Pakistan mətbuatı Xocalı soyqırımından yazıb (FOTO)

Pakistanda nəşr olunan "Parliament times” qəzetində və qəzetin internet səhifəsində, həmçinin "The Fortress” veb səhifəsində jurnalist Zaman Bacvanın "İnsanlıq əleyhinə Xocalı qətliamı. Bir daha olmasın” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə 25 fevral 1992-ci ildə Ermənistan qoşunları tərəfindən keçmiş SSRİ-nin 366-cı batalyonunun köməyi ilə törədilmiş və tarixin ən dəhşətli insan faciələrindən biri olan Xocalı qətliamının bəşəriyyətə qarşı törədilmiş soyqırım aktı olduğu vurğulanaraq, şəhərin Azərbaycan tarixinə aid olan qədim abidələrinin ermənilər tərəfindən məhv edilməsinin əslində bütün insanlığın itkisi olduğu öz əksini tapıb.
Müəllif həyat yoldaşı və 3 övladını itirən Xocalı soyqırımının şahidlərindən Elxan Hüseynovun hər dəfə yazın gəlməsi ilə öz ailəsi barədə hansısa xəbər alacağına ümid etdiyini yazaraq, onun, 26 il keçməsinə baxmayaraq, hələ də öz ailəsini tapa bilmədiyini çatdırıb.
Ermənilər tərəfindən 613 azərbaycanlının həlak, 487 nəfərin şikəst edildiyi və 1275 nəfərin əsir götürüldüyü bu qəddar soyqırımın dünya mediasında geniş əks-səda doğurduğu, "The New York Times”, "Sunday Times”, "Washington Times” və "the Times” kimi qlobal miqyaslı qəzet və jurnallar öz nəşrlərində ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş Azərbaycanlıların cəsədlərinin hər tərəfə səpələndiyini, dərisinin soyulduğunu və üzlərinin tanınmaz hala salındığını bəyan etdiyi məqalədə vurğulanıb.
Ermənistan prezidenti Serj Sargsyanın britaniyalı jurnalistlə müsahibəsi zamanı dediyi "Xocalıdan əvvəl azərbaycanlılar ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən bir xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındırdıq”-sözlərindən sitat gətirən müəllif, başqa şərhə ehtiyac qalmadığını qeyd edib.
Yazıda həmçinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə Xocalı soyqırımının dünya gündəminə gətirildiyi, faciəyə Azərbaycanın Milli Məclisi tərəfindən siyasi və hüquqi qiymət verildiyi bildirilərək, Pakistan, Türkiyə, ABŞ, Serbiya, Sudan, Çexiya, İsrail və s. dövlətlərin Xocalı soyqırımının tanınması barədə qətnamə qəbul etdikləri oxucuların diqqətinə çatdırılıb.
Xəbər lenti
-
18:19Hikmət Hacıyev Türkiyədən gələn nümayəndə heyətini qəbul edib
-
17:58Türkiyədən gələn nümayəndə heyəti Fəxri Xiyabanda
-
17:30Yelo Bank-dan biznesiniz üçün zaminsiz onlayn kredit kartı
-
11:09“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
09:49Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək
-
09:47RİİB könüllüləri “Bakı Marafonu-2022”də iştirak edib
-
21:10Suqovuşanda keçirilən ilk beynəlxalq yarış dünyaya ismarıcdır
-
21:06“Belə təşəbbüslərin davamı olduqca təqdirəlayiqdir” – Elşən Musayev
-
16:50Azərbaycan lideri: "Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik"
-
16:43Azərbaycan lideri: "Şuşada bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi"
-
16:38İlham Əliyev: "İkinci Qarabağ müharibəsi Azərbaycan və Türkiyənin ortaq şanlı tarixidir"
-
16:33İlham Əliyev: "Azərbaycan və Türkiyə hər zaman bir yerdədir"
-
16:27Rizedə Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub
-
16:22İlham Əliyev: "Yenidən qardaş Türkiyə torpaqlarında olmağımdan çox məmnunam"
-
16:10Azərbaycan Prezidenti Rize-Artvin Hava Limanının açılışında iştirak edir
-
15:16Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib
-
14:52Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb
-
13:09Türk Dövlətləri Təşkilatına üzv dövlətlər bir araya gəldilər - MEDİAYA GÖRƏ
-
13:00Nazir İnam Kərimov Qusarda vətəndaşları qəbul edib
-
19:36Prezident Administrasiyasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri ilə görüş keçirilib
-
19:33Bərdə Regional Mədəniyyət İdarəsində KİV-nin nümayəndələri ilə görüş keçirilib
-
17:43“ƏDV-nin ləğvi çap mediasının inkişafına müsbət impuls verəcək” – MEDİA rəsmisi
-
15:05Müdafiə Nazirliyi və “İrəli” İctimai Birliyi kitab toplama aksiyasına davam edir
-
14:48“Vindzor Kral Atçılıq Şousu”nun 1-ci günü – Təmsilçilərimizin möhtəşəm çıxışı
-
14:12SON DƏQİQƏ: Bu məhsullar ƏDV-dən azad edildi - ÖZƏL
-
17:42Muğanbank təcrübə proqramı və vakansiya elan edir
-
17:24Təranə Paşayeva: "Öz arzu və xəyallarınını reallaşdırmaq üçün övladlarının həyatını qurban verən valideynlər heç də az deyil" - MÜSAHİBƏ
-
16:5621 hektar ərazidə salınan kompleksdə tikinti sürətlə davam edir!
-
14:08Respublika üzrə kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatıb
-
12:35Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb
-
10:58MEDİA-nın "ADA” Universiteti ilə birgə təşkil etdiyi silsilə seminarlar başa çatıb
-
09:57Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub
-
17:14Yaylaqlara köç edəcək təsərrüfatların rəhbərlərinə mina təhlükəsizliyi ilə bağlı təlimlər keçirilir
-
13:35Nazir İnam Kərimov Qusarda vətəndaşları qəbul edəcək
-
13:07Muğanbank Evrika liseyində təqdimat keçirdi
-
11:26“Heydər Əliyev müasir Azərbaycanın qurucusu, banisidir”- Elşən Musayev
-
10:55GƏNCLƏR FONDUNUN TƏŞKİLATÇILIĞI İLƏ “AZƏRBAYCAN GƏNCLƏRİ HEYDƏR ƏLİYEV YOLUNDA” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
-
21:00Dövlət başçısı: "Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq"
-
19:23QHT-lərə Dövlət Dəstəyi Agentliyində Heydər Əliyevin 99-cu il dönümü ilə bağlı tədbir keçirilib
-
19:14Prezident və birinci xanım Heydər Əliyev Fondunun Şuşada aparacağı bərpa işləri ilə tanış olublar