“Nemezis” abidəsinin sökülməsi ilə bağlı Ermənistana təzyiqlər gücləndirilməlidir
18 May 2023, 18:03
18 May
2023
18:03
226
70 il tariximizdən kənar saxlayıblar, yad, qondarma tarix öyrədiblər bizə. Bu siyasət yaşadığımız SSRİ ittifaqında dövlət siyasətinə çevrilib. Bizi manqurtlaşmağa çalışbılar və yalan öyrətmələrlə buna müəyyən qədər nail ola biliblər. Tariximizdən kənar saxlamaq üçün dörd dəfə əlifbamızı dəyişməyə məcbur edilmişik . Hər dəfə əlifbamız dəyişdikcə tariximizdən bir az da aralanmışıq. Tariximizədən ayrı salındıqca ətrafımızda olan düşmənlərimiz- ermənilər bizim tariximizi oğurlayıblar, bu tarixi istədikləri kimi dəyişdiriblər, öz adlarına yazıblar, özləri üçün yalançı tarix, bu yalançı tarix əsasında yalançı ideloygiya, bu yalançı ideologiya üzərində isə özlərinin olmayan dövlətlərini qurublar. Təkcə qurmayıblar, sonra da elə həmin ideologiya əsasında, öz havadarlarının köməyi ilə bizim torpaqlarımızın hesabına öz ərazilərini genişləndiriblər. Lakin yenə də öz mənfur niyyətlərindən, terrorçu mahiyyətlərindən, əl çəkmir qonşu dövlətlərə, xüsusilə bizim ölkəmizə öz əsassız iddialarını riyakarlıqla davam etdirir, ən alçaq, ən iyrənc, üsul və vasitələrlə, min fitnə və fəsadlarla öz mənfur niyyətlərinə çatmağa çalışırlar...
Hər il aprelin 24-də "Ermənilərin soyqırımı "ərəfəsində bir şou düzəldərək şivən qoparan emənilər və dünya erməniliyi bu qondarma tarixi təbliğ etmək, yaddadaşlarda yaşatmaq və bunun fonunda öz mənfur niyyətlərnə çatmaq üçün hər dəfə bir fitnə törədirlər. Bu il də istisna olmadı. 2023-cü il aprel ayının 25-də, yaxın keçmişdə Azərbaycan şəhəri olan, indi isə ermənistanın paytaxtı İrəvanda (İrəvan şəhərinin adı Stalinin 1936-cı ildə imzaladığı qərarla Yerevan adlandırılıb) "Nemezis” terror əməliyyatına həsr olunmuş terror hadisəsinə abidə qoydular və həmin abidənin təntənəli açılışını etdilər. Bu məkrli hadisə haqqında məlumatı aldıqdan və bu qanlı olaya respublikamızın geniş ictimaiyyətinin reaksiyası ilə tanış olduqdan sonra yəqin etdim ki, bu terror hadisəsi barədə geniş ictimaiyyət bir o qədər də məlumatlı deyil. Və elə by yazı da həmin məqsədlə hazrlandı. Lakin həmin terror hadisəsi barədə mlumat verməzdən əvvəl onu yaradan səbəblər barədə yazmaq zərurəti yarandı.
Yeri gəlmişkən qeyd etməyi zəruri hesab edirəm ki, hadisə ilə bağlı İstər Azərbaycan hökümətinin, istərsə də qardaş Türkiyə Respublikası hökumətinin reaksiyası vaxtında və sərt oldu. Belə ki, abidənin açılşının ertəsi günü Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatla çıxış etdi. Bəyanatda deyilirdi: "Cari ilin aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını qətiyyətlə pisləyirik. Bu abidənin Ermənistanın aidiyyəti dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanması, habelə açılış mərasimində hakim partiyanın üzvü olan İrəvan merinin müavini və digər rəsmilərin də iştirak etməsi Ermənistan tərəfindən terrorçuluq siyasətinin təşviq olunması və tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatıdır...
...Ermənistanın bu cür addımları, bu ölkənin Azərbaycan və Türkiyə ilə davam edən normallaşma danışıqları ilə bağlı iddia etdiyi "səmimiyyətini” və "xoş iradəsini” ciddi sual altına qoyur.”
Bu günlərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirləri çərçivəsinə Türkiyədə səfərdə olan Ermənistan Parlamentinin sədri Alen Simonyan jurnalistlərin abidə ilə bağlı suallarını cavablandırarkən o, bu şovinist addımlara haqq da qazandırmağa çalışmış və : "Nemezis” abidəsinin qoyulması qərarını yerli hökumət qəbul edib, bu qərar Ermənistanın xarici siyasətinin təzahürü kimi qəbul edilməməlidir. Təəssüf ki, abidənin qoyulması Türkiyədə belə reaksiyaya səbəb oldu, mən türk həmkarımla bu məsələni müzakirə etdim. "Nemezis” abidəsinin qoyulması qərarını yerli hökumət qəbul edib, bu qərar xarici siyasətin təzahürü və ya Ermənistanın qonşuluqdan kənar addımı kimi qəbul edilməməlidir”- demişdir.
Abidənin qoyulması və bu barədə Ermənistan hökumətinin rəsmilərinin abidə ilə bağlı açıqlamalarına qardaş Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun reaksiysı isə daha sərt oldu. Aprel ayının 29-da Türkiyənin NTV kanalna müsahibəsində O demişdir: "Ötən əsrin 20-ci illərində erməni terror təşkilatları Türkiyə diplomatlarını və azərbaycanlı qardaşlarımızı qəddarlıqla qətlə yetirmişlər. Mən Türkiyə diplomatiyasının rəhbəri kimi, İrəvanda onların əlləri ilə şəhid olmuş diplomatlarımızı qətlə yetirən terroristlərə "Nemezis” abidəsinin qoyulması ilə barışa bilmərəm. Ermənistanın hökumət nümayənədəlrinin guya abidənin yerli hakimiyyətin qərarı ilə qoyulduğunu, bunun hökumətlə əlaqəsi olnmadığını və bu kimi üzürxahlıqları qeyri-səmimi və yalandır. M Çavuşoğlu bildirmişdir ki, buna cavab olaraq biz üçüncü olkələrə uçuşlar həyata keçirən Ermənistan aviaşirkətlərinin təyyarələri üçün hava məkanımızı bağlayırıq.” Daha sonra o bildirmişdir ki, əgər abidə sökülməsə və Ermənistan təxribatlarını dayandırmasa daha ciddi tədbirlər görüləcəkdir.
Onu da qeyd etməyi zəruri hesab edirəm ki, Türkiyə və Azərbaycanın bu reaksiyaları ermənistanda ciddi rezonans yaradıb və əgər təzyiqlər davam edərsə abidənin sökülməsi reallaşa bilər.
Düşünürəm ki, ”Nemezis" abidəsinin qoyulmasına təkcə bu abidə hadisəsi kontekstində baxılması düzgün olmazdı. Elə bu səbəbdən də tatixə səyahət etmək zərurəti yarandı.
Erməni uydurmaları ilə tanış olan hər kəsə məlumdur ki, ən azı son minilliyimizdə öz dövləti olmayan ermənilər ən rəzil və alcaq üsul və vasitələrdən istifadə etməklə, müxtəlif hökmran dövlət və imperiyalara sığınmaqla öz dövlətlərini yaratmağa cəhd etmişlər. Sonuncu belə cəhdlərdən biri 1887-ci ildə Hnçaq və 1890-cı ildə Daşnaksütun partiyalarının yaradılması ilə nəticələndi. Məlumat üçün qeyd edim ki, Hnçaq partiyası Cenevrədə təhsil alan Nəzərbəyov qardaşları olmaqla yeddi nəfər tələbə tərəfindən, Daşnaksütun partiyası isə üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən Tiflisdə yaradılıb və ilk vaxtlar "Erməni inqilabçılarının ittifaqı" adlanırdı. Hər iki partiyanın məqsədi üsyanlar, kütləvi iğtişaşlar və terror yolu ilə Türkiyənin şərqində erməni dövləti qurmaqdan ibarət idi. Onlar öz məkrli niyyətlərini müxtəlif komitələr, qruplar, təşkilatlar yaratmaqla yerinə yetirməyə çalışır və bunun üçün fürsət gözləyirdilər. Belə bir fürsət yetişdi. Osmanlı dövləti 1914-cü ildə Birinci Dünya müharibəsində Almaniya tərəfindən Rusiya, İngiltərə və Fransaya qarşı mühribəyə cəlb edildi. Bu fürsətdən istifadə edən ermənilər könüllü dəstələr, birləşmələr şəkində Rusiya ordusunun tərkibində Şərqi Anadolu torpaqlarına soxularaq burda kütləvi ixtişaşlar törədir, yerli əhaliyə qarşı soyqırımı həyata keçirirdilər. Bu əsl xəyanət idi. Öz dövlətinə qarşı xəyanət. Osmanlı dövləti erməni millətçiləri tərəfindən törədilən kütləvi qırğınların, vəhşiliklərin, xəyanətlərin qarşısını almaq, dövlətin və xalqın təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görməyə başladı. Hökumətn 1915-ci il aprelin 24-də Anadoluda "Hnçaq” v ə "Daşnaksütyun” partiyalarının rəhbərilkləri ilə yaradılmış erməni komitələrinin və təşkilatlarının ləğv edilməsi, Osmanlı dövlətinə, türk xalqına qarşı terror həyata keçirən 2345 terroristin həbs edilməsi, qiyamçı ermənilərin isə o zamanlar Osmanlı imperiyasının əraziləri olan Suriya və Livana köçürülməsi barədə qərar qəbul etdi. Həbslər və köçürülmə tədbirləri 1915-ci il aprelin 24- də başladığına görə ermənilər bu günü qondarma erməni soyqırımı kimi qeyd edirlər və bunun digər ölkələr tərəfindən tanınmasına çalışır, 100 ildən çoxdur ki, bu qondarma hadisənin müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınması, "soyqırım” xülyalı, xəstə təxəyüllü bir nəsil yetişdirmək üçün müxtəlif tədbirlər keçirir, müxtəlif şoular düzəldir, dünya ermənililiyinin vəsaiti hesabın milyonlar xərcləyir, dəridən-qabıqdan çıxır, lakin istədiklərinə nail ola bilmirlər və bilməyəcəklər. Arzu və xülyaları gözlərində qalacaq.
Daşnaksütyun patriyasının rəhbərliyi və təşkilatçılığı ilə həyata keçirilən "Nemezis" əməliyyatı qədim yunan intiqam ilahəsi "Nemezidanın" adından götürülmuşdür. Əməliyyai Osmanlı dönəmində Anadoluda guya qondarma erməni soyqırımını və Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas alınmaq məqsədi daşıyır. Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərləri var idi. Bu məkirli və mənfur əməliyyatın keçirilməsi erməni ictimai-siyasi xadimi olan Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında, İrəvanda keçirilən Daşnaksütyun partiyasının IX qurultayında qərara alınmışdı. Əməliyyatın təşkilatçıları tədərəfindən guya erməni soyqrımlarında əli olan 650 nəfər türkün və azərbaycanlının siyahısı tutlmuşdu. Onardan 41-ni "soyqrımı”n əsas təşkilatçıları hesab edirdilər. Əməlyyata Ermənistanın o zaman ABŞ-dəki səfiri Arman Qaro ümimi rəhbər, daşnak Şaan Satçaklyan yaradılmış xüsuis yardım fonduna rəhbər təyin edilmiş, operativ rəhbərlik isə Şaan Natali və Qriqor Merdjanova həvalə edilmişdi. Qətillərin törədilməsi üçün isə 3-5 nəfərdən ibarət qruplar yaradılmışdı. Bu qruplara qətlə yetirəcəkləri şəxsləri izləmək və qətli başa çatdırmaq tapşırılmışdı.
Bu qanlı terrorlar nəticəsində 19 iyun 1920–ci ildə Tiflisdə Azərbaycan Demokratik Respublikasının baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin sədr müavini Həsən bəy Ağayev qətlə yetirilir, Ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır.
15 mart 1921-ci il Berlində adı terrorçuların qara siyahısında birinci olan Osmanlı imperiyasının daxili işlər naziri olmuş Tələt Paşa, 5 dekabr 1921-ci ildə Romada sədr-əzəm Səid Hilmi Paşa, 17 aprel 1922-ci ildə Berlində Trabzon valisi Camal Əzim, "Təşkilati Məxsusə"nin yaradıcısı Bahəddin Şakir və onun cangüdəni, 19 iyul 1921-ci ildə İstanbulda Azərbaycanın daxili işlər naziri olmuş Behbud xan Cavanşir, 25 iyul 1922-ci ildə Tiflisdə Osmanlı imperiyasının hərbi dəniz qüvvələri naziri Camal Paşa, 31 may 1920–ci il Kürdəmirdə, Azərbaycan Demokratik Respublikasının Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetirilir.
Terrorçuluğu dövlət siyasətinin əsas tərkib hissəsi və dünya erməniliyinin əsas mübarizə vasitələrindən biri hesab edən Ermənistan dövlətinin və dünya ermənilərinin maddi və mənəvi dəstəyi, təşkilatçılığı ilə hərəkət edən ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədərək, 24 türk diplomatını qətlə yetirmişlər. 1980-ci ildən bəri ermənilər tərəfindən Aərbaycan ərazisində müxtəlif üsul və vasitələrlə 30-a yaxın iri miqyaslı qanlı terror hadisəsi törədilmişdir. Bu terror aktları nəticəsində onlarca mülki əhali erməni vəhşiliyinin qurbanı olmuşdur.
1992-ci iln fevralında ermənilər tərəfindən Xocalı şəhərində XX əsrin ən qanlı faciəsi törədilmiş, bu soyqrım nəticəsində şəhərin 613 dinc sakinin xüsusi amansızlıqla qətlə yetrmiş, 487 nəfər sakini yaralanmşı, 1275 nəfər isə əsir götürülmüşdür. Və bu soyqrımın törədilməsində ASALA terror təşkilatı ilə yanaşı onun alt qrupları olan "Arabo” və "Aramo” terrorçu qruplarının yaxından iştirak etməsi artıq heç kəsə sirr deyildir.
Erməni terroru bu gün də davam edir. Ermənistan dövləti, türkün və azərbaycanlıların qanını içmiş Androniki, ASALA üzvü Ambik Sassunyanı, SS generalları, türkün qatı düşmənləri, qaniçən Qaragen Njde və "Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanı, ASALA-nın ASALA-RM qanadının qurucusu Monte ”Avo” Melkonyanı və digər onlarca terroristləri qəhrəmanlaşdırmaq və onlara abidələr qoymaqla bir daha Ermənistanın terrorçu dövlər olduğunu əyani şəkildə, utanmadan təqdim edir, terrora dəstək verdiyini əyani şəkildə sübut edir. Bu sarıdan İrəvanda "Nemizes” abidəsinin qoyulması Ermənistan dövlətinin, terroristlərin adının əbədiləşdirilməsi ilə yanaşı, həm də bir təbliğat vasitəsi olmaqla qondarma soyqrımının tanıdılmasına və təbliğinə xidmət edən dövlət siyasəti kimi qiymətləndirilməlidir. Türkiyə və Azərbaycanla münasibətlərin yumuşaldılması və normallaşması fonunda bu abidənin qoyulması onu göstərir ki, nə bu millət, nə də bu dövlət düzələn deyil. Düşünürəm ki, həmin bədnam abidənin sökülməsi ilə əlaqədar Türkiyənin və Azərbaycanın Ermənistana təzyiqləri gücləndirilərsə onun sökülməsi reallaşa bilər.
Ramiz Göyüş Yazıçı-publisist
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SİYASƏT
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SİYASƏT
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”