“Narkotranzit transmilli cinayət və terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə təhdiddir”
07 Fevral 2023, 13:17
07 Fevral
2023
13:17
289
"Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biridir."
Bunu 7NEWS.az-a açıqlamasında Narkotizmlə Mübarizə İB-nin analitik-təhlil eksperti, fəlsəfə doktoru Zaur Adıgözəlov deyib: "Narkomaniya cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun tənəzzülünə və digər mənfi hallara gətirib çıxarır. Narkotiklərin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir. Dünyada getdikcə daha da intensivləşən ticarət və geniş həcmli yükdaşımaların təşkili üçün ölkələr arasında nəqliyyat əlaqələrinin genişlənməsi dünyanın bəzi regionlarında istehsal edilən narkotik vasitələrin digər ölkələrə yayılması ilə müşayiət olunur. Bilindiyi kimi narkotik maddələrin istehsalının əsas mənbəyi Əfqanıstandır. Narkotiklər Əfqanıstandan qanunsuz yollarla müxtəlif ölkələrə əsasən də İrana gətirilir və cinayətkar qruplar oradan isə region ölkələri vasitəsi ilə bacardıqları qədər geniş miqyasda yayırlar. Xüsusilə, narkotikləri İrandan Ermənistana keçirilir və buradan da şimala, Rusiyaya, oradan isə Avropa ölkələrinə daşınmasını təmin edirlər. Maraqlısı orasıdıdr ki, Əfqanıstan-İran-Ermənistan-Avropa narkotranzit yolu çətin relyefli olsada, terroru maliyyələşdirmək üçün külli miqdarda əldə olunan maliyyə vəsaiti bu çətinliklərə "sinə gərir”. Regionda narkotik tranzitinin trayektoriyasına baxsaq, bu regionlarda, o cümlədən Əfqanıstan, İraq, Suriya, Ermənistan kimi ölkələrdə hərbi-siyasi böhran, baş verən hərbi qarşıdurmalar fonunda səhrəd nəzarətində boşluqların olduğunu görürük. Sərhədlərdəki boşluqlar da öz növbəsində narkotiklərin qanunsuz ticarəti ilə məşğul olan cinayətkar dəstələr üçün yaxşı şərait yaradır. Həmçinin o da qeyd olunmalıdır ki, narkotranzitin ən "strateji bölgəsi” nəzarətsiz ərazilər hesab olunur. Məsələn, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, evlərimizi yandıran, mədəni irsimizi məhv edən, məscidlərimizi murdarlayan erməni vandalları işğalda olan torpaqlarımızda narkotik maddələr becərərək, onların İran-Suriya vasitəsilə Avropa ölkələrinə ötürülməsi üçün ərazilərimizdən narkotranzit kimi də istifadə ediblər. Hələ bu barədə 2001-2003-cü illərdə cənab İlham Əliyev Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prezidenti və büro üzvü olarkən Azərbaycanın mövcud problemləri barədə, Azərbaycan torpaqlarının işğal olunmuş ərazilərində Ermənistan dövlətinin, erməni silahlı qüvvələrinin narkotik əkib-becərdiklərini, nəzarətsiz ərazilərdən narkotranzit kimi istifadə etdiklərini və onların insan alveri ilə bağlı cinayət əməllərini rəsmi faktlarla ifşa edərək, Avropa parlamentarilərində obyektiv rəy formalaşdırıb. Bu faktlar həmin dönəmdə Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi müşahidə və axtarış əməliyyat tədbirləri nəticəsində, o cümlədən İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslərin tutularaq dindirilməsi zamanı əldə olunmuşdur. Həbs edilənlərin ifadələrindən bəlli olub ki, onlar narkotik vasitələri işğal olunmuş Qarabağ ərazilərində yetişdiriblər. Müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilib və sonradan həmin narkotik vasitələr İrana, oradan isə müxtəlif ölkələrə göndərilib. Hətta Vətən müharibəsinin gedişində Azərbaycan ərazilərinin işğaldan azad olunan hissəsinin İran silahlı qüvvələri tərəfindən narkotik vasitələrin daşınması üçün istifadə edildiyi məlum olub. Belə ki, torpaqlarımız azad olunan zaman həmin ərazilərdə iranlılar üzə çıxıb. Azərbaycan Ordusunun Füzuli rayonunun işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin əkildiyi geniş plantasiya və laboratoriya aşkarlanmışdı. Qeyd etdiyimiz kimi, cənub istiqamətindən gələn narkotik maddələrin işğal altındakı ərazilərdən keçməklə Qərbə və Şimala daşınması haqqında kifayət qədər məlumatlar, faktlar var idi. Məhz bu faktlar bariz sübut edir ki, 30 ildə - Qarabağ işğalda olduğu dönəmdə "qardaşlaşmış ölkələr” öz mürtəce maraqları üçün hər vasitələrə əl atıblar. Beləliklə, bu günkü faktlar və yaxın keçmiş deyir ki, İran və Ermənistan təkcə iqtisadi partnyor və siyasi müttəfiq deyil, eyni zamanda narkoticarət tərəfdaşlarıdır. Narkoticarət və onun tranziti ilk növbədə müasir beynəlxalq hüququn əsas norma və prinsiplərini pozan, dövlətlərarası münasibətlərə mənfi təsir göstərən transmilli cinayət və hüquq pozuntusu olmaqla yanaşı həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ən ciddi təhdiddir."
Xəbər lenti
-
17:02QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
17 May 2024
16 May 2024
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SİYASƏT
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SİYASƏT, GÜNDƏM
100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
SİYASƏT
“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
SİYASƏT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SİYASƏT
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SİYASƏT
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”