-
16:10“Məsuliyyət molla rejiminin üzərindədir” MÜSAHİBƏ
-
16:04Deputat Ramil Həsən Ucarda seçicilərlə növbəti dəfə görüşdü
-
15:38“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:33QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının ilk iclası keçirilib
-
14:14Adil Əliyev şəhid ailələri və qaziləri qəbul edib
-
11:40Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni mərhələ
-
17:15İran dövləti neyləyir? - TƏHLİL
-
12:12Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatlarının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı
-
10:58İrandakı terrorla bağlı paylaşımlar dünya trendi olub
-
18:31İran terror hadisəsi törətdi, indi də "artsax" aksiyası edir
-
17:09Ağdaşda bu ilin ilk Aqrar İnnovasiya Festivalı keçirilib
-
16:53“Rəqəmsal jurnalistika” təlim proqramı uğurla yekunlaşıb
-
16:16Səfirliyimizə qarşı hücum edən terrorçunu zərərsizləşdirən Şuşalı Vasif kimdir? (ÖZƏL FOTOLAR)
04 Fevral 2023
03 Fevral 2023
02 Fevral 2023
01 Fevral 2023
31 Yanvar 2023
30 Yanvar 2023
28 Yanvar 2023
27 Yanvar 2023
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
“Siz, nadanlığın və ikiüzlülüyün nəzəriyyəsini yazan insanlarsız!” - Deputatdan radikal müxalifətə sərt sözlər!
-
GÜNDƏM
“Cənub Qaz Dəhlizi layihəsində aktiv iştirakçılıq Azərbaycanın nüfuzunu və mövqeyini daha da gücləndirir” – Elşən Musayev
-
SİYASƏT, GÜNDƏM
"Azərbaycan və Rumıniya çox ciddi strateji tərəfdaşdır" - POLİTOLOQ ŞƏRH ETDİ
-
GÜNDƏM
SƏRHƏDSİZ İNVESTİSİYA İMKANLARI İNVESTAZ-LA ARTIQ DAHA ƏLÇATAN OLDU!
-
SİYASƏT, GÜNDƏM
"Biz 50 milyonluq xalq olaraq bu sınaqdan da üzü ağ çıxacağıq" - DEPUTAT
-
GÜNDƏM
“Bütün sahələrdə gənc kadrlara ciddi etimad göstərilir” - TƏHLİL
-
GÜNDƏM
Mingəçevirin Gənclər Paytaxtı seçilməsi ilə bağlı tədbir keçirilib
-
GÜNDƏM
Azərbaycanda kredit faizləri yenidən artacaq? - TƏHLİL
-
GÜNDƏM
Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclər siyasətidir