"Onda göz yaşlarım olmuşdu, indi daha təcrübəliyəm" - Qurban Qurbanov (VİDEO)
"APOEL-ə məğlubiyyətdən sonra azarkeşlər bu gün də bizi möhtəşəm dəstəklədilər. Onları təbrik edirəm”.
TV7.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin "Linfild”lə Bakıdakı cavab matçından (2:1) sonra mətbuat konfransında deyib.
Qurbanovun qələbəni belə şərh edib: "Futbolçularımı təbrik edirəm. Bizim üçün asan olmadı. Bəlkə də, avrokuboklarda ən çox qol epizodu yaratdığımız ildir. Bu özü böyük uğurdur. Deməli, futbolçularımızın ustalığını tez zamanda daha da yaxşılaşdırmalıyıq. Yenə qrupa düşdük. Sabahı gözləyək, görək hansı komandalar düşəcək. Şimali İrlandiya komandası göstərdi ki, futbolda zəif rəqib yoxdur. Futbolçularımız çox intizamlı oynadılar. Son dəqiqədə buraxılan qol planda yox idi. Üzərimizdə böyük təzyiq var idi. Çünki avrokuboklarda Azərbaycan komandaları arasında tək qalmışıq. Belədə oyunçuları hazırlamaq da asan olmur. "Linfild” də çox istəkli idi, müdafiə olunmaqdan həzz alırdılar. Onlar bura elə-belə gəlib çıxmayıblar”.
- Bu oyunun sizin üçün əhəmiyyəti nə dərəcədədir?
- Hər bir oyunun baş məşqçi üçün əhəmiyyəti böyükdür. Bilmirəm, 100-cü oyun olduğu üçünmü bu sualı verirsiniz. Mənim üçün "Səbail”lə qarşıdakı oyun da vacibdir. Daim futbolçuları qələbəyə kökləməliyik.
- Romero orta sahədə ümidləri doğrultdumu?
- Xaymenin mövqeyini dəyişmişdik. Çünki hücumda daha sürətli oynamaq istəyirdik. Sona qədər yaxşı oynadı.
- 6-cı dəfə qrupa düşdünüz. İlk uğur yadınızdadırmı?
- Çox yaxşı xatırlayıram. "Tvente” üzərində qələbədə göz yaşlarım olmuşdu. İndi daha təcrübəliyəm. İlk qələbənin ləzzəti fərqli olur. Hamı Çempionlar Liqasına vəsiqəni düşünürdü. Amma Avropa Liqasına düşməyin məsuliyyəti də var idi. Turnirə yaxşı hazırlaşanda və qalib olmaq istəyəndə əziyyət çəkirsən. Bunun bəhrəsini görəndə sevincli, görməyəndə kədərli olursan.
- Artıq qrupa düşmüsünüz. Transferlər gözlənilirmi?
- Bütün dünya klubları indi transferlərdən şikayət edirlər. Çünki hətta "Real”, "Barselona” da istədiyi oyunçuları ala bilmir. Xüsusən də, bizim oyun üslubuna malik oyunçu tapmaq çətindir. Bütün keyfiyyətlərin hamısının bir futbolçuda olması çətindir. Birində hansısa keyfiyyət çatmırsa, digəri onu sığortalamalı olur. Bəzən 3-4 transfer istədiyin kimi alınmır. Bu günə kimi bir neçə futbolçularla danışığımız olub. Son günə qədər bunu davam etdirəcəyik.
- Son iki ildə qrup oyunlarınızı BOS-da keçirmisiniz və azarkeşlər buna narazılıq bildirmişdilər. Budəfəki seçiminiz necə olacaq?
- Bəzi məqamlar var ki, bununla razılaşmalıyıq. Bu arena azarkeşlər üçün daha rahatdır. Hamısı Bakının stadionudur. Amma BOS-la "Tofiq Bəhramov"u futbolçular üçün eyni edə bilmərik. Mərkəzi arenanın oyunçular üçün daha rahat olduğunu deyə bilərik. Mövsümün əvvəlində "Dalğa Arena”da da oynamışıq. Bütün qərarlara normal yanaşmalıyıq. Qrup üçün mərkəzi arenanı sifariş etmişik. Düşünürəm ki, qrup oyunlarını burda oynayacağıq.
- Rəqibin baş məşqçisi dünən dedi ki, 1 milyon pulum olsa, Riçard, Zubir və Rahili alardım. Düşünmürsünüz ki, bu məbləğ azdı? Siz onlardan kimisə alardınızmı?
- Belə fikirlər eşitmək xoşdur. Aranızda normal diskussiya olub. Onlardan hansı futbolçuları istərdim? Belə fikirlər səsləndirməyi xoşlamıram. Çünki futbolçuları dərindən, gizlindən araşdırırıq. Futbolçularımız üçün təklif gəlsə, ondan sonra nəsə demək olar.
- Qrupda minimum hədəf nə olacaq?
- Püşkatmadan sonra deyə bilərik.
- Elə bir potensialınız var ki, indiyə qədər nümayiş etdirə bilməmisiniz və qrupda bunu görə bilərik?
- Futbolçu üzərində çox çalışmalıdır. "Qarabağ”ın futbolçularının oyununu yaxşılaşdırmağa, daha keyfiyyətli oyun göstərməyə potensialı var. Onlarla fərdi şəkildə də hazırlaşırıq. Qrup tam fərqlidir, ordakı rəqiblər də futbolçunu daha yaxşı, sürətli oynamağa məcbur edirlər. Çünki daha yuxarı səviyyə olacaq. İnşallah, qrupda daha sürətli və baxımlı oyun göstərə bilərik.
- Belə bir fikir formalaşıb ki, digər klubların uğursuzluğu Premyer Liqadakı rəqabətsizlikdən qaynaqlanır və "Qarabağ” topladığı təcrübə hesabına qrupa düşür...
- Təcrübə bu turnirdə oynamağa yetərlidir. Fikir bildirsəm, neqativ fikirlər səsləndirməliyəm. Bunu hər dəfə demək istəmirəm. İstərdim ki, daha imkanlı klublarımız, güclü çempionatlardan gələn futbolçular olsun. İlboyu belə tempdə oynamaq hamı üçün daha yaxşı olardı. İstəmərəm ki, çempionatı Avroliqadakı çıxışla əlaqələndirsinlər (matc.az).
Xəbər lenti
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
Digər xəbərlər
-
SİYASƏT, SAVAŞ
Erməni nazir azərbaycanlı girovların azad ediləcəyini istisna etməyib
-
SİYASƏT, SAVAŞ
“Ermənistan tarixi abidələrimizə qarşı cinayətlər törədib” — Komitə sədri
-
SİYASƏT, SAVAŞ
“Bizimlə döyüşmək mənasızdır” – Paşinyandan Qarabağ hədəsi
-
SİYASƏT, SAVAŞ
"Onda göz yaşlarım olmuşdu, indi daha təcrübəliyəm" - Qurban Qurbanov (VİDEO)
-
SİYASƏT, SAVAŞ
Zakir Həsənov ordu rəhbərliyini topladı, tapşırıq verdi (FOTO)
-
SİYASƏT, SAVAŞ
Azay Quliyev: "Cənubi Qafqazdakı münaqişələr öz həllini tapmayıb"