Nyu-Yorkda türkdilli diasporların toplantısı keçirilib

LOBBİ.az xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində Türkdilli diasporların potensialının təkmilləşdirilməsi üzrə təlim proqramı təşkil edilib. Proqram Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib.
Proqram çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin diaspor qurumlarının təqdimatı olub. TDƏŞ Baş katibinin müavini Qismət Gözəlov, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli, Türkiyənin Nyu-Yorkdakı baş konsulu Alpər Aktaş, Qazaxıstanın Nyu-Yorkdakı baş konsulu Zanibek Abdraşov, Qırğızıstan Dövlət Miqrasiya Xidmətinin sədri Bolotbek İbrahimsanov və digər türkdilli dövlətlərin nümayəndələri çıxış edərək, yürüdülən diaspor siyasəti, bütün dünyada türkdilli diasporların bir araya gətirilməsi və koordinasiyanın gücləndirilməsinin əhəmiyyətindən danışıblar. Hazırda dünyada 20 milyondan çox türkdilli diasporun mövcud olduğu, onların xüsusilə ABŞ kimi böyük lobbiçilik ölkəsində daha iri layihələr həyata keçirmək imkanlarına malik olduqları vurğulanıb.
Toplantıda bu istiqamətdə müxtəlif təkliflər səslənib. TDƏŞ-in zirvə toplantılarının əhəmiyyətindən danışılıb və növbəti toplantının Azərbaycanda keçiriləcəyi bildirilib.
Hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ənənəvi keçirilən yay düşərgələrinin və müxtəlif ölkələrdə açılan həftəsonu məktəblərinin əhəmiyyəti xüsusi vurğulanıb. Tədbirdə Dövlət Komitəsinin türkdilli dövlətlərin diaspor gənclərinin ortaq düşərgələrinin təşkil olunması barədə təklifi böyük maraqla qarşılanıb.
Toplantıdan sonra dahi şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş "Nəsimi gecəsi" keçirilib. Tədbirdə Milli Müsiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi və prezidenti Nərgiz Əliyarova, Jefri Verbok, Fəqan Həsənli, Şenika Con Cordan və Ulya Aliqulovanın ifalarında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Firəngiz Əlizadənin, Faiq Sücəddinovun, İlahə İsrafilovanın, Sevinc Balabəyovanın, Tamilla Əhədovanın əsərləri, milli muğamlarımız və Nəsiminin şeirləri səsləndirilib.
LOBBİ.az
Xəbər lenti
-
19:35Mingəçevir Dövlət Universiteti “Azərbaycan İES” MMC ilə yeni universitet-sənaye əməkdaşlığı modeli qurur
-
22:31AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
16:24"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başa çatıb
-
14:40Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu
-
14:36Çinarə Ağayeva
-
14:34Ali Məhkəmədə Pakistanın hüquq və ədliyyə naziri ilə görüş keçirilib
-
18:33Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
17:24Mingəçevir Dövlət Universiteti regionun ən böyük istehsalat kompleksi olan "Azəralüminium" MMC ilə Əməkdaşlıq Memorandumu bağlayıb
-
22:45Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının Şəkidə iclası keçirilib: Tələbələrə əlavə təqaüdlərin verilməsi və differensial əmək haqqı sisteminə keçidlə bağlı qərarlar qəbul edilib
-
17:57“Daxili işlərimizə qarışmayın!” - Azərbaycandan Rusiyaya nota
-
12:33"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:18Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası BƏYANAT yaydı: RUSİYA DƏRHAL ÜZR İSTƏMƏLİDİR
-
15:40ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTO+VİDEO
-
14:08Məhərrəm Əliyev Azərbaycan-Belarus Gənclər Forumu iştirakçılarını qəbul etdi - FOTOLAR
-
09:43Aida Mustafayeva- Azərbaycan Qan Donor Mərkəzinin fəxri üzvü seçilib
-
13:10ASGA Minsk şəhərində "Azərbaycan-Belarus Gənclər Forumu"nu reallaşdırdı - FOTOLAR
-
20:14Hikmət Hacıyevdən agent iddialarına sərt cavab
-
13:09Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
17:58“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
14:34Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
14:03Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
-
12:56Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü (FOTO)
-
17:28“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
13:49Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
11:03İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
-
13:49100 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib - FOTOLAR
-
22:19Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
22:02“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
09:55QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur
-
20:58Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
18:31Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
14:41Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
10:25Siyasi hipnoz
-
17:53Milli Məclisin komitə sədri “7NEWS.AZ” saytını 10 yaşı münasibəti ilə təbrik etdi
-
12:447NEWS.az saytının 10 yaşı tamam oldu
-
10:15MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
16:44Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
19:51Dünyanı xilas edə biləcək çağırışlar
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
Digər xəbərlər
-
AZƏRBAYCAN, MANŞET, DİASPORAMIZ DÜNYADA
Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
MANŞET, DİASPORAMIZ DÜNYADA
Vaşinqton, Los-Anceles və Boston şəhərlərində məlumatlandırıcı aksiya təşkil edilib
-
MANŞET, DİASPORAMIZ DÜNYADA
Soydaşlarımızın iştirakı ilə “Vətən naminə” layihəsi reallaşdırılıb
-
MANŞET, DİASPORAMIZ DÜNYADA
Praqanın mərkəzi körpüsünün üzərindən "Qarabağ Azərbaycandır!" posteri asılıb
-
MANŞET, DİASPORAMIZ DÜNYADA
Xaricdə yaşayan azərbaycanlılara müraciət
-
MANŞET, DİASPORAMIZ DÜNYADA
Həmvətənimiz Qazaxıstanın "Ən yaxşı jurnalist" mükafatına layiq görülüb
-
MANŞET, DİASPORAMIZ DÜNYADA
Rusiyadakı diaspor rəhbərləri virtual cəmiyyətlərin yaradılmasını təklif ediblər
-
MANŞET, DİASPORAMIZ DÜNYADA
28 may “Respublika günü” ərəfəsində dünya azərbaycanlıları üçün yeni radio proqramlarına start verilir
-
MANŞET, DİASPORAMIZ DÜNYADA
Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan azərbaycanlılara müraciəti