Mürtəce partiyaların layihə manipulyasiyası
17 Sentyabr 2022, 11:11
17 Sentyabr
2022
11:11
494
AXCP və "Müsavat” öz gücsüzlüyünü ört-basdır etmək niyyətindədir
"Siyasi partiyalar haqqında” yeni qanun layihəsi gündəmin əsas müzakirə predmetlərindəndir. Radikal müxalifət isə bu dəfə də öz ənənəsinə "sadiq qalaraq” hələ ictimai müzakirəyə çıxarılmamış, qəbul olunmamış layihəni hədəfə alır. Belə ki, AXCP və Müsavat partiyaları təqdim olunan "Siyasi partiyalar haqqında” qanun layihəsini "mürtəce” adlandırıb. Axı, qanun layihəsinə edilən təkliflər məhz siyasi partiyaların təklifləridir.
Radikal müxalifətin bu mövqeyi ilə bağlı siyasi partiyaların rəhbərləri necə düşünür?
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə deyib ki, mürtəce həmin şəxslərin söyləmiş olduqları fikirlərdir. "Siyasi partiyalar haqqında” qanun layihəsinin dövrün və zamanın tələbinə uyğun hazırlandığını bildirən F.Ağamalı deyib ki, bu sənəd həqiqi, milli və dövlət maraqlarına xidmət edən partiyaların fəaliyyətinə geniş imkanlar açacaq: "Burada müxalifət və ya iqtidar məsələsi rol oynamır. Bütövlükdə siyasi partiyalardan söhbət gedir. Təbii ki, belə bir qanun layihəsi radikal mövqedə dayanan, avanturist xəttə malik, antimilli mahiyyət daşıyan AXCP və "Müsavat” kimi partiyaların maraqlarına uyğun deyil. Çünki onlar dağıdıcı mövqedə dayanırlar. Yeni qanun layihəsi isə dağıdıcı mövqedə dayanmağın yox, Azərbaycanın siyasi mühitində sivil, öz proqram və nizamnamələrinə uyğun fəaliyyət göstərəcək partiyalara geniş imkanlar açır. Bu mənada "Müsavat” və AXCP-nin belə bir mövqedən çıxış etməsi təəccüblü deyil. Onlar, hətta 2020-ci il Vətən müharibəsi dövründə belə siyasi partiyaların birlik, həmrəylik bəyannamələrinə imza atmadılar. Azərbaycan dövləti ilə, xalqla, silahlı qüvvələrlə bir yerdə olmadılar. Bunlar faktiki olaraq Azərbaycanda həm dayaqlarını, həm də Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmaq üçün bütün mənəvi haqlarını itiriblər”.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib ki, siyasi partiyalarla bağlı qanunda yetərincə yeni və faydalı müddəalar yer alır. Bu layihədən narazı olan isə cəmi bir-iki partiyadır: "Bu ilkin versiyadır, yəqin ki, müəyyən dəyişikliklər ediləcək və yekun variant daha təkmil olacaq. Amma indidən qanun layihəsini "mürtəce” adlandırmaq nə qədər doğrudur? Bu layihənin nəyi mürtəcedir? Kərimli ilə Hacılı həmin qanunun neçə maddəsini oxuyub görəsən? Dərd-sərləri ancaq seçkidə iştirakla bağlıdır. Daha dəqiqi, iştirak etməməklə bağlı. Seçkidə iştirak niyə belə qorxudur sizi? Seçkidə iştirak etməyəcəksənsə, siyasi partiya nəyinə lazımdır? Nədir alternativin? Nə yazılmalı idi qanunda? Onsuz da AXCP sədri 2 seçkidə də iştirak etməsə 80 yaşı olacaq. Arif Hacılının isə 90. Bunlar seçki dietasımı saxlayırlar? Siyasi partiya nə üçündür? Möhürə baxıb həzz almaq üçündürmü? Nə adamları var, nə gücləri var, nə də seçkidə iştirak edirlər. Bunlar hansı əsasla özlərini siyasətçi sayırlar?”
E.Musayevin fikrincə, radikal müxalifət onsuz da ən təkmil sənəd haqqında da nəsə tapıb deməyə adətlidir. Partiya sədri qeyd edib ki, məlum layihəni çox güman ki, heç oxumayıblar: "Elə bir maddədən yapışıblar. Həmin maddə olmasa başqasından yapışacaqdılar, o da olmasa bir başqasından. Yəni, bunlar bütün hallarda nəsə səbəb tapıb axıra qədər ara qarışdıracaqdılar. Nə danışırlar qoy danışsınlar. Özləri bilərlər. Əksər partiyalar qanun layihəsinin müzakirəsinə hazırdır, dinləmələrə, ictimai müzakirəyə qatılacaqlar və heç şübhə etmirik ki, yekunda təkmil bir sənəd ortalığa çıxacaq və həmin qanun siyasi sistemə öz faydasını, töhfəsini verəcək”.
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, "Siyasi partiyalar haqqında” qanuna hərənin müxtəlif baxışı ola bilər. Layihənin hər kəsi qane etməməsi də mümkün haldır: "Yeni qanun layihəsi özündə yeni bir konsepsiyanı əhatə edir. Bu sənəd daha çox partiyaların müstəqilliyinə, daha ciddi bir qurum kimi formalaşmasına, hüquqa uyğun zəmində təşkilatlanmasına imkan tanıyır. Yəni, özbaşına, istədiyi şəkildə adını elan edib partiya qurmaq ənənəsi artıq yekunlaşıb. Bu qanun layihəsini "mürtəce” adlandıranların özlərinə baxanda görürsən ki, mürtəce elə onların partiyalardır. Onların fəaliyyətləri, çalışmaları, cəmiyyət həyatına nüfuzları, təsirləri mürtəce xarakter daşıyır. Bu, öz adını başqasına qoymaqdan başqa bir şey deyil”.
Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev də "Siyasi partiyalar haqqında” qanun layihəsini mütərəqqi adlandırıb. O bildirib ki, Siyasi partiya hakimiyyətə iddialı olduğu üçün gücə, sosial bazaya malik olmalıdır: "Siyasi partiyanı yaratmaq, idarə etmək müəyyən qanuni əsaslara söykənməlidir. Keçmiş qanun 30 il öncə qəbul edilib. Aradan uzun zaman keçib, dövr, tələblər dəyişib. Mən bilirəm ki, vaxtilə AXCP ilə "Müsavat” da siyasi partiyalar haqqında qanunun dəyişməsi tələbini səsləndirmişdilər. İndi qanun yenilənir, dəyişir. Niyə buna etiraz edirlər? Hələ layihənin müzakirəsi gedir, qəbul edilməyib. Kim istəsə öz təklifini versin. Amma bu başdan "mürtəce” adlandırmaq, "pisdir” demək radikal müxalifətin ənənəsidir. Bu, qəbuledilməzdir. Bu, onların gücsüzlüklərini ört-basdır etmək üçün ortaya atdıqları bəhanələrdir. Yeni qanun layihəsinə görə qeydiyyatdan keçmək üçün, partiya yaratmaq üçün sosial bazaya, inama malik olmaq lazımdır. Yəqin ki, özlərinə inamları olmadığı, bəri başdan özlərini sığortalamaq üçün layihəni mürtəce adlandırırlar. Amma Azərbaycanda 40-a yaxın partiya yeni qanunla bağlı öz təkliflərini verib. Bu məsələ Milli Məclisdə müzakirə olunacaq. Yenə də layihə təkliflərə açıqdır. Onların hərəkəti özünü sığortalamaq və özünü təmizə çıxarmaq cəhdidir. Bu onların zəifliyini göstərir”.
Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də bildirib ki, AXCP və "Müsavat” da əgər hansısa müddəalarla razılaşmırlarsa, bununla bağlı öz təkliflərini bu vaxta qədər verə bilərdilər, hətta verməli idilər: "Qüvvələri ayrı-ayrı mövqelər? çəkmək, cəmiyyəti çaşdırmaq, ortaya fərqli mövqelər qoymaq olmaz. Qanun layihəsinə öz mütərəqqi təkliflərini vermək əvəzinə onu "mürtəce” adlandıraraq kənarda durmaq, başqa yol tutmaq doğru deyil. Hətta normal qanunun qəbuluna mane olacaq bir haldır”.
Xəbər lenti
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:55“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
SİYASƏT, GÜNDƏM
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT, GÜNDƏM
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
SİYASƏT, GÜNDƏM
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
SİYASƏT, GÜNDƏM
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
SİYASƏT, GÜNDƏM
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
SİYASƏT, GÜNDƏM
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
SİYASƏT, GÜNDƏM
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...