“Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi” mövzusunda tədbir keçirilib - VYANADA

15 Mart 2023, 10:24
15 Mart
2023
10:24
76
7NEWS.az xəbər verir ki, Vyanada Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi” mövzusunda tədbir keçirilib
Vyana şəhərində keçirilən ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşü çərçivəsində Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.
Tədbirin təşkilində əsas məqsəd münaqişə zonalarında jurnalistlərin qarşılaşdığı təhlükə və çağırışlar barədə məlumatlılığın artırılması, media ekspertlərinin məsələ ilə bağlı fikirlərinin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması, münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə müxtəlif qabaqcıl və uğurlu strategiyaların araşdırılmasıdır.
Geniş auditoriya üçün açıq qapı formatında keçirilən tədbirdə iştirakçı dövlətlərin jurnalistləri, media mütəxəssisləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.
Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma qrupunun rəhbəri, medianın inkişafı məsələləri üzrə mütəxəssisi Rasim Bağırovun moderatorluğu ilə keçirilən tədbirdə Dr. Bruno Kreiski Fondunun Müasir Siyasi Tarix üzrə Təhlillər İnstitutunda elmi işçi, Vyanada yerləşən siyasi akademiya - Karl Renner İnstitutununda Mərkəzi və Şərqi Avropa üzrə hüquq və siyasət məsləhətçisi Anis Bajrektarevic; Çin və Qloballaşma Mərkəzinin baş əməkdaşı, Tsinxua Universitetinin Araşdırma Mərkəzinin baş məsləhətçisi, Vyana Amadeus Beynəlxalq Məktəbinin baş beynəlxalq məsləhətçisi, köşə yazarı və "China Daily”, "China Global TV Network”, "China Radio International”ın şərhçisi Dr. Harvey Dzodin; Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Gənc Demokratlar İnstitutunun sədri Yeganə Hacıyeva; "freelance” jurnalist, "blogger” Adnan Hüseyn çıxış edib.
Jurnalist peşəsinin cəmiyyətdə ən vacib və əsas peşələrdən biri olduğunu qeyd edən Anis Bajrektarevic jurnalistlərin münaqişə zonalarında böyük təzyiq altında fəaliyyət göstərdiyini bildirib. O, jurnalistlərin müxtəlif həyati risklərlə üzləşdiyini, onların xüsusilə mina və digər partlayıcı vasitələrine partlaması nəticəsində həlak olduğunu və ya ağır yaralandığını qeyd edib, peşə öhdəliklərini yerinə yetirmələri və cəmiyyətə xidmət etmələri üçün jurnalistlərin təhlükəsizliyinin beynəlxalq səviyyəsində təmin edilməsinin vacibliyini vurğulayıb.
Yeganə Hacıyeva çıxışında jurnalistlərin münaqişələri işıqlandırarkən nəzərə almalı olduğu məqamlar, münaqişə və jurnalistika anlayışları arasındakı əlaqənin tənzimləməsində beynəlxalq standartların lokal istifadəsi barədə danışmış, ermənilərin basdırdıqları minaların qurbanı olmuş azərbaycanlı jurnalistlər haqqında geniş məlumat vermişdir.
Dr. Harvey Dzodin münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin qarşılaşdığı çətinliklərin aradan qaldırılması, xüsusilə minaların basdırıldığı yerlərin təyin edilməsi üçün müxtəlif texnologiyaların araşdırılması və tətbiq edilməsinin vacibliyini diqqətə çatdırıb, bu istiqamətdə özəl şirkətlərlə səmərəli əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib.
Adnan Hüseyn jurnalistlərin mürəkkəb məsələlərin və perspektivlərin aydınlaşdırılmasına kömək edən, qərəzsiz və faktlara əsaslanan xəbərlərin yayılmasında mühüm rol oynadığını, həqiqətlərin ictimaiyyətə çatdırılmasına müstəsna töhfə verdiyini qeyd etmiş, istər beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın müddətdə işğalı zamanı, istərsə də Vətən müharibəsindəki qələbədən sonra uzun illər boyu Azərbaycanın saxta xəbərlərə məruz qaldığını bildirmişdir.
Tədbir çərçivəsində münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin üzləşdiyi problemlər və risklər barədə məlumat verilib, onların təhlükəsizliyinin və müdafiəsinin gücləndirilməsi üçün potensial həll yollarının müəyyən edilməsinə dair fikir mübadiləsi aparılıb.










Xəbər lenti
-
14:49Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib
-
12:09Yevlaxda 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş təmizlik aksiyası keçirilib - FOTO
-
14:14Ermənilər Laçın postundan belə keçdilər (VİDEO)
-
14:10“Dövlətimiz dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib” – TƏHLİL
-
16:56Azərbaycan Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında mövqeyini möhkəmləndirir
-
16:10“Avropa Siyasi Birliyi” bu gün dünyada mövcud olan ən uğurlu platformalardan biridir.” – Elşən Musayev
-
14:15“Laçına qayıdış bizim 30 illik arzumuzun reallaşmasıdır.” - DEPUTAT
-
16:53“Unudulmaqda olan uşaq oyunları” festivalı keçirilib
-
14:24Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
-
14:19“Avropa siyasi birliyi”nin Zirvə toplantılarına yenidən dəvət olunması Azərbaycanın artan nüfuzunun göstəricisidir
-
18:09Laçındakı müharibə iştirakçılarının xatirə kompleksini kim dağıdıb?
-
12:16Yeni Türk Əsrinin qədəmləri mübarək! - LALƏ AZƏRTAŞ YAZIR
-
21:47“Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib - VİDEO
-
11:24“İlham Əliyev Moskvada Paşinyanı olduqca mükəmməl arqumentlərlə susdurdu”– Elşən Musayev
-
11:21Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023” keçirilib
-
14:51“Müstəqillik bir dövlətin ən böyük sərvətidir” – Elşən Musayev
-
12:14İki erməni diversant saxlanıldı, təxribatın qarşısı alındı - RƏSMİ
-
17:08“Şampan” dövrü bitdi: QHT Agentliyini şantaj edənlər nə istəyir?
-
13:02“Laçın rayonda nəzarət-keçid məntəqəsinin yaradılması yalnız siyasi deyil, eyni zamanda, iqtisadi əhəmiyyətə malikdir” - TƏHLİL
-
11:09QHT Agentliyi "Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsinin qaliblərini elan etdi - SİYAHI
-
11:07QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qaliblərini elan etdi - SİYAHI
-
11:05QHT Agentliyi 2023-cü il kiçik qrant müsabiqəsinin qaliblərini elan etdi - SİYAHI
-
10:58Xilaskar və qurucu Lider!
-
17:14Yağış altında rəqsi ilə diqqət çəkən müğənni kimdir? - Video
-
12:2228 may - gen yaddaşımıza həkk olunmuş mübarək gün!
-
12:08Dostluq "qatili" - Anar YUSİFOĞLU yazır
-
21:44“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda keçilən təlim proqramı yekunlaşıb
-
19:49SON DƏQİQƏ: Sinan Oğan qərarını açıqladı
-
18:13“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramına başlanılıb
-
18:03"Bu fikirlər həqiqəti əks etdirmir və böhtan xarakterlidir" - AÇIQLAMA
-
14:45"Bəli, Azərbaycanın 86 min 600 kvadrat kilometr ərazisinə Qarabağ da daxildir" - Paşinyan
-
11:06“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:26"Bakı Şəhər Təhsil İdarəsinin elan etdiyi Olimpiada ideya oğurluğudur " - FAKTLAR DANIŞIR
-
00:017NEWS.az saytı 9 yaşını qeyd edir
-
18:05“Bu məfkurə Azərbaycanın müasir dünyada bir millət və bir dövlət kimi yerini müəyyən etdi” - TƏHLİL
-
13:30Ulu Öndərə həsr edilən Gənclər Festivalı keçirilib
-
18:29Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib
-
18:03“Nemezis” abidəsinin sökülməsi ilə bağlı Ermənistana təzyiqlər gücləndirilməlidir
-
14:32Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı olub
-
12:39Bakıda 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir
06 İyun 2023
05 İyun 2023
04 İyun 2023
03 İyun 2023
02 İyun 2023
01 İyun 2023
31 May 2023
30 May 2023
29 May 2023
28 May 2023
27 May 2023
26 May 2023
25 May 2023
23 May 2023
22 May 2023
20 May 2023
19 May 2023
18 May 2023
17 May 2023
Digər xəbərlər
-
GÜNDƏM
Yevlaxda 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş təmizlik aksiyası keçirilib - FOTO
-
GÜNDƏM
Ermənilər Laçın postundan belə keçdilər (VİDEO)
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Azərbaycan Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında mövqeyini möhkəmləndirir
-
SİYASƏT, GÜNDƏM
“Laçına qayıdış bizim 30 illik arzumuzun reallaşmasıdır.” - DEPUTAT
-
GÜNDƏM
Laçındakı müharibə iştirakçılarının xatirə kompleksini kim dağıdıb?
-
GÜNDƏM
Yeni Türk Əsrinin qədəmləri mübarək! - LALƏ AZƏRTAŞ YAZIR
-
GÜNDƏM
“Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib - VİDEO
-
GÜNDƏM
İki erməni diversant saxlanıldı, təxribatın qarşısı alındı - RƏSMİ
-
AZƏRBAYCAN, GÜNDƏM
“Laçın rayonda nəzarət-keçid məntəqəsinin yaradılması yalnız siyasi deyil, eyni zamanda, iqtisadi əhəmiyyətə malikdir” - TƏHLİL